Muzakire Naxcivan Seher - Wikipedia
Bu, Naxçıvan (şəhər) məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Tanınmış şəxsləri
redaktəCox zəif, biabırçı bir məqalə! Naxçıvana heç yaraşmayan bir məqalə. Düzü çox utandım. Mirzə Cəlilin, Həsən Abdullayevin və başqa dahilərin burda adı çəkilməməsi biabırçılıqdır. Hazırlıqsız belə məqalələrə girişmək, baş vurmaq bağışlanılmaz qəbahətdir! Rus dilindəki müəllifləri oxuduqda daha çox utanırsan...
Məqalə yazanlar, siyasətdən uzaq olun, hissiyatlara qapılmayın. Tarixi şəxsiyyətləri siyasi baxışlarınızdan asılı olmayaraq layiq olduqlari qiyməti verin, tarixdən silməyə çalışmayın.
Məncə də bu məqalənin köklü dəyişikliyə ehtiyacı var. Rus dilindəki məqaləni nəzərə alsaq ümumiyyətlə hətta yenidən yazılmağa. — NR SHENER (müzakirə) 11:46, 22 mart 2021 (UTC)
- NR SHENER vikipediya hansısa seçilmiş redaktorlar tərəfindən yazılmır. Şikayət etmək yerinə siz də yazabilərsiniz. Heç kim nəsə yazmaq məcburiyyətində deyil ki tənqid edəsiniz. — NMW03 (müzakirə) 12:47, 22 mart 2021 (UTC
Bacardığım qədər yazıb, düzəlişlər edirəm. ancaq yeni başladığımdan bəzi şeyləri hələ ki, bilmirəm. Tənqidi belə qarşılayıb, boynundan atmaqdansa fikirimi anlamağa çalışın. Sizcə şikayət etməyib sadəcə susaq? Heç kim yazmaq məcburiyyətində deyilsə, bərbad yazmaqdansa heç yazmasın. Nə məcbur edir yazmağa? Təkcə istək, arzu bəs etmir ki, məqalə yaradasan. Əvvəlcə yazdığın mövzu ilə dərindən tanış ol, yarımçıq yox mükəmməl iş qoy ortaya. Dost-tanışlarını bura salıb (yoxsa ki, ordakı hətta indi belə adlarını yadımda saxlaya bilmədiyim bəzi adamları Azərbaycanda öz qohum və tələbə yoldaşlarındaan başqa tanıyan varmı) Afiyəddin Cəlilovu, Ramiz Mirişlini, Şamil Mahmudbəyovu, Nicat Məmmədovu, Zərifə Əliyevanı, Həsən Əliyevi, Nazirləri, akademikləri və b. demirəm, Şəmsəddin və başqa Atabəyləri, Naxçıxanskiləri, M-S.Ordubadini, C.Məmmədquluzadəni "yaddan çıxarıb" yazmamaqla nə demək istəyib bu müəllif? Rus dilindəki Vikipediya erməni və ermənipərəst redaktorların, patrulların əlində olduğundan mənim kimi adi istifadəcilərin bütün yazdıqları, redaksiyaları silinir və hətta vandalizm hədəsi ilə xəbərdarlıq edilir. Guya bunu bilmirsiz? Mənim iradım bu məqalə də daxil ümumiyyətlə bir çox məqalələrə aiddir.— NR SHENER (müzakirə) 00:15, 23 mart 2021 (UTC)
- Görünürki vikipediyanın qaydalarını tam bilmirsiniz. NMW03 (müzakirə) 19:44, 24 mart 2021 (UTC)
- Hörmətli istifadəçi iradlarınızı bildik, vikipediya ümumiyyətlə neytrallığı qorumalıdır. Biz sizin emosionallığınızı anlayırıq, İdarəçi və ya patrullar fövqal təbii varlıqlar deyil ki, bütün məqalələri nəzərdən keçirib nəyin daxil edildiyini və ya nəyin daxil edilmədiyini müəyyən edə bilsin. Məqalədə qeyd etdiyiniz iradlar göz ucu baxaraq haqlı olduğiunuzu gördüm. Ütəlik İlham Əliyevin Naxçıvanın tanınmış şəxsləri siyahısında olması özü bir yalnışlıqdır. Çünki bu şəxs Bakıda doğulub. Siz bu boşluqları doldura, Naxçıvanın tanınmış şəxslərini əlavə edə bilərsiniz. Hörmətlə_ Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 20:14, 24 mart 2021 (UTC)
NMW03 Siz isə görünür əksinə çox bildiyiniz üçün burda istədiyiniz cür hərəkət edirsiz, özü də izahsız-filansız. Sizdən fərqli olaraq rusca vikipediyada hansısa düzəlişimi ləğv edəndə mütləq səbəb və qayda, bənd göstərilir və buna irad bildirə bilmirəm, razılaşmaq məcburiyyətində oluram. Ümumiyyətlə sizin adınıza burda tez-tez rast gəlirəm. Gətirdiyiniz səbəblər də mənə məntiqsiz və subyektiv gəlir. Məncə burda doğurdan da fövqəl gücə, hökmə, səlahiyyətə malik idarəçi yoxdur və ola da bilməz. NR SHENER (müzakirə) 01:24, 9 aprel 2021 (UTC)
- VP:PROTEST. Əvvəldə dediyim kimi heç nə nəsə yazmaq məcburiyyətində deyil. Yenə əvvəl dediyim kimi sizdə nəsə əlavə edə bilərsiniz. Dost-tanışlarını salıb cümləsinə sübut göstərə bilərsiniz? Heç bir vikipediya "hansısa bir millətin" əlində deyil. Nə də sizin fikirlərinizin əksini deyən erməni və ya ermənipərəst olmur. NMW03 (müzakirə) 17:31, 9 aprel 2021 (UTC)
Məntiq deyilən bir şey var, o olanda bəzi şeylərə baxanda ondan istifadə edib nəticə çıxarırsan. Düzdür bəzən zəif məntiq səhv nəticə ciarmaga səbəb olur. Dost-tanış deyendə məntiqə görə C.Məmmədquluzadəni, M.S.Ordubadini, H.Abdullayevi "yaddan çıxarıb" 2 gənc elmi işçi və müəllimi bura salanlar demək həmin adamları şəxsən tanıdıqları üçün bunu ediblər. Həmin adamlara qarşı heç bir iradım yoxdur, əksinə. Ancaq bunu edənlər yəqin ki, əvvəlcə Naxçıxan tarixində böyük iz qoymuş sultan, xan, memar, şair, rəssam, yazıçı, alim və başqaları haqda yazmalı idilər ki, sonra müasir gənclərə keçsinlər. Yəni bir qayda olmalıdır: əvvəldən axıra, qədimdəm, keçmişdən müasirə, bu günə. Mən bunu nəzərdə tutmuşam. O ki, qaldı ermənipərəstlər, siz xoflanmayın, burda da rus vikipediyasını nəzərdə tutmuşam. Ordakı müəlliflər ya erməni ya da ermənipərəstdirlər. Naxçıvanı "Böyük Ermənistanın şərq vilayəti" kimi göstəriblər. Hətta şablon da qoyublar. "Tanınmış şəxsiyyətlər" başlığında isə Naxçıvanda anadan olmuş erməniləri veriblər. Yəqin ki, baxmamısınız deyə xəbəriniz yoxdur. Mən düzəliş etdim, şablonu sildim, ammam yenə qaytardılar və üstəlik vandalizm xəbərdarlığı ilə. Yəni heç nə edə bilmirəm. Naxçıvan tarixi erməni torpağı kimi qalmaqdadır. Belə nümunələr çoxdur. Əylisli kəndi rus səhifəsində Агулис kimi verilib və Əylisli sözünə heç bir işarə də yoxdur. NR SHENER (müzakirə) 13:35, 18 may 2021 (UTC)
Hörmətli Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ , bacardığım qədər nələrisə yazıb, düzəlişlər etməyə çalışıram. Ancaq fikir vermişəm ki, bəzi o dediyiniz patrullar "bütün məqalələri nəzərdən keçirib nəyin daxil edildiyini və ya nəyin daxil edilmədiyini müəyyən edə..." bilməsələr də rəqəm, nöqtə-vergüllərə vaxt tapırlar. Əlbəttə ki, Naxçıvanlı bütün dahi şəxsiyyətlər haqqında məlumatları bura daxil edəcəyəm. Əlbəttə ki, mane olmasalar. İ.Əliyev, E.Məmmədyarov və başqa Bakıda və ya digər şəhərlərdə anadan olanlara gəldikdəsə azərbaycan mentalitetinə uyğun olaraq onlar əlbəttə ki, bakılı sayılmadığından Naxçıvana aid ediliblər. Burda yəqin ki, onları ayrica "əslən naxçıvanlı" kimi qeyd etmək olar. NR SHENER (müzakirə) 01:32, 9 aprel 2021 (UTC)
Dəqiqləşdirmə
redaktəƏvvala Gadirə demək istəyirəm ki, çünki məqalənin adını o dəyişib, Azvikidə şəhər adları dəqiqləşdirməsiz verilir və bura onu da əlavə ettsək ki, Naxçıvan deyəndə ilk ağla nə gəlir o zaman məqalənin adı dəqiqləşdirməsiz olmalıdır. Eyni zamanda addəyişmə ilə bağlı xeyli yönləndirmələrdə problemlər yaranıb. Bu sahə ilə bağlı peşəkar həmkarlardan Toghrul R, Atakhanli, Zohrab javad, White Demon, Samral və b.-nın da fikirlərini almaq olar. — Araz Yaquboglu (müzakirə) 12:06, 29 aprel 2024 (UTC)
- Salam, bəy. Keçidlərlə bağlı iradınız haqlıdır. Bunu mümkün ən qısa zamanda həll edəcəyəm. İkinci məsələyə gəlsək, xeyr, elə deyil, verilir və verilə də bilər. Mövzunun tanınmışlıq dərəcəsinə baxılaraq qərar verilir. Astara və Göygöl şəhərləri buna nümunədir. Məsələn, Vaşinqton da elə verilib (özü Naxçıvan kimi dəqiqləşdirmə səhifəsidir). Yəni Naxçıvan şəhəri və Naxçıvan MR eyni dərəcədə tanınır. Ona görə belə uyğundur. Təbii ki, araşdırıb elə edirəm dəyişmələri, hətta müvafiq şablonları da əlavə edirəm məqalələrə və nəticədə keçidlər verilir. Dəqiqləşdirmə səhifələrini qaydasına salıram hal-hazırda. Hörmətlə, Gadirmüzakirə 12:12, 29 aprel 2024 (UTC)
- Salam. Fikrimcə Naxçıvan adı tək işləniləndə - bu ilk növbədə Naxçıvan şəhəridir. Digər mənalar, məsələn, Naxçıvan Muxtar Respublikası, bu artiq muxtar respublikadır - məqalənin adı belə baxsaq artıq dəqiqləşmə tələb etmir, çünki "Muxtar Respublikası" sözləri də var. Məsələn biri var Şəki - ilk növbədə Şəki şəhəri nəzərdə tutulur, biri var Şəki rayonu, biri də var Şəki (tarixi ərazi). Zohrab javad (müzakirə) 12:35, 29 aprel 2024 (UTC)
- Qalması məqsədəuyğun olar. Digər bölmələrdə də bu, qeyd olunub. Dediyim kimi, eyni dərəcədə tanınırlar. 3-cüsü məqaləsi hələ mövcud olmasa belə, "Naxçıvan (tarixi ərazi)" deyə də son dərəcə məşhur və önəmli ensiklopedik mövzu da var. Hazırkı MR məqaləsindən məzmunun böyük bir qismi ora aid olmalıdır və {{əsas}} şablonu ilə keçid qoyulmalıdır. Naxçıvan toponimi hər iki (hətta üç) mənanı çağrışdırır, situasiyaya bağlıdır. "Muxtar Respublikası" qeyd olunması bu gerçəyi ya da nəyisə dəyişmir. Oxucu "Naxçıvan" dəqiqləşdirmə səhifəsindən daxil olub sözügedən mövzuların hamısını da axtara bilər. Kifayət qədər belə nümunələr də var və bəzilərini qeyd etmişəm artıq. Naxçıvan tarixi səhifəsinin də adı dəyişdirilməlidir. Naxçıvan Muxtar Respublikası tarixi — tarixi ərazidən məlumat verməli, "Naxçıvan tarixi" adlandırılmalıdır, digəri isə "Naxçıvan şəhərinin tarixi" olmalıdır. MR üçün də ensiklopedik olduğu üçün ayrıca müvafiq məqalə yaratmaq mümkündür, faktiki hazırkı başlıqda tarixi ərazidən söhbət gedir. Həmin başlıq Naxçıvan Muxtar Respublikası tarixi#Müasir dövr müvafiq alt başlığına da yönləndirə bilər. Orta əsrlərdə Naxçıvan MR mövcud olub bəyəm? Müvafiq şablonlarda da məqalələrin giriş hissələrində müvafiq qeydlər edilərək. Hörmətlə, Gadirmüzakirə 13:05, 29 aprel 2024 (UTC)
- Onda Şamaxı mıqaləsini adı dəyişilib Şamaxı (şəhər) olmalıdır, çünki Şamaxı rayonu da var? Bəs Şəki? Şəki şəhəri də var, Şəki rayonu da var, Şəki tarixi ərazi də var, Şəki xanlığı da olub. Zohrab javad (müzakirə) 22:51, 29 aprel 2024 (UTC)
- "Azərbaycan" ilə N qədər mövzu var, nə olsun? Əsas mövzu AR-dır. "Azərbaycanlı" olan haranı nəzərdə tutacaq, açıqdır, "Naxçıvanlı" olan haranı. Şəhəri də ola bilər, MR-nı da, tarixən oranı da. Doğru müqayisə deyil. Təbii ki, istisna hallar olur və hazırda "Naxçıvan" elədir. Rayon ilə respublika bir deyil. Həmçinin ona, "Şəki xanlığına" kim "Şəki" deyir?) Əraziyə qalsa, elə deyil, gərək çox populyar olsun, məsələn, Qobustan kimi. Yoxsa bu siyahı uzaya bilər. "Şəki rayonu" deyirik ("Şəki" deyəndə şəhəri də içində birgə qəsd edirik əsas), amma MR-ya "Naxçıvan" deyə də istinad edirik, mənbələr də qısaca qeyd edir. Məsələn, Naxçıvan Baş naziri, Naxçıvan Ali Məclisi və s. Şəki İcra Hakimiyyəti, Naxçıvan İcra Hakimiyyəti deyə də qısaca qeyd olunur. Yəni "Naxçıvan şəhəri" birinci məna deyil. Bu halda sadə adın dəqiqləşdirmə qalması məqsədəuyğundur, oxucu əsas əhəmiyyətə malik hər 2 (3) mövzunu da axtara bilər. Girişdə də şablonlar verilib. Onsuz şəhərlərdə və rayonlarda girişdə müvafiq şablonlarla qeydlər, keçidlər verilib. Yuxarıda nümunələri də vermişəm. Niyə problem olmalıdır anlamıram. Lazım olanda bu kimi hallarda dəqiqləşdirmə istifadəsi uyğundur. Hörmətlə, Gadirmüzakirə 01:39, 30 aprel 2024 (UTC)
- Onda Şamaxı mıqaləsini adı dəyişilib Şamaxı (şəhər) olmalıdır, çünki Şamaxı rayonu da var? Bəs Şəki? Şəki şəhəri də var, Şəki rayonu da var, Şəki tarixi ərazi də var, Şəki xanlığı da olub. Zohrab javad (müzakirə) 22:51, 29 aprel 2024 (UTC)
- Qalması məqsədəuyğun olar. Digər bölmələrdə də bu, qeyd olunub. Dediyim kimi, eyni dərəcədə tanınırlar. 3-cüsü məqaləsi hələ mövcud olmasa belə, "Naxçıvan (tarixi ərazi)" deyə də son dərəcə məşhur və önəmli ensiklopedik mövzu da var. Hazırkı MR məqaləsindən məzmunun böyük bir qismi ora aid olmalıdır və {{əsas}} şablonu ilə keçid qoyulmalıdır. Naxçıvan toponimi hər iki (hətta üç) mənanı çağrışdırır, situasiyaya bağlıdır. "Muxtar Respublikası" qeyd olunması bu gerçəyi ya da nəyisə dəyişmir. Oxucu "Naxçıvan" dəqiqləşdirmə səhifəsindən daxil olub sözügedən mövzuların hamısını da axtara bilər. Kifayət qədər belə nümunələr də var və bəzilərini qeyd etmişəm artıq. Naxçıvan tarixi səhifəsinin də adı dəyişdirilməlidir. Naxçıvan Muxtar Respublikası tarixi — tarixi ərazidən məlumat verməli, "Naxçıvan tarixi" adlandırılmalıdır, digəri isə "Naxçıvan şəhərinin tarixi" olmalıdır. MR üçün də ensiklopedik olduğu üçün ayrıca müvafiq məqalə yaratmaq mümkündür, faktiki hazırkı başlıqda tarixi ərazidən söhbət gedir. Həmin başlıq Naxçıvan Muxtar Respublikası tarixi#Müasir dövr müvafiq alt başlığına da yönləndirə bilər. Orta əsrlərdə Naxçıvan MR mövcud olub bəyəm? Müvafiq şablonlarda da məqalələrin giriş hissələrində müvafiq qeydlər edilərək. Hörmətlə, Gadirmüzakirə 13:05, 29 aprel 2024 (UTC)
- Salam. Fikrimcə Naxçıvan adı tək işləniləndə - bu ilk növbədə Naxçıvan şəhəridir. Digər mənalar, məsələn, Naxçıvan Muxtar Respublikası, bu artiq muxtar respublikadır - məqalənin adı belə baxsaq artıq dəqiqləşmə tələb etmir, çünki "Muxtar Respublikası" sözləri də var. Məsələn biri var Şəki - ilk növbədə Şəki şəhəri nəzərdə tutulur, biri var Şəki rayonu, biri də var Şəki (tarixi ərazi). Zohrab javad (müzakirə) 12:35, 29 aprel 2024 (UTC)
- @Araz Yaquboglu, @Gadir keçidlər Naxçıvandan Naxçıvan (şəhərə) dəyişilməlidir, düzdür? Nemoralis (müzakirə) 13:15, 23 may 2024 (UTC)
- Yes, amma diqqət edin də, Naxçıvan yazıb MR-yə də keçidlər verilmiş məqalələr ola bilər. Hörmətlə, Gadirmüzakirə 13:28, 23 may 2024 (UTC)
- Bəli diqqət edirəm, xüsusi regexlə dəyişir bot. lərinə baxa bilərsiniz. Nemoralis (müzakirə) 13:30, 23 may 2024 (UTC)
- Yes, amma diqqət edin də, Naxçıvan yazıb MR-yə də keçidlər verilmiş məqalələr ola bilər. Hörmətlə, Gadirmüzakirə 13:28, 23 may 2024 (UTC)