Mehemmedeli Recai - Wikipedia
Məhəmmədəli Rəcai (15 iyun 1933[1], Qəzvin – 30 avqust 1981[2][3], Tehran) — İran İslam Respublikasının 2-ci prezidenti.
Məhəmmədəli Rəcai | |
---|---|
fars. محمد علی رجائی | |
İran İslam Respublikasının 2-ci prezidenti | |
Əvvəlki | Əbülhəsən Banisədr |
Sonrakı | Əli Xamenei |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 iyun 1933[1] |
Doğum yeri | |
Vəfat tarixi | 30 avqust 1981[2][3] (48 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, müəllim |
Dini | şiəlik |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMəhəmmədəli Rəcai 1933-cü ildə Qəzvin şəhərində dünyaya gəlmişdi. İlk təhsilini də bu şəhərdə alan Rəcai, 1948-ci ildə Tehrana gedərək Hava qüvvətlərinə qatıldı və beş il müddətlə hərbi xidmət illəri dövründə axşam təhsili (ikinci təhsil) alaraq orta təhsilini tamamladı. 1959-cu ildə Ruft Ali Müəllimlər Məktəbində riyaziyyat bölümündən məzun olan Rəcai, Xansar, Qəzvin və Tehran kimi şəhərlərdə müəllim kimi çalışdı. 1961-ci ildə "Nehzet-i Azadi" (Azadlıq hərəkatı)ya üzv olduqdan iki il sonra tutulan Rəcai iki ay müddətlə həbs yatdı. Həbsdən çıxdıqdan sonra Məhəmməd Cavad Bahonər ilə birlikdə İttifaq nümayəndəsini yenidən canlandırmağa çalışdı və silahlı mübarizəni aktiv şəkildə idarə edə biləcək kadrlar çıxarmaq üçün FKÖ düşərgələrinə mütəxəssis göndərdi. 1971-ci ildə ölkə xaricinə çıxaraq, öncə Fransaya getdi ardından bir müddet Türkiyə və Suriya kimi bölgə ölkələrində oldu. Siyasi fəaliyətlərdə olduğu kimi mədəni işlərdə də aktiv olaraq yer alan Rəcai 1975-ci ildə tutularaq ünlü Qəsr-Qacar və Evin həbsxanalarında dörd il boyunca həbs yatdı. 1979-cu il inqilabının ən hərəkətli dönəmində, digər məhkumlarla bərabər sərbəst buraxılmasının ardından siyasi və mədəni fəaliyətlərinə yenidən başladı. Bəzi dostlarıyla birlikdə Müəllimlər İslam Birliyi [Əncümən-i İslami Müallimin] təşkilatını qurdu.
Fevral İnqilabının uğura çatdığı 1979-cu il tarixində Milli Təhsil Nazirliyinə gətirildi. 1980-ci ildə Tehrandan Millət vəkili olaraq seçilən Rəcai, 9 avqust 1980-ci ildə İslami Şura Məclisi tərəfindən Baş nazirliyinə gətirilərək inqilab sonrası ilk Baş nazir ünvanını aldı.
Ölkədəki siyasi atmosferin olduqca qarmaşıq olduğu, siyasi sui-qəsdlərin sıx-sıx yaşandığı bir Baş nazirlik dönəmi keçirdikdən sonra, Bənisədrin prezidentlikdən çıxarılmasıyla İmam Xomeyni tərəfindən prezidentliyə gətirildi və 1981-ci ildə prezidentlik sarayında partlama nəticəsində həyatını itird. Sadə yaşamıyla İranlıların könlündə taxt quran Rəcai, xalq adamı adını ölənə qədər qorumağı bacarmış nadir siyasətçilərdən biridir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Mohammad Ali Rajai // Find a Grave (ing.). 1996.
- ↑ 1 2 Mohammad Ali Rajai // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Mohammad Ali Rajai // Munzinger Personen (alm.).