Mehemmed Xan Zulqeder - Wikipedia
Məhəmməd xan Zülqədər (Əlbistan – 1570, Ərzurum) — Səfəvi, sonra Osmanlı sərkərdəsi, Ərzurum əyalətinin ilk bəylərbəyi.
Məhəmməd xan Zülqədər | |
---|---|
Məhəmməd xan Şahrux xan oğlu Zülqədər | |
Doğum yeri | Əlbistan |
Vəfat tarixi | |
Vəfat yeri | Ərzurum |
Həyatı
redaktəMəhəmməd bəy Şahrux xan oğlu Əlbistanda anadan olmuşdu. Tarixçi yazır: "O, mühtəmələn ailə üçündəki bir anlaşmazlıqdan dolayı şahın xidmətinə girmiş və Astrabad valiliyi vəzifəsinə təyin edilmişdi. Ancaq, onun qızılbaşlığı nə dərəcə mənimsədiyi xüsusunda ətrafındakılar tərəfindən daima şübhəylə yanaşıldığı anlaşılmaqdadır . Qanuni Sultan Süleymanın Iraqeyn səfəri əsnasında I Şah Təhmasibə min nəfərlik Zülqədər əsgəri ilə qatılmış, yasavulluq üçün Osmanlı ordusuna qarşı getdiyi əsnada da səf dəyişdirərək osmanlıların yanına geçmiş, Qanuni də onu, daha öncələri Osmanlı dövlətinə sığınmış Üləma sultan ilə birlikdə Təbriz üzərinə göndərmişdi. Bu hadisə I Şah Təhmasibin qardaşı Sam mirzənin üsyanı ilə eyni dönəmə rastladığından, şahın Vəstam qalasını mühasirəsi əsnasında qala xalqı "Sam mirzə yağı oldu, Rum sultanı onu oğlu bilib İranı ona bağışladı" deyə bağırınca, Şah da "mən də Zülqədəroğlunu oğlum bilirdim o mənə nə qədər vəfalı oldu ki Sam mirzə, Xudavəndigara o qədər vəfalı olsun. Əgər bizdən əlaqəsıni kəsdi isə onu Allaha həvalə edirəm" deyə cevab vermişdi.
Tarixçi Mehmed Solakzadə yazır: "Uca məqam sahibi padşah həzrətləri, ulduzlar sayında əsgəri ilə 941-ci il rəbiüləvvəlin 19-cu günü (29 sentyabr 1534) Təbrizə gəlib, ertəsi günü Ucanda İslam əsgərlərinə çatdı. Bu mənzildən köçərək Sultaniyyə adlı şəhərə çatanda, bəzi hadisələr üzündən Əcəm şahına iltica edən Zülqədər bəyzadələrindən Məhəmməd xan, qızılbaşlar tərəfindən üz çevirərək qaçıb cahanpənah sultanın dərgahına gəlib üz sürdü. (Bax: Mehmed Solakzadə, Tarix,Bakı, "Elm", 1992, səh. 39).
Qeyd etdiyimiz kimi, I Şah Təhmasibə təsir edən hadisə Məhəmməd xan Zülqədərin Osmanlı ordusuna qaçması idi. Şah onu "oğul" adlandırırdı. Sultan Məhəmməd xanı Adilcəvaza hakim təyin etdi. Məhəmməd xan təyinat yerinə yollanmayıb, Üləma sultan Təkəli ilə birləşib Azərbaycana hücum etmişdi.
Məhəmməd xan Ərzurum əyalətinin bəylərbəyi olmuşdu (1535-1539).
Qaynaqlarda yazılır ki, "İraqeyn səfəri"dən sonra da, Sultan Səlim Yavuz çağındakı kimi səfəvilərlə sülh baş tutmamışdı. Bitlisdəki divanda 5 və ya 6 sentyabr 1535-ci il (12 və 13 Rəbiüləvvəl 942) günü Qanuninin buyruğu ilə qurulan "Ərzurum əyaləti"nə bəylərbəyi təyin edilən Zülqədərli Məhəmməd xan, qardaşı Mirzə Əli, Bəhram bəylər və qardaşıoğlu Şahməhəmməd bəylə birlikdə, Zülqədərli uruğundan olan dəstələrini və Təbrizdən qoşulan sünni əhalini götürərək, Ərzuruma çatıblar. Qardaşlar, Pasinin mərkəzi Avnik qalasında və özü, şənlənməsi 5 sentyabr 1534-cü ildə Qanuninin "Türbələr ziyarəti" vaxtında buyurulan Ərzurum şəhəri hələ düzəlməkdə olduğu üçün, Təbrizdən gələn şəhər xalqını burada yerləşdirib, sağlam olan Bayburd qalasında qalırdı. Beləliklə Ərzurum həm bir Osmanlı şəhəri olaraq şənlənib canlanır, həm də gürcülərdən və İrandan fəth ediləcək yerlər üçün Osmanlıların bazası işini görürdü. 1536-cı ilin baharında Məhəmməd xanın, gürcü valisi IV Qorqoranın üzərinə ılgara (yürüşə) hazırlaşdığı bilinir.
943-ci il məhərrəmin "onbeşində (4 iyul 1536) əknaf-i Məmaliki-Mahrusədən Bayburd hakimi Məhəmməd xan, ki, əmiri-dilir-i şir-nazirdür, həm-civar olan Gürcüstan iqlimlərini ləşgər-i ərbab-i yaxın ilə ol diyara axın eyləmiş; küffari-füccar ilə şiran-i kar-i-zar buluşub, rübarü olmuşlar". Osmanlı qaziləri, qarşılarına çıxanları məğlub edib. Dağıtmış. "Ol mərəkədə binihayə mel-in-i Gürcü", qılıncdan keçirilmiş. Yurdaları dağıdılıb, malları yağmalanmış. Birçox "Gürcü gözəlləri"ni də ələ keçirib, "həddən əfzun və birün doyumluqlar eyləmişlər. Memalik-i Usatdan beş nefer Gürcistan bəğləri, Dərgah-i-Muallaya itaatü inkıyad edüb, məmləkətləri ilə muti və munkəad olmuşlar".
Yerli Ərzurum arxivləri ilə rəvayəilərini də danışmış olan Ərzurumlu İbrahim Mulhəmi də, ilini bildirmədən, 1536-cı ildə gürcülərə edilən səfər üçün bu bilgiləri verir: "Ərzurum valisi Məhəmməd paşa Zülqədəri bir ədəd əsgərlə gürcülərə səfər edib, Mamruvan qarşısında əksəriyyətin qılıncdan keçirib, Oltu və Penek qalalarını aldı". Bu xəbərlərdən, "ılgar"ın, Yuxarı Pasin bazasından, Çoruk qollarından Oltu çayı boyuna edildiyi, bilinsə də. Bu qoldan, Avniktə qalan Pasin sancaqbəyi Mirzə Əli bəy getmiş olsa gərəkdir. Onun böyük qardaşı Məhəmməd xan da, Çorukana qolu boyundan və Ispir bazasından irəliləyərək, "Livana" (indiki Yusufeli və Artivin) kəsimini 1536-cı il və ya 1537-ci il səfərində fəth etmişdir. 1536-ci il basqınına, indi görəcəyimiz h. 944-945 (1538-1539) təhrir dəfətərində "Narıman-Ilgarı" deyilməsi də, Əli və Mülhəmiyi doğrulamaqdadır.
İlk Ərzurum bəylərbəyi Zülqədərli Məhəmməd xanın, 12 Cumadəlaxir 943-29 şevval 944 (26 sentyabr 1536 - 31 mart 1538) tarixləri arasındakı Tabi-i Məhəmməd xan" adlı dəftərdə, "Viləyəti Ərzurum mirmirani Həzrəti Məhəmməd xan"ın, Istanbula "təzkirələri arzu olunan sancaqlar və zeametlər, tımarlar və sipahizadələr"ə görə 501 adama "Berat" verildiyi xatırlanaraq, bunların tək-tək adları və 943 (1536)-cü ili "Gürcüstan qəzası"nda şəhid olan dirlik sahibləri də anılır. Bu arada bəylərbəyin qardaşı oğullarından "Bəbir"ində, bir zeəmet sahibi olduğu bildirilir. Yeni qurulmuş olan "Ərzurum əyaləti"ndəki sancaqları, 2 Zülqədə 944, 27 şaban 945 (2 aprel 1538-ci il dekabr 1539-ci il) tarixləri arasında işlənən və yenə "Dəftəri Vilayət-i Ərzurum Tabii Məhəmməd xan" adı ilə xatırlanan icmal dəfətərində, belə göstərilmişdir.
Gəlibolulu Mustafa Əli çələbi bu sırada Osmanlı xidmətinə daxil olan iki qardaş (Məhəmməd xan və Mirzəli bəy Zülqədərlər) haqqında bilgilər verir: "Sabiqən Şahsuvar oğlu Əli bəyin qorxusundan şah tərəfinə qaçıb, orda xanlıq alan Məhəmməd xan bin Şahrux bəy və qardaşı (Mirzə) Əli bəy gəlib Qanuniyə itaət edərək riayyətlər gördükdən sonra Məhəmməd xan Qars sancağı (doğrusu Qarsı da dövrələyən Ərzurum sancağı) və qardaşına Çemişkəzək sancağı (doğrusu mərkəzi Avnik olan Pasin) verilib bərmurad oldular. Bir zaman sonra Əli bəyə Qars bəylərbəyliyi verildi; aqibət Pasin bəyi (əslində Tiflis bəylərbəyi) olarkən vəfat etdi. Amma Məhəmməd xana Ərzrum bəylərbəyiliyi verilib, Gürcüstan küffarına neçə qəzalar edib, kamali-hüzur və miknətlə keçinirkən, Şah Təhmasib tərəfindən təhrik və iğva ehtimalı verildi. Ona görə də Rumeliyə təyin edilib iki sancaq birdən qazandı. Məhəmməd xan 1569/1570-cu ildə vəfat etdi. (Bax: Əli, Künhül-Əxbar)
Ailəsi
redaktəMəhəmməd xanın Şahəli bəy adlı oğlu vardı.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Zülqədər eli, Bakı: Şərq-Qərb, 2011, -156 səh.