Muxtelifyarpaq Pittosporum - Wikipedia
Müxtəlifyarpaq pittosporum | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Müxtəlifyarpaq pittosporum |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Təbii yayılması:
redaktəTəbii halda əsasən, Çində yayılmışdır.
Botaniki təsviri:
redaktəHündürlüyü 7 m-ə çatan həmişəyaşıl koldur. Eyni kolda neştərvari, ellipsvari, yumurtavari və s. formalı yarpaqlara təsadüf edilir. 5-7 ədəd ağ və ya sarı çiçəkləri uc və ya qoltuq çiçək qruplarında yerləşir, olduqca ətirli, zərif portağal qoxusu verir. Çiçəkləməsi may ayında müşahidə edilir. Meyvəsi xırda, tünd qırmızı toxumları şarşəkilli qutucuqdur. Toxum və qələmlə çoxaldılır.
Ekologiyası:
redaktəMünbit torpaqları sevir, sərt şaxtalarda yerüstü hissəsi məhv olur, yazda pöhrələr verərək yenidən bərpa olur. Bu növ meşələrdə, quru daşlıq yerlərdə, dağ çaylarının vadilərində, dəniz səviyyəsindən 1000-4000 m hündürlükdə, məhsuldar, nəmişli torpaqlarda, işıqda və ya yarımkölgədə yaxşı bitir. Soyuğa davamlıdır.
Azərbaycanda yayılması:
redaktəRespublikanın bir çox rayonlarında yaşıllaşdırmada rast gəlinir.
İstifadəsi:
redaktəTək və qrup əkinlərində, canlı çəpərlərin salınmasında, həmçinin qazonlara daha dekorativ görünüş vermək üçün geniş istifadə olunur.
İstinadlar
redaktəAzərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov
Məlumat mənbələri
redaktə- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
İstinad
redaktə- Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
- Azərbaycanın ağac və kolları. I cild. 1961;
- Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh