Mehemmed Bagir Xalxali - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Məhəmməd Bağır Xalxali — azərbaycanlı şair.
Məhəmməd Bağır Xalxali | |
---|---|
Ağa Mirzə Məhəmmədbağır Xalxali | |
Doğum tarixi | |
Doğum yeri | Qarabulaq, Xalxal |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | şair, alim |
Məhəmməd Bağır Xalxali Vikimənbədə |
Həyatı
redaktəMəhəmməd Bağır Xalxali İranın Təbriz şəhəri yaxınlığındakı Xalxal qəsəbəsində dünyaya gəlib. Şairin bu günümüzə cəmi bir əsəri "Sələbiyyə" (Tülkü) gəlib çatıb. Onun başqa əsərlərinin mövcud olması ilə bağlı heç bir mənbədə məlumat yoxdur.
Xalxalinin həyatı haqqında da çox az məlumat var. Bu məlumatlar da əsasən onun əsərindən alınmışdır. Əsərdən belə məlum olur ki, o Nəsrəddin şahın dövründə — hicri tarixi ilə 1310-cu ildə "Sələbiyyəni" yazıb tamamlayıb. Şair bu əsərini nəzmlə yazıb. Əsəri "tülkünün nağılı" da saymaq olar. Tülkü haqqında danışmaqla Xalxali çox dərin fəlsəfi, mənəvi, məişət məsələlərinə toxunur. "Sələbiyyə"də o, demək istədiklərini o dövrün savadsız camaatı başa düşsün deyə çox sadə dillə ifadə edir. Əsərdə sırf tülkünün hekayəti onun onda biri qədərdir. Əsər əsasən nəsihətlərdən ibarətdir.