Mesedi Ebdul Sahin - Wikipedia
Məşədi Əbdül Hüseynəli oğlu Muradlı (Məşədi Əbdül Şahin) – şair.
Məşədi Əbdül Şahin | |
---|---|
Məşədi Əbdül Hüseynəli oğlu Muradlı | |
Təxəllüsü | Шахин, Рахзан |
Doğum tarixi | |
Doğum yeri | Şuşa |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Məşədi Əbdül Şahin Vikimənbədə |
Həyatı
redaktəMəşədi Əbdül Şahin 1844-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Əsasən Petrovskidə alış-veriş edirdi. Şahin və Rahzən təxəllüsləri ilə şeirlər yazırdı. Tarixçi və təzkirəçi Mir Möhsün Nəvvab onun haqqında yazır: "Qarabağın xoştəb və əhli-zövq şüəralarından birisi də Əbdül ibn Hüseynəli ibn Məşhədi Muraddır, amma mərhum Əbdül anasının adı ilə məşhur idi. Belə ki, cəmi Qarabağ əhli ona Fatıoğlu Əbdül deyərdi. Təvəllüdü və həmçinin təlimü tərbiyəsi Şuşa qalasında olubdur. İyirmi il bundan əqdəm köçüb Petrovskiyə orada alış-veriş ilə məşğul olurdu. Bir neçə sənə bundan irəli vəfat edibdir. Sinni əlli beşdən altmışa kimi çatmışdı".
Məşədi Əbdül Şahin 1900-cü ildə vəfat edib.
Yaradıcılığı
redaktəMənbə
redaktə- Ənvər Çingizoğlu. Məşədi Murad uşağı. "Soy" dərgisi, 10(18) 2008