Muzakire Bronjilet - Wikipedia
Muzakire Bronjilet - Wikipedia - Haqqında Məlumat
Bu, Bronjilet məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Addəyişmə
redaktəSalam. Baxmayaraq ki, addəyişmə hüququm var. Amma müzakirə etmədən dəyişmək istəmədim. Deməli, dilimizdə "bronjilet" və ya "branjilet" sözü yoxdur. Bu söz nə 2006-cı il izahlı lüğətində, nə də 2021-ci il orfoqrafiya lüğətində öz əksini tapıb. Onun yerinə "gülləkeçirməz" (2021 lüğətində var) və ya "ballistik" jilet ifadəsini məqalə adı seçməliyik. Öz fikirlərinizi bildirsəniz, yaxşı olardı Hatselate (müzakirə) 10:24, 15 iyul 2024 (UTC)
- Alternativ olaraq canqoruyucu, canqoruyucu jilet istifadə olunub. Mən Bronijilet adını daha çox bəyənirəm. İnanmıram ki, bu ad digərlərində daha az məşhurdur. "Gülləkeçirməz jilet" yaza bilərik uzaqbaşı. — Bikar müzakirə 12:05, 15 iyul 2024 (UTC)
- @Bikar, "mən bəyənmirəm" nöqteyi-nəzərindən fikir bildirmək doğru deyil, ensiklopediya üçün, burada bəyəndiklərimizi bəyəndiyimiz kimi tətbiq etmirik. Bu söz kifayət qədər işlənir, bəli, eləcə də lüğətdə olmayıb olan sözlərdən kifayət qədər artıq və səlis halda işlənən sözlərimiz də mövcuddur. Aydındır ki, bu söz də rus dilinin təsiri nəticəsində dilimizdə geniş yayılıb, bir sıra sözlər kimi, lüğətdə olmaması mənə də qəribə gəldi, yəqin salınar, lakin istifadə olunduğu da açıqdır. Lüğətdə yoxdursa və alternativ istifadə olunan variantlar varsa dəyişdirilə bilər. Buna baxmayaraq, lüğətdə olmayan bir söz müəyyən mənada geniş yayılmışsa (məsələn, zorbalıq kimi) istifadə oluna bilər yəqin ki. Yenə də geniş müzakirə ediləsi məsələdir. Məsələn, lüğətdə "mayka" sözü var (alınma söz kimi rus dilindən keçib və istifadə olunur) və bu söz bizdə həmin geyimi təsvir etmək üçün istifadə olunur. Hörmətlə, Gadirmüzakirə 17:28, 15 iyul 2024 (UTC)
- Təkcə "bəyənirəm" yazmamışam ki. — Bikar müzakirə 17:32, 15 iyul 2024 (UTC)
- Oxudum, mən də bəyənirəm, amma düzgün deyil. Hörmətlə, Gadirmüzakirə 17:34, 15 iyul 2024 (UTC)