Muqeddes Kiril Ve Mefodi Kilsesi Gence - Wikipedia
Müqəddəs Kiril və Mefodi kilsəsi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi.
Müqəddəs Kiril və Mefodi kilsəsi | |
---|---|
40°40′14″ şm. e. 46°21′39″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Gəncə |
Aidiyyatı | Gəncə Dövlət Kukla Teatrı |
Tikilmə tarixi | 1885 |
Vəziyyəti | stabil |
İstinad nöm. | 3832 |
Kateqoriya | Kilsə |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBu rus pravoslav kilsəsi Gəncəçayın sağ sahilində, keçmiş Yelizavetpol kişi gimnaziyasının nəzdində yerləşirdi.
Bu kilsə ilk olaraq 18 sentyabr 1885-ci ildə gimnaziyanın böyük zallarından birində gimnaziya direktoru İlya Staritskinin razılığı ilə açılır. Kilsənin abadlaşdırılması üçün bütün lazımlı xərclər gimnaziyanın fəxri himayədarı Ağasəid Hüseyn Ağaməhəmməd oğlu tərəfindən qarşılanır.
Zamanla gimnaziyada oxuyan pravoslav tələbə sayının artması daha böyük kilsənin inşaatına zərurət yaradır ki, nəticədə İ. Staritskinn təşəbbüsü ilə gimnaziyanın yaxınlığındaki ayrı korpusda yeni kilsənin tikintisi başlanır. 20 dekabr 1902-ci ildə təntənəli mərasimlə kilsə gürcü ekzarxı Aleksiy tərəfindən Müqəddəs qardaşlar Kiril və Mefodi adına təqdis edilib istifadəyə verilir. Klassik gimnaziyanın şəxsi vəsaiti ilə tikilmiş yeni kilsəyə, gimnaziyanın tələbələri üçün ayrılmış hissə xaricində rahat 500 nəfər yerləşirdi. Yəni kilsədən həmçinin yerli əhali də istifadə edirdi.
1920-ci ildə gimnaziyanın bağlanmasından sonra kilsənin aqibəti məlum deyil. Tarixi mənbələrdə Gəncədə Zaxariya və Yelisaveta (keçmiş "Xan məscidi"), Müqəddəs Aleksandr Nevski və Müqəddəs Nikolay adına rus pravoslav kilsələrinin olduğu qeyd edilsə də, Kiril və Mefodi qardaşlarının adına rus pravoslav kilsəsi rəsmi olaraq kilsə kimi qeyd edilmir. Bunun əsas səbəbi həmin kilsənin gimnaziyanın nəzdində inşa edilməsidir. Kilsə həmin dövrdə dövlət tərəfindən rəsmi olaraq dini məbəd kimi qeydə alınmadığı üçün tarixi sənədlərdə Gəncədə olan kilsələrin siyahısında adı çəkilmir.
1940-cı illərin əvvələrinədək onun alman kolonistlərin istifadəsinə verildiyi iddia edilsə də, bunun heç bir sənədli sübutu yoxdur. Ümumiyyətlə, o illərdə Kirovabadda alman lüteran dini icmasının olmadığını və yaşayan almanların da sayca azlığını nəzərə alsaq, kilsənin heç lüteranlara aidiyyatı yoxdur.
Haqqında
redaktəTikintidə əsasən bişmiş kərpicdən istifadə olunmuşdur. Kilsənin soğanvari günbəzləri onun pravoslavlara aidiyyatını təsdiqləyir. Binanın ümumi sahəsi 650 m²-dir. 1 zal, 1 foye və 15 otaqdan ibarətdir. Əhməd Cəmil küçəsində yerləşən, xristian dini abidələr sırasına daxil edilən bu binada hazırda Gəncə Dövlət Kukla Teatrı fəaliyyət göstərir.[1]
Gəncə Dövlət Kukla Teatrı Azərbaycan SSR Nazirlər Sovetinin 18 sentyabr 1986-cı il tarixli əmrinə əsasən yaradılıb.[2].
İstinadlar
redaktə- ↑ "Tolerantlıq, multikulturalizm ünvanı kimi özünə şöhrət qazanan Azərbaycan Respublikasında müxtəlif millətlərin, dinlərin nümayəndələri yaşayır. İki əsrdir ölkəmizdə yaşayan almanlar buranı özlərinə doğma ana qucağı bilir". www.elibrary.az. 8 noyabr 2019 tarixində arxivləşdirilib.
- ↑ "Arxivlənmiş surət". 2013-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-15.
Xarici keçidlər
redaktə- [1] Arxivləşdirilib 2013-09-28 at the Wayback Machine
- [2] Arxivləşdirilib 2013-09-27 at the Wayback Machine