Muzakire Imanlar Susa - Wikipedia
Muzakire Imanlar Susa - Wikipedia - Haqqında Məlumat
Bu, İmanlar (Şuşa) məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Ensiklopediklik
redaktəBuradakı müzakirənin davamı.
Kənd inzibati ərazi təsnifatında Şuşa rayonunun yaşayış məntəqələri siyahısında mövcuddur. Amma bu kəndin yeri quql-xəritədə tapılmır, bir İmanlar kəndi tapılır, amma görünən budur ki Laçın rayonunun İmanlı kəndidir. Köhnə xəritədə də Şuşa rayonunun Şırlan kəndinin ətrafında bu kəndi tapmadım. Viki-xəritə də görünən budur ki Laçın rayonunun İmanlar kəndini göstərir. 1977-ci il üzrə inzibati-ərazi bölgüsündə də Şuşa rayonunda İmanlar kəndini tapmadım. Fikrimcə bu kənd varsa da ensiklopedikliyi şübhəlidir.
@Araz Yaquboglu, @Eminn, @Kamil Cəlal oğlu İbrahimov, @Samral, sizin də fikirləriniz maraqlı olardı. Zohrab javad (müzakirə) 14:12, 28 mart 2024 (UTC)
- @Zohrab javad, qeyd etdiyiniz məqamlar səbəbilə məqaləyə "əhəmiyyət" və "mənbə yoxluğu" şablonları əlavə etdim. Hazırkı təsnifatda adı var deyə, məncə, silməyə tələsməyək. Ola bilər ki, işğal altında olmuş kəndlərin birləşdirilməsi çərçivəsində bu kənd d ləğv ediləcək. Bir az gözləyək. Siz istəsəz bu məsələ ilə əlaqədar Şuşa Rayon İcra Hakimiyyəti və Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinə məktub və maillə müraciət də edib məsələni daha konkret və tez dəqiqləşdirə bilərsiniz. samral müzakirə 17:37, 28 mart 2024 (UTC)
- Xəritədə tapılmır deyə silə bilmərik. Nə vaxtsa mövcud olubsa qalmalıdır, məqalə. — Araz Yaquboglu (müzakirə) 04:52, 29 mart 2024 (UTC)
- Şuşa rayon İH-nin vasitəsilə bir nəfərə çıxa bildim (Şırlan tərəfdəndir), onun dediyinə görə, Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsinin tərkibindəki İmanlar kəndi təqribən Paşalar-Məmişlər-Xanlıqpəyə kəndlərinin arasındakı yaranan üçbucaqda yerləşir. Zohrab javad (müzakirə) 14:33, 8 aprel 2024 (UTC)
- Xəritədə tapılmır deyə silə bilmərik. Nə vaxtsa mövcud olubsa qalmalıdır, məqalə. — Araz Yaquboglu (müzakirə) 04:52, 29 mart 2024 (UTC)
- @Zohrab javad, mənim üçün bu mövzuda rəy bildirmək çətindir. Məncə, kəndin mövcud olmadığını sübut edə bilməyənə qədər məqaləni saxlamalıyıq. Eminn (müzakirə) 10:55, 1 aprel 2024 (UTC)