Muzakire Mir Cefer Bagirov - Wikipedia
Bu, Mir Cəfər Bağırov məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Ətraflı: Musa Qasımlı, Cavid Hüseynov. Azərbaycanın baş nazirləri. Bakı, 2005--Melikov Memmed 06:46, 19 İyun 2010 (UTC)
- Hörmətli Cekli, "Fəaliyyətində qara ləkə" başlığı məncə obyektivliyi ortadan qaldırır. Müəllif faktları göstərməlidir. Ləkə olub olmadığına oxuyucu başa düşməli ya da o nəticəni özü çıxarmalıdır. Daha obyektiv başlıqla əvəz eləsəniz yaxşı olar. Filan illərdəki fəalliyyəti və ya Represiya dövründəki fəaliyyəti kimi başlıqlar daha düzgün olar. --Bakuemil 05:35, 2 dekabr 2010 (UTC)
Sizinlə razıyam. Represiya dövründəki fəaliyyəti ilə əvəz etdim. --Cekli829 10:19, 2 dekabr 2010 (Cek vaxtı ilə)
AzÇK-nın təşkili
redaktə"1921-ci il fevralın 25-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi siyasi bürosunun iclasında iştirak edən M.Bağırova Azərbaycanda ali idarəedici orqan olacaq Azərbaycan Fövqəladə Komissiyasının (AzFK-AzÇK) təşkil edilməsi tapşırılır."
Bu ifadədə bir problem var. Qurum əvvəlcədən təşkil olunub və 19 fevrala qədər Xanbudaqov bu qurumun başında olub. Aydın məsələdir ki 25-də Bağırovu başa keşiriblər təsdiqi 2 apreldə olub. Amma təşkil etmək ifadəsi məntiqə uyğun deyil. --Bakuemil 10:24, 7 dekabr 2010 (UTC)
Təvəllüd ili
redaktəMəqalədə müəyyən ziddiyyətli məqamların olması ilə mən də razıyam. Amma əsas problemlərdən birincisi kimi Bağırovun dəqiq təvəllüd ilinin hansı olmasını dəqiqləşdirməkdə çətinlik çəkirəm. 1895 yoxsa 1896? --Cekli829 14:45, 7 dekabr 2010 (Cek vaxtı ilə)
- Mən ilə fikir verməmişəm amma gün olaraq Qriqoryan təqvimlə əlaqədar belə təvəllüd tarixi var. 5(17).9.1896 родился в Кубе Бакинской области --Bakuemil 10:53, 7 dekabr 2010 (UTC)
Rus mənbələrində 1895 üstünlük təşkil edir. Mən tapdığlm mənbələri altda yazacam. İnternet imkanım zəif olduğu üçün Böyük Sovet Ensklopediyasının köhnə nəşrlərini (adı çıxarıldığı üçün) axtarmağa səbrim çatmadı. Verəcəyim mənbələrdə maraqlı faktları və tarixləri də Azviki-yə əlavə edə bilərsiz. Bu dəfə başqa problemlə qarşılaşdım. Ölüm tarixi fərqlidir :) (7 və 12 may). Rəhmətliyi o qədər gizlədiblər ki bütün tarixləri bir birinə qarışıb.
Tarix problemləri
redaktəDigər problem isə Birinci Katib vəzifəsindən azad edilməsi və Nazirlər Sovetinin sədri seçilməsi və ordan da istefası tarixləri ilə əlaqədar qarışıq və fərqli məlumatlar var. Bunu necə həll edə bilərik? Son dövlət vəzifəsi Nazirlər Sovetinin sədri olsada mən cədvəldə onu katib vəzifəsində aşağı yerləşdirdim. Səbəbi Birinci katib olmasının tarixi olaraq daha əhəmiyyətli olmasıdır. Bu problemdirsə onu başa keçirə bilərsiz. --Bakuemil 10:51, 7 dekabr 2010 (UTC)
Siz düz etmisiniz. Ən yüksək vəzifələr şablonda yuxarıda göstərilməlidir. O ki, qaldı digər məsələlərlə bağlı problemlər... Onları da yaxın günlərdə həll edəcəyik. --Cekli829 15:06, 7 dekabr 2010 (Cek vaxtı ilə)
Vəfatı
redaktəMəndə olan dəqiqləşdirilməmiş məlumata görə M.C.Bağırov 1975-ci ildə Kazan şəhərində vəfat edib. Bu nə dərəcədə doğrudur? Onu mən bilmirəm. --Cekli829 10:02, 13 dekabr 2010 (Cek vaxtı ilə)
- O məsələ bir az müəmmalıdır. Mən də hələ o 56-da öldürülmədiyi ilə bağlı rast gəldiyim yer olub, amma bu çox deyil. Bunu iddia eleyən çox mənbə olmadığına görə əsassız sayıram. Mən Bağırovun Musavatçı qardaşını öldürüb onun adının arxasına keçdiyinə rast gəlmişəm. :) Bunu da çox mənbə iddia eləmədiyi üçün əsassız sayaraq bura daxil eləməmişəm.--Bakuemil 07:18, 13 dekabr 2010 (UTC)
Adı
redaktəMircəfər Bağırov yoxsa Mir Cəfər Bağırov? Qatarın üstündə də Mir Cəfər Bağırov yazılıb... --Cekli829 9:31, 16 dekabr 2010 (Cek vaxtı ilə)
- Məncə birləşik olmalıdır. Azərbaycan dilində adətən "Mir" birləşik olur. Heç bir qayda olmasa belə Azərbaycan dilində, mətbuatında bu kütləvi şəkildə Mircəfər kimi qəbul olunduğu üçün biz belə yazsaq yaxşı olar. Mənim fikrim belədir. Onsuz Mir Cəfər redirect-də var. --Bakuemil 06:49, 16 dekabr 2010 (UTC)
Cekli, altbaşlıqlar arasında II Dünya Müharəbəsi və ya Ana Vətən müharibəsi dövrü olsa pis olmaz. Bunu Cənub məsələsi ilə birgə eləsək pis olmaz. İmkan varsa bunu edə bilərsiz?--Bakuemil 06:53, 16 dekabr 2010 (UTC)
Valideynləri
redaktə"Atası Mirabbas, anası Yaxşı xanımdır." ifadəsini bir qədər dəqiqləşdirmək lazımdır. Bir də ki, atasının adı Abbas kimi də verilib.
"Böyük bacısı Seyid Məsumə" ifadəsidə həmçinin. Mənə elə gəlir qadınlar üçün "seyyidə" ifadəsi işlədilir.--Vago 07:26, 16 dekabr 2010 (UTC)
- Rus qaynaqlarında atasının adı Abbasoviç olaraq gedir. Böyük ehtimal seyid nəslindən olduqları üçün Mir həm atasında həm də bağırov da olub. Bəlkə Bağırov da "Mir" artıq adının bir hissəsi kimi artıq ad kimi də gedib. Bağırovun adının birləşik yazılıb yazılmaması kimi xırda problem də hələ bundan yaranır. Cekli ilə birgə atasının adını dəqiqləşdirərik. Amma bacısının adındaa Seyid sözünü çıxarsaq pis olmaz.--Bakuemil 07:38, 16 dekabr 2010 (UTC)
Adı (2)
redaktəMəncə, məqalənin adı yenidən dəyişdirilərək Mir Teymur Yaqubov, Mir Bəşir Qasımov kimi Mir Cəfər Bağırov qoyulmalıdır. Yaşadığı dövrdə bütün qəzetlərdə, rəsmi sənədlərdə belə adlanırdı. Hətta məzar daşında da belədir. — Toghrul R (m) 08:50, 5 yanvar 2023 (UTC)