Mursud Memmedli - Wikipedia
Mürşüd Əsəd oğlu Məmmədli (5 may 1939, Kirovabad – 24 dekabr 2006, Bakı) — ictimai-siyasi fəal, Milli Azadlıq Hərəkatının aparıcı üzvlərindən biri, Ali Sovetin deputatı, istiqlalçı millət vəkili, 1991–1995-ci illərdə Milli Məclisin üzvü, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı.[1][2]
Mürşüd Məmmədli | |
---|---|
4 iyul 1992 – 21 fevral 1993 | |
Əvvəlki | Səbuhi Abdinov |
Sonrakı | Elxan Qədimov |
1991 – 1995 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 may 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 24 dekabr 2006 (67 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMürşüd Əsəd oğlu Məmmədli 5 may 1939-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1946–1956 ci illərdə Gəncə şəhər 2 saylı orta məktəbdə təhsil almışdır. 1956–1961-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Ədəbiyyat-tarix" fakültəsində təhsilini davam etdirmişdir. 1962–1964-cü illərdə hərbi xidmətdə olmuşdur. 1964–1973-cü illərdə Gəncə şəhər 18 saylı orta məktəbdə müəllim işləmişdir. 1972-ci ildə ailə həyatı qurmuş və bu izdivacından 3 övladı dünyaya gəlmişdir. 1973–1992-ci illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Universitetində müəllim, daha sonra dosent vəzifələrində çalışmışdır. 1981-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1988-ci ildə ölkəmizdə başlanan milli azadlıq hərəkatının öncüllərindən olmuşdur. Xüsusilə də bu hərəkatın əsas mərkəzlərindən biri olan Gəncədə Mürşüd Məmmədli milli müqavimətin rəhbərlərindən biri kimi fəallıq göstərmişdir. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinə keçirilən seçkilərdə böyük səs çoxluğu ilə deputat seçilmişdir. 1991–1995-ci illərdə Milli Məclisin üzvü olmuşdur. Mürşüd Məmmədli 1991-ci ilin martında SSRİ–nin saxlanmasına dair keçirilən referendumda respublikamızın iştirakının əleyhinə səs verən 43 millət vəkilindən biri olmuşdur. Həmin 43 deputat bu gün istiqlalçı millət vəkili kimi xatırlanır. 1992–1993-cü illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərmişdir. 1992-ci ildə Müsavat Partiyasının bərpaedicilərindən biri və ilk divanının üzvü olmuşdur. İki kitabın, iki elmi monoqrafiyanın, dövrü mətbuat və jurnallarda dərc olunan yüzlərlə elmi-publisistik məqalələrin müəllifi olmuşdur. Mürşüd Məmmədli 1995-ci ildə deputatlıq səlahiyyəti başa çatdıqdan sonra da ictimai-siyasi fəaliyyətini davam etdirmişdir. 2003-cü ildə yaradılan və bir neçə il fəaliyyət göstərən "Amal" Ziyalı Hərəkatının rəhbərlərindən biri olmuşdur. 24 dekabr 2006-cı ildə Bakı şəhərində vəfat etmişdir.
Elmi fəaliyyəti
redaktəMürşüd Məmmədli üç kitabın, iki elmi monoqrafiyanın, dövrü mətbuat və jurnallarda dərc olunan yüzlərlə elmi-publisistik məqalələrin müəllifi olmuşdur. Zamanında cəmiyyətin böyük diqqətini cəlb edən və bu gün də yaddaşlardan silinməyən publisistik məqalələr dərc etdirmişdir.
Kitabları
redaktə- Azərbaycan poeziyasında müasirlik problemi. Bakı, Azərnəşr, 1984, 250 səh.
- Sözün işığı. Bakı, "Qorqud" nəşriyyatı, 2004, 434 səh.
- İstiqlal idealı və İstiqlal poeziyası (1970–1990-cı illər). Bakı, "Qanun" nəşriyyatı, 2015, 272 səh.
Məqalələri
redaktə- Ziyalı susanda
- Yaltaqlığın anatomiyası
- Anakonda
- Şeyx Nəsrullah fenomeni
- Qorxu sindromu
- Melanxoliya
- Fəxriyyə
- Ölümsüz Yaşar
- Cokonda
- Saflığın poeziyası
- Biganəlik
- Gəncə harayı
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2022-04-14 at the Wayback Machine (az.)
- ↑ ". Ə. Məmmədovun Gəncə şəhəri İcra hakimiyyətinin başçısı təyin edilməsi və S. S. Abdinovun həmin vəzifədən azad edilməsi haqqında. e-qanun.az Arxivləşdirilib 2023-08-01 at the Wayback Machine (az.)