Muqeddes Nikolay Kilsesi Mala Strana - Wikipedia
Müqəddəs Nikolay kilsəsi (çex. Kostel svatého Mikuláše) – Praqanın mərkəzində, Köhnə şəhərin Mala Strana hissəsində yerləşən barokko üslubunda kilsə. Özünün monumental görünüşü, gəliz memarlıq üslubu və nəfis bədii tərtibatına görə, kilsə Praqanın ən mühüm barokko üslubunda inşa olunmuş məbədlərindən sayılır[1].
Müqəddəs Nikolay kilsəsi | |
---|---|
Kostel svatého Mikuláše | |
50°05′16″ şm. e. 14°24′13″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Yerləşir | Mala Strana |
Tikilmə tarixi | 1673 |
Üslubu | barokko |
Rəsmi sayt | stnicholas.cz/en/ |
İstinad nöm. | 1-491 |
Kateqoriya | Kilsə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəMala Stranada yerləşən Nikolay (Mikulaş) kostyolu təxminən XIII əsrdə burada yerləşən qotik kilsənin yerində ucaldılmışdı. Qotik kilsə eyni ilə Marlikiyalı Nikolaya həsr olunmuşdu. XVII əsrdə kilsənin yaxınlığında roman üslublu müqəddəs Vatslav rotondası da yerləşirdi.
Keçmişdə kostyolun gülləsində carçılar keşik çəkərək yanğın və ya düşmənin yaxınlaşdığı halda həyəcan təbili vurudular.
Hazırkı barokko üslublu kilsə binası XVIII əsrin 1-ci yarısında bir neçə mərhələ ilə inşa olunmuşdu. İlk öncə Kristofer Dintsenhoferin layihəsi üzrə tərtib olunmuş kilsə daha sonra onun oğlu - tanınmış memar Kilian İqnats Dintsenhofer tərəfindən tamamlanmışdı. Məbədin qərb fasadı, xorlu zal, müqəddəs Varvara (Barbora) və Anna kapellası və künc neflər 1703-1711-ci illər arası inşa olunmuşdu. Kilian İqnats atasının layihəsi üzərində yenidən işləyərək onu düzəltməyi qərara alır. O mərkəzi nef zalını və oval günbəzin tikinti işlərini bitirir, həmçinin o qübbənin yanında hündür zəng gülləsinin də inşasını təklif edir. Həmin güllənin yuxarı hissəsini 1750-ci ildən sonra K.İ.Dintsenhoferin tələbəsi və kürəkəni Anselmo Luraqo sona çatdıra bilir. Çexoslovakiya Kommunist hakimiyyəti dövründə Malostran müqəddəs Nikolay kilsəsinin zəng gülləsində yaxınlıqda yerləşən ABŞ və Yuqoslaviya səfirliklərinə və Almaniya səfirliyinin küçə qapısına nəzarət etmək məqsədilə hökumət təhlükəsizlik qüvvələri üçün müşahidə etmə meydançası yaradılmışdı[2][3]. Bu səfirliklərin nəzarəti barədə sonuncu məlumtlar 1990-cı il tarixinə aid edilir. 15 aprel 2010-cu ildə «Ördək» (çex. Kajka) kod adı altında kilsənin gülləsində gizli fəaliyyət göstərən ÇSSR-nin Dövlət Təhlükəsizlik qruplaşması (çex. Státní bezpečnost) barədə geniş ictimailəşdirilmişdir[4].
-
Kilsənin cənub fasadı.
-
Kilsənin əsas giriş hissəsi sayılan qərb fasadı.
Məbədin təsviri
redaktəMala Stranada yerləşən Nikolay kostyolunu çox vaxt Praqa barokkosunun şah əsəri adlandırırlar. Məbəd keçmiş iyezuit kollegium kompleksinin kənarında yerləşir. Kilsənin çoxmərtəbəli fasadı uzunsov şəkilədir; dalğavari portal isə nəfis ballüstrada və dekor ilə bəzədilib.
Kostyol gülləsinin layihəsi Kilian İqnats Dintsenhofer tərəfindən təklif və tərtib olunmuşdu. Güllə kilsənin tamamilə daşıyıcı hissəsi olmalı idi, baxmayaraq ki, dövrün çağdaş insanları güllənin uçacağından ehtiyat edərək memarı bu ideyadan çəkindirməyə çalışsalarda, ümumilikdə memar hər şeyi doğru hesablayaraq bu tapşırığı mükəmməl öhdəsindən gələ bilir. Beləliklə, müqəddəs Nikolay kostyolu Staro Mestoda yerləşən Nikolay kilsəsinin gülləsindən özünə bir nüsxə əldə edə bildi[5].
Kilsə özünün nəinki xarici memarlıq tərtibatı, həmçinin çox incə və nəfis daxili interyerlərin bəzək işləri ilə də seçilir. İlk növbədə nef zalının Yan Lukaş Kratsker tərəfindən hazırlandığı divar rəsmləri (1760-cı il) və 70 metr hündürlüyündə olan qübbənin Frantişek Karel Palko tərəfindən yaradılan freskaları diqqəti cəlb edir. İnteryeri həmçinin müəllif Frants Platserin yaratdığı heykəllər bəzəyir. Kilsədə yerləşən 7 metr hündürlüyü olan ərğənun 4 min boruya malikdir və 1787-ci ildə dahi bəstəkar Motsart ilk dəfə bu musiqi alətində ifa etmişdir[6].
-
Kilsə günbəzinin freskaları.
-
Müqəddəs Nikolay kilsəsinin müqəddəs Barbora (Varvara) kapellasında yerləşən altar.
-
Kilsənin tavanında yerləşən Apofeoz rəsmi (müəllif Yan Lukaş Kraker)
İstinadlar
redaktə- ↑ Emanuel Poche: Prahou krok za krokem, Praha 1958, s. 40
- ↑ "Ve věži chrámu sv. Mikuláše byla zpřístupněna pozorovatelna StB – Novinky.cz". 2012-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-17.
- ↑ "Pozorovatelna StB poprvé přístupna veřejnosti - Archiv bezpečnostních složek". 2013-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-17.
- ↑ див. тут Arxivləşdirilib 2013-06-12 at the Wayback Machine
- ↑ Přednášky Velké osobnosti barokního umění v Praze, dr. Černý, VŠUP, zimní semestr 1997/1998 (çex.)
- ↑ "Arxivlənmiş surət". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-17.
Xarici keçidlər
redaktə- Prague Experience: St. Nicholas Church Lesser Town Square in Prague
- Oficiální web kostela Sv. Mikuláše
- Projekt zpřístupňující sedm pražských věží veřejnosti Arxivləşdirilib 2010-12-30 at the Wayback Machine
- Panna Maria de Foy, článek Bohoslužba ke cti Panny Marie de Foy na Jesuit.cz, 30. 8. 2011, redakce.