Muvazinet Esitme Uzvu - Wikipedia
Müvazinət-eşitmə üzvü — İnsanlar eşitmə sayəsində özlərinin əmək və ictimai fəaliyyətində bir biri ilə əlaqə saxlayır, başqalarının təcrübəsini şifahi nitq vasitəsilə öyrənirlər. Onlar daim müxtəlif səslər aləmində yaşayırlar. İnsanın eşitmə analizatoru saniyədə 16-20 min dəfəyədək dəyişən, yəni 16-20 min hersə bərabər səs dalğalarını ayırd etmək qabiliyyətinə malikdir. 20 min hersdən yuxarı səs dalğaları ultrasəs sahəsinə 16 hersdən aşağı səs dalğaları isə infrasəs dalğaları sahəsinə aiddir. 1000-3000 hers hədlərində insan qulağı maksimal həssalığa malikdir.
Eşitmə analizatoru aşağıdakı üç hissədən təşkil olunmuşdur: daxili qulağın reseptor sahəsi, eşitmə siniri və beyin qabığının eşitmə nahiyəsi. Daxili qulaqda eşitmə reseptorları ilə yanaşı, müvazinət hissiyatının reseptorları ilə yanaşı, müvazinət hissiyatının reseptorları da yerləşmişdir. Xarici qulaq-qulaq seyvanından və xarici qulaq keçəcəyindən ibarətdir. Xarici qulaqla orta qulaq arasında təbil pərdəsi yerləşmişdir. Orta qulaq kiçik kamera şəklindədir. Orta qulaqda və ya təbil boşluğunda biri digəri ilə mütəhərrik birləşmiş üç qulaq sümükcüyü-çəkic, zindan və üzəngi yerləşmişdir. Atmosfer təzyiqinin xarici və orta qulaqda bərabərləşməsini təmin edən Yevstax borusu orta qulaqdan başlanıb, udlağa açılır. Daxili qulaq-mürəkkəb reseptor orqanıdır. Burada ilbiz və qıvrım kanalcıqlar vardır ki, birlikdə labirint adlanır. Bu, eşitmə-müvazinət (vestibulyar) sinir liflərindən əmələ gəlmişdir. Hər bir sinir lifi bir və iki tükcüklü hissi hüceyrədən sinir impulsu şəklində özünə məxsus səs dalğasını qəbul edir və ona uzunsov və ara beyində yerləşən ilkin eşitmə neyron toplularına çatdırır. Oradan sinir impulsu böyük yarımkürələrin qabığındakı ali eşitmə mərkəzinə ötürülür. Mərkəz qabığın gicgah nahiyəsindədir.
Fəzada gövdənin yerləşməsinin müəyyənləşdirilməsində və yerin cazibə qüvvəsinə qarşı müqavimətin göstəriməsi prosesində, insanın səmada davranış fəaliyyətinin təşkilində vestibulyar aparat əsas yer tutur. Bu reaksiyaların yerinə yetirilməsində daxili qulağın müvazinət aparatı, görmə və dəri analizatorları, eləcə də skelet əzələrində, oynaq və vətənlərdə yerləşən proprioreseptorlar, yəni hərəki analizator iştirak edir.