Mehemmed Hatemi Tantekin - Wikipedia
Məhəmməd Hatəmi Tantəkin ― Azərbaycanda milli azadlıq hərəkatının rəhbərlərindən biri, Milli Qurtuluş Partiyasının və Çənlibel təşkilatının qurucusudur.
Məhəmməd Hatəmi Tantəkin | |
---|---|
Doğum tarixi | 22 iyul 1935 |
Doğum yeri | |
Vəfat tarixi | 13 iyun 2016 (80 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | folklorşünas, siyasətçi |
I Qarabağ müharibəsində "Milli Qurtuluş" batalyonunun tərkibində döyüşlərdə iştirak edib.
Həyatı
redaktəMəhəmməd Hatəmi 1935-ci il iyulun 22-də Astara şəhərində anadan olub.[1]
1945-ci il dekabrın 12-də mərkəzi Təbriz olan Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Azərbaycan Demokrat Firqəsinin gənclər təşkilatına üzv olub.[1][2] Azərbaycan Milli Hökuməti dağıdıldıqdan sonra isə ailəsi ilə birlikdə əvvəlcə Qaraçala kəndinə sonra Şamaxıya daha sonra isə Xudata köçürülürlər.[3][4] 1956-cı ildə Xudat şəhərində məktəbi bitirir.[4] 1957-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1963-cü ildə Şeyx Məhəmməd Xiyabani haqqında yazdığı diplom işi ilə universiteti bitirib.[5]
Azərbaycan Demokrat Firqəsinin üzvü olub və onun mətbuat orqanı olan "Azərbaycan" qəzetində yazıb.[4] O dövrdə bir neçə partiya yoldaşı ilə birlikdə Azərbaycan Demokrat Firqəsinin sədri olan Qulam Yəhyaya qarşı çıxıb və onun istefa verməsini tələb edib. Bundan sonra firqədən qovulur. 1965-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında işləməyə başlayıb. 1972-ci ildə "Xalq yaradıcılığında atəşpərəstliyin ifadəsi" mövzusunda dissertasiyanı müdafiə edərək, filologiya elmləri namizədi adını alıb.[6]
Azərbaycanda milli-azadlıq mübarizəsində fəal iştirak etmiş ilk təşkilatlarından olan, 1987-ci ildə[7] yaradılmış "Çənlibel" cəmiyyətinin qurucusudur.[8][9] 1988-ci il oktyabrın 30-da Çənlibel təşkilatının son iclasında Xalq Hərəkatı Cəbhəsinin yarandığı elan edilib və Məhəmməd Hatəmi XHC-nin sədri seçilib.[10] 1988-ci il noyabrın 17-də Azadlıq meydanında başlanan ümumxalq mitinqlərinin təşkilatçılarından biri olub. 1988-ci il dekabrın 4-də sovet qoşunları meydanı dağıtdıqdan sonra həbs edilib. 1989-cu il iyunun 6-da həbsxanadan azad edilib.[1] 1989-cu il noyabrın 8-də Xalq Hərəkatı Cəbhəsi (Qızılbaşlar) və Müstəqil Azərbaycan Təşkilatlarını birləşdirərək Milli Qurtuluş Partiyasını təsis edib.[11][12]
Qara Yanvar faicəsindən sonra 1990-cı il yanvarın 26-da həbs edilərək Lefortovo həbsxanasına aparılıb və 9 ay həbsdə qalıb.[7]
I Qarabağ müharibəsində "Milli Qurtuluş" batalyonunda döyüşlərdə iştirak edib.[13] 1993-cü ildə əvvəlki iş yerinə, Azərbaycan Milli Elmlər Akademiyasına qayıdaraq, folklorşünas kimi elmi işlərini davam etdirib.[14] Milli azadlıq hərəkatı ilə bağlı "Acı həqiqətlər" kitabını yazıb.[15]
2016-cı il yunun 10-da səhhəti kəskin pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. İyunun 14-də dünyasını dəyişib.[16] Bülbülə kənd qəbiristanlığında dəfn edilib.[17]
Əsərləri
redaktə- Qaravəllilər, nağıllar. (Toplayanı və tərt. ed. H. Tantəkin, S. Əliyev). Bakı: Yazıçı, 1988.
- Acı həqiqətlər. Bakı: Şirvannəşr, 1998.
- Acı həqiqətlər. Bakı: Şirvannəşr, 2006.
- Məqalələr. Bakı: Şirvannəşr, 2006.
- Sehrli nağılların onqon və əsatiri surətləri. Bakı, [s.n.], 2006.
- Qaravəllilər, nağıllar. (Toplayanı və tərt. ed. H. Tantəkin, S. Əliyev). Bakı: Qanun, 2023.
Ailəsi
redaktəAtası Fərzulla Hatəmi Hətəmxan oğlu Ərdəbil mahalının Üçbulaq kəndində anadan olub.[18] 1945-ci il dekabrın 12-də qurulmuş Azərbaycan Milli Hökuməti dövründə baş leytenantı rütbəsi alıb və "21 Azər" medalı ilə təltif edilib.[1] Anası Sitarə xanım isə Astaranın Muğanlı kəndindəndir.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Zeynallı, Əvəz. "Qardaşından Məhəmməd Hatəmi haqqında anım yazısı:"Qızıl Qoç" necə "Çənlibel"oldu?". Ovqat.com. 2018-06-14. 2024-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
- ↑ 1 2 Şamil, 2018. səh. 119
- ↑ Zeynallı, Əvəz. "Tomrid Hatəmi "Azadlıq salnaməsi"ndə (II hissə): ""Çənlibel" bu cür yarandı…"". xural.com. 2024-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
- ↑ 1 2 3 Şamil, 2018. səh. 120
- ↑ Şamil, 2018. səh. 121
- ↑ Şamil, 2018. səh. 122
- ↑ 1 2 Paşasoy, Elşad. "Məhəmməd Hatəmi Tantəkin: "Bayılda Elçibəylə vuruşduq"". musavat.com. 2013-11-17. 2018-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
- ↑ Bingöl, Namidə. "Vurğun Əyyub Hatəmi HAQDA: "Yollarımız ayrıldı"". modern.az (az.). 2016-06-14. 2024-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
- ↑ Səlimov, İlkin. "İntelligentsiya, millətçilik və Milli Azadlıq Hərəkatı (1988-1991) - Baku Research Institute". bakuresearchinstitute.org (az.). 2023-04-14. İstifadə tarixi: 2024-01-29.[ölü keçid]
- ↑ Şamil, 2018. səh. 125
- ↑ "Məhəmməd Hatəmi Tantəkin vəfat edib". MEYDAN.TV (az.). 2016-06-14. 2024-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
- ↑ Şamil, 2018. səh. 126
- ↑ "Məhəmməd Hatəmi vəfat edib". kaspi.az (az.). 2016-06-14. 2024-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
- ↑ "Məhəmməd Hatəmi vəfat edib". Azadlıq Radiosu (az.). 2016-06-14. 2024-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
- ↑ "Lefortovo məhbusu "əlvida" dedi". sherg.az (az.). 2016-06-15. 2024-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29. (#first_missing_last)
- ↑ "Milli azadlıq hərəkatının liderlərindən olan Məhəmməd Hatəmi Tantəkin dünyasını dəyişib". Report İnformasiya Agentliyi (az.). 2020-06-21. 2024-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
- ↑ Rais, Əli. "Xalq hərəkatının ünlü siması Məhəmməd Hatəmi torpağa tapşırıldı". musavat.com. 2016-06-15. İstifadə tarixi: 2024-01-29.
- ↑ Zeynallı, Əvəz. "Tomrid Hatəmi "Azadlıq salnaməsi"ndə (I hissə): "Nəsillikcə inqilabçı olmuşuq"-VİDEO". xural.com. 2017-11-17. 2024-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
Ədəbiyyat
redaktə- Şamil, Əli; Şamil, Əzizə. Dissident sorağında (1956-1986) (az.). Bakı: "Elm və təhsil". 2018. 119. ISBN 978-9952-8305-2-1. 2024-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-30.
Xarici keçidlər
redaktə- Yalanlama: “Fars dili olmasa ölkə dağılar.” — YouTube platformasında