Mehemmed Legenhavzen - Wikipedia
Məhəmməd Qrey Karl Legenhavzen (ing. Gary Carl (Muhammad) Legenhausen); 1953[1], Nyu-York, Nyu-York ştatı) — Amerikalı məşhur filosof, epistemoloq.
Məhəmməd Legenhavzen | |
---|---|
Doğum tarixi | 1953[1] |
Doğum yeri | |
Elm sahələri | Din fəlsəfəsi, epistemologiya, etika |
Elmi dərəcəsi |
|
Təhsili |
|
Həyatı
redaktəO, katolik xristian ailəsində anadan olub. 1974-cü ildə Legenhavzen Nyu York Dövlət Universitetində təhsil alıb. Texasdakı Los Universitetində magistraturaya qəbul edilmişdir. 1979-cu ildə o, bu universitetdə magistr dərəcəsini almışdır. Legenhavzen on il Cənubi Texas Universitetində tədris etmişdir.[2]
Elmi yaradıcılığı
redaktəMəhəmməd Legenhavzen fəlsəfi təhsili sürəsində Ekzistensializm və Pozitivizmdən təsirlənərək, ailəsinin Katolik inancından uzaqlaşır. 1979-cu ildə Ostin Texas Universitetində müsəlman tələbələrlə rastlaşır və onlarla tanış olur. Rays Universitetində Ph. D dərəcəsini almaq üçün müdafiə edir. 1983-cü ildə İslam dinini rəsmi din kimi qəbul edir. 1985-ci ildə İran İslam Respublikasına səfər edir. 1989-cu ildə Tehrandakı Hikmət və fəlsəfə Akademiyayasında Din fəlsəfəsi tədris etmək üçün dəvət alır, və dəvəti qəbul edərək İran İslam Respublikasına gəlir.
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Muhammad Līginhāusin // MAK (pol.).
- ↑ Legenhausen, Hajj. "A Muslim's Proposal: Non-Reductive Religious Pluralism". www.uibk.ac.at. 2024-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-02.