Meherrem Ehmedov - Wikipedia
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Məhərrəm Camal oğlu Əhmədov (25 yanvar 1954, Bakı) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini (2005–h. h.), Məhəmməd Füzulinin 500 illik və "Kitabi Dədə Qorqudun" 1300 illik yubileyi üzrə Dövlət Komissiyalarının işçi qrupunun rəhbəri (1994–1997), Azərbaycan Respublikasının 2-ci dərəcə dövlət müşaviri, Əməkdar dövlət qulluqçusu (2014).
Məhərrəm Əhmədov | |
---|---|
Doğum tarixi | 25 yanvar 1954 (70 yaş) |
Doğum yeri | |
Atası | Camal Əhmədov |
Təhsili |
|
Elmi dərəcəsi |
|
Mükafatları |
|
Həyatı
redaktəƏhmədov Məhərrəm Camal oğlu 1954-cü il yanvarın 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.[1]
1961-1971-ci illərdə Bakı şəhər C.Cabbarlı adına 161 nömrəli məktəbdə təhsil almışdır. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsində təhsil alıb.
Fəaliyyəti
redaktəƏmək fəaliyyəti
redaktə- 1975–1976-cı illərdə Misir Ərəb Respublikasında tərcüməçi kimi xidməti ezamiyyətdə olub.
- 1977–1978-ci illər Azərbaycan Kitabsevərlər Cəmiyyətində təlimatçı vəzifəsində işləyib.
- 1978–1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və Azərbaycan dilinin tarixi şöbələrində baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb.
- 1994–1997-ci illər Məhəmməd Füzulinin 500 illik və "Kitabi Dədə Qorqudun" 1300 illik yubileyi üzrə Dövlət Komissiyalarının işçi qruplarının rəhbəri olub.
- 1997–2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində məsləhətçi, böyük məsləhətçi vəzifələrində çalışıb.
- 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub. Hal-hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini vəzifəsində çalışır.
- 2012-ci ildə Cənubi Koreyanın Yeosu şəhərində keçirilən Expo 2012-də (Expo 2012 Yeosu Korea) Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.
Elmi-pedaqoji fəaliyyəti
redaktə- 1990-cı ildə "Azərbaycan dilində birinci tərəfi ərəb mənşəli sabit feili birləşmələr (XIII–XVIII əsrlər yazılı abidələri əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi (Filologiya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi alıb. Dilçiliyin müxtəlif sahələrinə dair 30-dan çox məqalə və tezisi çap olunub. Bir danışıq kitabçası və iki lüğətin həmmüəllifidir. Bir çox respublika və beynəlxalq əhəmiyyətli simpozium və konfranslarda iştirak edib.
- Müxtəlif illərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı İslam Universiteti və Qərb Universitetində Azərbaycan və ərəb dilləri fənnindən dərs deyib.
- Bakı Amerika Universitetində də dərs demişdir.
- Rus və ərəb dillərini (sərbəst), ingilis və fars dillərini (lüğətlə) bilir.
Hərbi xidmət
redaktə1980-ci ildə sovet ordusu sıralarına çağırılmış və 1984-cü ilədək Liviya Dövlətində hərbi tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1979, 1985, 1987-ci illərdə SSRİ Müdafiə Nazirliyi xətti ilə xüsusi təyinatlı əcnəbi kontingentlə uzun müddətli tədris prosesinin təmin edilməsinə cəlb edilib.
Mükafatları
redaktə- 22 iyun 2009 — "Dövlət qulluğunda fərqlənməyə görə" medalı[2]
- 3 fevral 2014 — "Əməkdar dövlət qulluqçusu" fəxri adı[3]
- 31 iyul 2018 — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni[4]
- 27 may 2019 — "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
- 24 yanvar 2024 — 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni[5]
- 2 fevral 2024 — Azərbaycan Respublikasının Prezidentinin 4289 nömrəli sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı.
Ailəsi
redaktəMəhərrəm Əhmədov Azərbaycan ədəbiyyatının tədrisi sahəsində görkəmli mütəxəssis, pedaqoji elmlər doktoru, professor Camal Əhmədovun (1928–1999) oğludur.
Elmi əsərləri
redaktə- Bəzi sabit feili birləşmələr və onların daxili obyektli feillərlə əlaqəsi // "Oktyabr inqilabı və Azərbaycan dilçiliyi" məcmuəsi. Bakı, 1987, s.129.
- Грамматика глагольных словосочетаний // Труды конференции молодых ученых АН Азербайджанской ССР. Баку, 1987, с. 214.
- Füzuli bədii dilinin təhlili haqqında bəzi qeydlər // Gənc Ədəbiyyatşünasların Beşinci Respublika konfransının məruzələrinin tezisləri. Bakı, 1987, s.121.
- Abidələrimizdə sabit feili birləşmələr və müasir dilimizdə onların yazılış qaydaları // "Klassik mətn və transkripsiya məsələləri" elmi-nəzəri konfransının məruzələrinin tezisləri. Bakı, 1987, s.36.
- Sabit feili birləşmələr və onların sinonimiyası haqqında // Azərbaycan dili və ədəbiyyat tədrisi (metodik məcmuə). Bakı, 1987, № 1, s.55.
- Feli-ismi təsrif və sabit söz birləşmələri // Azərbaycan SSR EA-nın məruzələri. Bakı, 1987, cild XLIII, № 4, s.81.
- Birinci tərəfi ərəbmənşəli sabit feili birləşmələr (Xətai dilinin materialları əsasında) // Azərbaycan mədəniyyəti məsələləri. Gənc alimlərin beşinci elmi-nəzəri konfransının materialları. Bakı, 1988, s.30.
- Kütləvi informasiya vasitələrinin dilində alınma xüsusi isimlər // Azərbaycan nitq mədəniyyəti problemləri. Bakı, 1988, s.106.
- Birinci tərəfi ərəbmənşəli sabit feili birləşmələrin termin yaradıcılığında rolu // Azərbaycan terminologiyası məsələləri. Elmi-praktiki konfransın materialları. Bakı, 1988, s.13–14.
- Gəncə-Qazax arealında bəzi ərəbmənşəli alınmalar haqqında // "Azərbaycanın qərb regionunun problemlərinə həsr olunmuş elmi tədqiqat işlərinin yekunları" konfransının materialları. Bakı, 1988, s.263.
- Об устойчивых глагольных словосочетаниях в азербайджанском языке // Тюркология – 88. Фрунзе, 1988, с.217.
- Роль анфорических средств в Азербайджанском тексте // Закономерности развития и взаимодействия национальных языков и литератур. Казань, 1989, с.151 (в соавторстве).
- Ərəbdilli yazılı mənbələrdə türkizmlər // "Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri" məcmuəsi. Bakı, 1989, s.46.
- Sabit feili birləşmələr və birinci tərəfin mənşəyinə görə onların növləri // Azərbaycan EA Xəbərləri, Ədəbiyyat, dil və incəsənət seriyası, № 3, 1989, s.40.
- Место акцентологии в определении слова // Тюркская фонетика – 90. Алма-Ата, 1990, с.15.
- Bəzi tibb terminlərinin linqvistik təhlili // "Terminologiya məsələləri" məcmuəsi. Bakı, 1990, s.34.
- О статусе сложного слова и устойчивого глагольного сочетания в Азербайджанском языке (по материалам анализа школьных грамматик) // Professor Kazım Tanıstan oğlunun 90 illik yubileyinə həsr olunmuş nəzəri konfransın materialları. Bişkek, 1991, с.70.
- Глагольно-именное спряжение и его способности // Восток: прошлое и будущее народов. IV всесоюзная конференция востоковедов. Москва, 1991, с.38.
- О двух разновидностях устойчивого глагольного сочетаний // Проблема духовной культуры тюркских народов. IV всесоюзная конференция востоковедов. Москва, 1991, с.91.
- Azərbaycan dilinin vurğu lüğəti (müəlliflər heyəti ilə). Bakı, 1991.
- Ərəbcə–Azərbaycanca danışıq lüğəti (müəlliflər heyəti ilə). Bakı, 1993.
- Füzuli yubileyi bir möcüzə idi // "Standart" jurnalı, Ankara, mart 1997, s.56.
- "Azərbaycan" məlumat kitabı (müəlliflər heyəti ilə). Bakı, 1998.
- Anar. "Dədə Qorqud Dünyası" (redaktor). Bakı. Yeni Nəşrlər Evi, 1999.
İstinadlar
redaktə- ↑ "Məhərrəm Əhmədov". qazaxib.az. 2023-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-11.
- ↑ "Azərbaycan Respublikasında Dövlət Qulluğunda Fərqlənən Şəxslərin Təltif Edilməsi Haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". e-qanun.az. 2023-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-11.
- ↑ "M.C.Əhmədova "Əməkdar dövlət qulluqçusu" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". e-qanun.az. 2023-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-11.
- ↑ "Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". e-qanun.az. 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-11.
- ↑ "M.C.Əhmədovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2024-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-24.