Mecid Ehmedov - Wikipedia
Əhmədov Məcid Mirzə oğlu (28 fevral 1957, Qalayçılar, Ağdam rayonu) — Azərbaycanlı alim, fizika üzrə fəlsəfə doktoru
Məcid Əhmədov | |
---|---|
Doğum tarixi | 28 fevral 1957 (67 yaş) |
Doğum yeri | |
Təhsili |
Həyatı
redaktəƏhmədov Məcid Mirzə oğlu 1957-ci ilin fevral ayının 28-də Ağdam rayonunun Qalayçılar kəndində anadan olmuşdur. 1974-cü ildə orta məktəbi bitirdikdən sonra 1975-ci ildə Azərbaybaycan Dövlət Universtetinin (indiki Bakı Dövlət Universteti) Fizika fakültəsinə qəbul olmuş və 1980-ci ildə bitirmişdir. 1980–1984-cü illərdə Ağdam rayonunun Abdal və Salahlı kəndlərində fizika-riyaziyyat fənnləri üzrə müəllim işləmişdir.
Elmi fəaliyyəti
redaktə1985-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnistitutunun (RPİ) "Kimyəvi Fizika" laboratoriyasında əmək fəaliyyətinə başlamış, 1997-ci ilə kimi kiçik elmi işçi, 2009-cu ilə kimi böyük elmi işçi vəzifəsində çalışmışdır.
M. Əhmədov 1986–1990-cı illərdə AMEA-nın Radiasiya Problemləri İnistitutnda "Dielektriklər və yarımkeçiricilər fizikası" ixtisası üzrə aspiranturada oxumuş və 1997-ci ildə "Asetonitrilin alovsuz boşalma plazmasında polimerləşmısindən alınan nazik təbəqələrin elektrik və fotoelektrk xassələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
2000-ci ildə təşkil olunan "Ətraf mühitə zərərli təsirlərin fizikası və kimyası" laboratoriyasında əmək fəaliyyətini davam etdirən M. Əhmədov hazırda orada aparıcı elmi işçi vəzifəsində çalışır. Atom Absorbsiya Spektrometriyası və İCP-MS metodlarını tətbiq etməklə laborotoriyanın iş planına uyğun olaraq ətraf mühitə atılan ağır metalların akkumulyasiyası və daşınması prosesləri mövzusunda tədqiqat işləri aparmışdır.
Məcid Əhmədov müxtəlif beynəlxalq layihələrdə — Beynəlxalq "İSO 17025" akkreditasiyasında, LGC (İngiltərə) və SETOC (Hollandiya) test metodlarının müqayisəsi, həmçinin, TEMPUS ECONANO və "MARINE CHECK — OCEAN 2013" proqramlarında, eləcə də, American Chemical Society (ACS) təşkilatının, Society of Environmental Toxicology and Chemistry (SETAC) təşkilatının, SFP 977991 — Şimali Atlantika Alyansının (NATO) Elm Fondu layihəsinin davamı üzrə (Kür-Araz layihəsi) fəaliyyətində fəal iştirat etmişdir.
Alim 70-dən çox elmi əsərin (35 xaricdə, 10 beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan) müəllifidir. Müntəzəm olaraq Beynəlxalq və yerli elmi konfranslarda, simpozium və seminarlarda iştirak edir və müxtəlif qrant layihələrinin iştirakçısıdır.
Əsas elmi nailiyyətləri
redaktə1. Asetonitlin alovsuz boşalma plazmasında polimerləşməsindən nazik polimer təbəqələrinin alınması
2. Alinmış nazik təbəqələrin optik, electrik və fotoelektrik xassələrinin tədqiqi ilə elektrik və fotoelektrik keçiricilik mexanizmilərinin müəyyənləşdirilməsi
3. İlk dəfə olaraq müxtəlif texnoloji sikllərdən keçən lay sularında ağır metallar tədqiq olunmuş, onlar üçün dəyişmə intervaları müəyyən edilmişdir. Alınmış konsentrasiyalar fon qiymətləri və ekoloji standartlar ilə müqayisə olunmuşdur.
4. Ağır metalların (As, Ba, Cd, Cr, Co, Cu, Fe, Mn, Mo, Ni, Zn. V, Pb və s.) Azərbaycanın səth suları, qrunt suları və dəniz dib çöküntülərində paylanması qanunauyğunluqları öyrənilərək, parametrlər arasında korrelyasiya tədqiqatları aparılmışdır. Alınmış nəticələr Avropa İttifaqının və Dünya Sağlamlıq Təşkilatının ağır metallar üçün qəbul etdikləri standartlarla müqayisə edilərək çirklənmənin dərəcəsi təyin edilmişdir.
5. Dib çöküntüsü nümunələrində təyin edilmiş metal elementlərin bir-biri ilə, eləcə də, dib çöküntüsünü xarakterizə edən parametrlər arasında korrelyasiyanın öyrənilmiş bu elementlərin mənşəyinin təbii və ya antropogenik təsirlərdən hansının müəyyənləşdirici olması təyin edilmişdir. O cümlədən, metal elementlərin konsentrasiyalarının məlumat bazasının yaradılması Azərbaycan Respublikasında müxtəlif elementlərin fon konsentrasiyası üçün standartların qəbul edilməsinə imkan verəcəkdir.
Elmi əsərləri
redaktə- Электрические и оптические свойства пленок, полученных полимеризацией ацетонитрила в тлеющем разряде ВМС, 1989, Б 31, № 6, стр.454–456
- Исследование парамагнитных свойств плазма полимеризованного полиацетонитрила ВМС, 1990, Б 32, № 3, стр. 225–227
- Dark electrical conduction in plasma-polymerized acetonitrile. Thin Solid Films, 1991, 197, p. 319–326
- Photovoltaic effect in the plasma polymerized acetonitrile thin films. 35th IUPAC Congress, Istanbul 1995, p. 276
- Механизм проводимости пленок, полученных полимеризацией ацетонитрила в плазме тлеющего разряда. Fizika, 1996, cild 11, № 1.с.56–58
- Space charge limited current in films obtained in glow discharge plasma. Tr. J. of Physics, 22, 1998.p. 253–261.
- Photocurrent in thin films obtained by polymerization of acetonitrile in glow discharge plasma. European polymer congress. Moscow, Russia 2005 june27-july1, 184.
- Influence of substrate temperature on optical properties of films obtained by polymerization of acetonitrile in glow discharge plasma. III international conference on times of polymers (TOP) & composites. Ischia, Italy, June 18–22, 2006,137
- Investigation of heavy metals in sediment samples by sequential extraction. Kimya Problembri Jurnali –N:4, 2007, 663–669.
- Investigation of heavy metals on the water samples from Kura and Araks rivers. The Fifth Eurasian Conference on Nuclear Science and its Application" Ankara , October 14–17, 2008,233.
- Hazardouz pollutant database for kura-araks water quality management. NATO Science for peace and Security-C: NATO Journal Information © Springer. Netherlands 2008, pp. 171–182.
- Metals in Main Rivers of Azerbaijan: Influence of Transboundary Pollution. Water Air Soil Pollutant (2010) 213, pp. 301–310.
- Trace Metals in Water Samples Taken from Azerbaijan Sector of Caspian Sea. J. Chem. Chem. Eng. 9 (2015) 288–295 doi: 10.17265/1934–7375/2015.04.007.
- Radium Isotopes in an Oil-Field Produced Lake near Baku, Azerbaijan. Journal of Environmental Protection. DOI: 10.4236/jep.2016.791036.sep.01, 2016.
- Uranium and Thorium Determination in Water Samples Taken along River Kura. Journal of Materials Science and Engineering B 6 (3–4) (2016) 80–84 doi: 10.17265/2161–6221/2016.3–4.004.
- The Concentration of Trace Metals and Hydrocarbons Depending on Water Column Depth in Caspian Sea Taken from Areas of Azerbaijan. Biological and Chemical Research, 378–390. Published: December 25, 2016.
- Water Column Depth Dependence of Trace Metals, Inorganic Nutrients and Hydrocarbons in Caspian Seawater Taken from Areas of Azerbaijan. J. Chem. Chem. Eng. 10 (2016) 315–324 doi: 10.17265/1934–7375/2016.07.002