Melikkend Goycay - Wikipedia
Məlikkənd — Azərbaycan Respublikasının Göyçay rayonunun Məlikkənd kənd inzibati ərazi dairəsində kənd.[1]
Məlikkənd | |
---|---|
40°32′59″ şm. e. 47°49′07″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 21 m |
Saat qurşağı | |
Tarixi
redaktəKəndin adı Məlikkəndi olmaqla mənası hökmdarın kəndi, məliyin olduğu yer mənasındadır. IX əsrdə Şirvanşahlar dövlətinin ətraf kəndlərin idarəedilməsi üslübu məliklik mərkəzlərindən biri, həmçinin yerli qazi-məhkəmə sisteminin mərkəzi. Məlikkənd kəndində 1876-ci ildə Göyçay qəzasinda ilk məktəb qazi Abdulhəmid tərəfindən açilmişdir və 1905-ci ildə rus-tatar məktəb çevirilmişdir. 1920-ci ildək ətraf kəndlərin əhalisi bu məktəbdə təhsil almişdir. Azərbaycan milli azadlıq hərəkatinin iştirakçisi, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü, Göyçay qəzasinin nümayəndəsi Əfəndiyev Haci Hüseyn Abdulla əfəndi oğlu bu məktəbi bitirib, istanbulda təhsilini davam etdirmişdir. Hazırda köhnə məktəbin ərazisində həmin dövrün yadigarı olan yaşı 150 ildən çox çinar ağacı vardır.
Toponimikası
redaktəŞirvan düzündədir. Oykonim Məlik şəxs adından və kənd sözündən ibarət olub, "Məlikin kəndi, Malikə maxsus kənd” mənasındadır. Kənd vaxtila dağılmış, sonralar yenə həmin adla yenidən bərpa olunmuşdur.[2]
Coğrafiyasi və iqlimi
redaktəKənd Göyçay rayonunun mərkəzindən 15 km cənubda düzən ərazidə yerləşir. ərazi vaxti ilə Göyçay çayının qolu Şilyan çayi sahili boyunca cənubdan şimala gedən karvan yolunda yerləşən məntəqə olmuşdur. iqlimi düzən dağətəyi, isti subtropikdir.
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 820 nəfər əhali yaşayır.[3]
İqtisadiyyati
redaktəƏhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və bağçılıqdır. Şirvan zonasinda ən yaxşi göycə alça sortu bu ərazidə yetişir.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Göyçay rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |