Mehemmed Abbasquliyev - Wikipedia
Məhəmməd Abbasquliyev (14 fevral 1965, Kalbaoruc Dizə, Naxçıvan rayonu – 22 noyabr 2013, Bakı) — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sabiq müavini.
Məhəmməd Abbasquliyev | |
---|---|
18 avqust 2008 – 22 noyabr 2013 | |
Prezident | İlham Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 fevral 1965 |
Doğum yeri | |
Vəfat tarixi | 22 noyabr 2013 (48 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Təhsili |
|
Uşağı | 4 |
Hərbi xidmət | |
Xidmət illəri | 1994-2013 |
Mənsubiyyəti | Dövlət Sərhəd Xidməti |
Rütbəsi |
General-mayor |
|
|
Təltifləri |
Həyatı
redaktəMəhəmməd Abbasquliyev 14 fevral 1965-ci ildə Babək rayonunun Kalbaoruc Dizə, kəndində anadan olub. O, 1982-ci ildə Qaraqala kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi-Siyasi Mühəndis və rabitə Qoşunları Məktəbinə daxil olub. Bu məktəbi bitirdikdən sonra 1993-cü ilə qədər Sovet ordusu sıralarında xidmət edib. 1994-cü ildən 2001-ci ilədək Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvan sərhəd dəstəsində zabit vəzifələrində çalışıb. 2001–2004-cü illərdə Naxçıvan sərhəd dəstəsinin rəisi olub.
Azərbaycan prezidentinin sərəncamları ilə 6 aprel 2004-cü il tarixində DSX-nin Naxçıvan Sərhəd Diviziyasının komandiri, 16 yanvar 2008-ci ildə isə Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini, 18 avqust 2008-ci ildə isə DSX rəisinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib. 2004-cü il iyul ayının 30-da Azərbaycan prezidentinin sərəncamı ilə Məhəmməd Abbasquliyevə general-mayor hərbi rütbəsi verilib.
General-mayor Məhəmməd Abbasquliyev 2013-cü il noyabrın 22-də infarkt nəticəsində dünyasını dəyişib. II Fəxri Xiyabanda torpağa tapşırılıb.[1]
Ailəsi
redaktəAiləlidir. 4 övladı var.
İstinadlar
redaktə- ↑ modern.az. "Dövlət Sərhəd Xidməti rəisinin müavini, general Məhəmməd Abbasquliyev vəfat edib". modern.az (az.). İstifadə tarixi: 2024-07-05.