Melikmensur Mirze Qovanli Qacar - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Məlikmənsur mirzə Müzəffərəddin şah oğlu Qovanlı-Qacar (1880, Təbriz – 1922, Tehran) — şahzadə, əyalət valisi, 12 oktyabr 1921 – 20 yanvar 1922-ci illər arası İranın baş naziri.
Məlikmənsur mirzə Qovanlı-Qacar | |
---|---|
Məlikmənsur mirzə Məhəmmədəli mirzə oğlu Qovanlı-Qacar | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1880 |
Doğum yeri | |
Vəfat tarixi | 1922 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Müzəffərəddin şah Qacar |
Dini | şiəlik |
Həyatı
redaktəMəlikmənsur mirzə Müzəffərəddin şah oğlu 30 mart 1880-ci ildə Tehran anadan olmuşdu. Saray təhsili almışdı. Fransız dilini mükəmməl bilirdi. Şüaüssəltənə ləqəbi almışdı.
Məlikmənsur mirzə 1897-ci ildə Gilan əyalətinə vali təyin edilmişdi. Həmin ilin noyabr ayında Tehran şəhərinə çağrılmışdı. 1898-ci ilin sentyabr ayından 1899-cu ilin may ayınadək Avropada yaşamışdı.
Məlik Mənsur mirzə 1901-ci ildə Fars əyalətinə vali təyin edilmişdi. Bir müddət burda işləyəndən sonra Məhəmmədrza xan Qəvamülmülk və oğulları ona qarşı çıxdı. Şahzadə 1902-ci ilin mart ayında paytaxta getdi. 1903-cü ilin may ayında Tehrandan gizli olaraq Avropaya getmək istədi. Lakin Müvəssəqiddövlə bu işdən xəbər tutub, onu Qəzvindən Tehrana qaytardı.
Məlik Mənsur mirzə Şüaəssəltənə 1904-cü ildə yenidən Fars əyalətinə vali təyin edildi. Bu dəfə də Qəvamüddövlə və onun tərəfdarının təzyiqi ilə oranı tərk etdi. Onun qardaşları vəliəhd Məhəmmədəli mirzə və Əbülfət mirzə Salarüddövlə ilə arası yox idi. Məlikmənsur mirzə 1922-ci ildə vəfat edib.
Ailəsi
redaktəMəlikmənsur mirzənin törəməsi Məlik-Mənsur və Lahicanda Şüa Həsəni soyadını daşıyırlar.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: Şuşa, 2008, 334 səh.