Migidere - Wikipedia
Mığıdərə — Azərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd.[1]
Mığıdərə | |
---|---|
39°34′33″ şm. e. 46°36′49″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsinin sonucunda imzalanan atəşkəs bəyanatının nəticəsində işğaldan azad olunub. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir.[2][3] 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Tarixi
redaktəMığıdərə kəndi Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini XIX əsrin ortalarında Mığı dərəsi adlanan yerdə Məlikpəyə kəndindən köçüb gəlmiş Məmməd adlı şəxs bina etmişdir. Buna görə da kənd əvvəllər Məmmədli, bəzən da Məmməduşağı adlanmışdır. Yerli məlumata görə, guya yaşayiş məntəqəsinin yerləşdiyi dərədə vaxtilə Mığı adlı kənd mövcud olduğu üçün Mığı dərəsi deyilmişdir. Ehtimal etmək olar ki, oykonimin birinci komponenti türkdilli xalqların toponimiyasindakı mık sözündən olub, “su”, “çay” mənasındadır və kəndin adı “çay dərəsi” deməkdir. Lakin sonralar bu dərədən axan çay qurumuş, ərazisinin adı isə qorunub saxlanmışdır.[4]
İşğal dövrü
redaktəBu ərazi 2000-ci il dekabrın 14-də qəbul edilmiş Ermənistanın nüvə proqramının 4-cü maddəsində Ermənistanın nüvə zonalarına aid olunmuşdu.[5][6]
İqtisadiyyatı
redaktəƏsas təsərrüfatı heyvandarlıq idi.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Busaat.az. "Sülhməramlılar yeni yolu "Laçın dəhlizi" kimi RƏSMİLƏŞDİRDİ – ŞOK MƏQSƏDİN DETALLARI" (az.). Busaat.az. 10.09.2022. 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2023.
- ↑ ""Laçın dəhlizi"nə çəkilən alternativ yolla bağlı rəsmi AÇIQLAMA - Tikinti başa çatır". modern.az. 2022-06-21. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
- ↑ Mığıdərə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. "Elm". 2008. səh. 269. Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine (az.)
- ↑ "Azərbaycan" qəzeti, 15 yanvar 2003-cü il. (az.)
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |