Muzakire Numerologiya - Wikipedia
Bu, Numerologiya məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Tar 88, Azərbaycan dilində sıra sayları "1-ci, 2-ci, 3-cü, ...", yaxud "I, II, III,..." kimi yazılır. Bunu məqalədə nəzərə almanızı xahiş edirəm (Bu, türkcədə 1., 2., 3., ... kimi yazılır). --Vago 11:11, 5 Aprel 2010 (UTC)
- Rus dilində yazılanı doğru qəbul etsək, məqalənin adı "Ədədlərin magiyası" olmalıdır: "Нумерология — это паранаука о числах." — "Numerologiya ədədlər haqqında ..." (число - ədəd, цифра - rəqəm) --Vago 12:26, 5 Aprel 2010 (UTC)
- Səninlə tamamilə razıyam --PPerviz 15:13, 5 Aprel 2010 (UTC)
Görürəm neçə gündür ki, bu məqalənin üstündə işləyirsən. Məncə Kateqoriya:Riyaziyyatda əlavə etsən yaxşı olar. --PPerviz 15:13, 5 Aprel 2010 (UTC)
"Yan orqan" nə deməkdir? --Vago 13:15, 8 Aprel 2010 (UTC)
Bu söz çin dilindədir. Bu orqanlar şərti olaraq in (daxili) və yan (xarici) orqanlara bölünür.--Tar 88 13:23, 8 Aprel 2010 (UTC)
Məqaləni çox diqqətlə oxudum və özüm haqqında maraqlı məlumatlar əldə etdim. Təbrik edirəm. Amma bir məsələ, məqalənin tam Vikipediya qaydalarına uyğun olması üçün sona 1-2 mənbə və ya xarici keçid artırın. Ümumiyyətlə, məqalə xoşuma gəldi. Əgər nə vaxtsa məqaləni yaxşı məqalə səsverməsinə çıxarsanız, leyhinə səs verməyə hazıram. Uğurlar. --Ira 18:01, 8 Aprel 2010 (UTC)
- Məqalə yaxşı hazırlanıb, təbriklər. Məncə vikipediyada bu cür üstündə işlənildiyi bəlli olan məqalələr çoxalsa buranın da bir bilik mənbəyi kimi dəyəri artar. Məqalə barədə bir qeydim ondan ibarətdir ki, bura ensiklopediya olduğu üçün burdakı məqalələr də ensiklopedik, yəni elmi üslubla yazılmalıdır. Bu məqalənin adı da daxil olmaqla tərkibində bir az ədəbi üsluba yer verilib. Bunlara da nəzər yetirilsə onda ümumən nümunə göstərilməli iş alınar. Hörmətlər. --TimBitsتِمبِتس 18:06, 9 Aprel 2010 (UTC)
Terminologiya
redaktəAzerbaijan dilinde ekspert olmasam da sozlerin yazilishinda iki kicik sehv tapdim. Amma meqaleni tam okhumadim. Terminlerin tercumesinde ehtiyyatli olmaq lazimdir. Mence "magiya" dile yatan bir termin deyil. Butovlukde chokh boyuk ish gorulub ve bu munasibetle meqalenin ustunde ishlemish hamiya teshekkur edirem. Gülməmməd | Danış 22:11, 9 Aprel 2010 (UTC)
- Məqaləyə sadəcə bir nəzər salmaq bəs edir ki, onun üzərində ürəklə çalışıldığını anlayasan. Bütün zəhməti olanlara təşəkkürlər.--Melikov Memmed 05:58, 10 Aprel 2010 (UTC)
Azerbaycan dilinde "magiya" ve "magik" sozleri yoxdur. Sehr ve sehrli sozleri var. Bunu duzelderdiniz, zehmet olmasa.Kazim 01:44, 16 Aprel 2010 (UTC)