Memmed Iskenderov - Wikipedia
Memmed Iskenderov - Wikipedia - Haqqında Məlumat
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Məmməd Salman oğlu İskəndərov (30 dekabr 1908, Urud, Zəngəzur qəzası – 20 may 1965, Bakı) — tarixçi, tarix elmləri namizədi, ictimai xadim, Ümumittifaq Kommunist (bolşevik) Parityasının Mərkəzi Komitəsi yanında Marksizm – Leninizm İnstitunun Azərbaycan filialının direktoru, Azərbaycan SSR EA Tarix və Fəlsəfə İnstitutunun direktoru.[1]
Məmməd İskəndərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 dekabr 1908 |
Doğum yeri | |
Vəfat tarixi | 20 may 1965 (56 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktə- Tarixçi, ictimai xadim Məmməd Salman oğlu İskəndərov 1909-cu il 30 dekabr tarixində anadan olub.
- 1947-ci ildə ekstern yolu ilə V.M.Molotov adına İrəvan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir.
- 1947–1950-ci illərdə o, ÜK (b)P MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasına daxil olmuş və orada "S.M.Kirov Azərbaycan bolşeviklərin rəhbəri kimi (1920–1925-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.
- O, 1965-ci ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.[1]
Fəaliyyəti
redaktə- M.S.İskəndərov 1937-1941-ci illərdə Vedi rayon partiya komitəsinin birinci katibi, Kommunist (bolşevik) Partiyasının Mərkəzi komitəsinin sənaye şöbəsinin müdiri, 1941-ci ilin mart ayında Ermənistan K(b)P MK-nin katibi seçilmiş və 1943-cü ilə kimi bu vəzifədə işləmişdi.
- 1946-cı il 10 fevral tarixində 2-ci çağırışdan SSRİ Ali Sovetinin deputatı seçilib.
- 1943-1947-ci illərdə Ermənistan K(b)P MK katibinin müavini və MK-nin şöbə müdiri vəzifələrində çalışmışdır.
- 1950-ci ildə M.S.İskəndərov Azərbaycana göndərilmiş və həmin ilin sentyabr ayında Azərbaycan K(b)P MK bürosunun qərarı ilə, ÜK (b) P MK yanında Marksizm-Leninizm İnstitutunun Azərbaycan filialının direktor müavini, 1951-ci ilin aprelin 19-dan isə institutun direktoru təyin edilmişdir (1951–1952)[2].
- O, 1951-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyə İnstitutunun "Marsizm-leninizm" kafedrasının müdiri vəzifəsində işləmiş, eyni zamanda Azərbaycan SSR EA Tarix və Fəlsəfə İnstitutuna rəhbərlik etmişdir.
- O, bu vəzifədə 1952-ci ilin aprelin 16-dək işləmişdir.
- 1952-ci ilin 10 aprelində M.S.İskəndərov təbliğat və təşviqat şöbəsinin müdiri, 1956-cı il 23 noyabrında isə ÜK (b)P MK yanında Marksizm – Leninizm İnstitunun Azərbaycan filialının direktoru təyin edilmişdir.[1]
Əsərləri
redaktə- С. М. Киров в Азербайджане [Текст]. - Баку : Азернешр, 1970, 220 с.
- <nowiki>Из истории борьбы Коммунистической партии Азербайджана за победу Советской власти [Текст. - Баку : Азернешр, 1958. - 539 с.]
- <nowiki>Наша цель - коммунизм [Текст : [Сборник статей] / Ин-т истории партии ЦК КП Азербайджана - филиал Ин-та марксизма-ленинизма при ЦК КПСС ; [Под ред. М. С. Искендерова и др.]. - Баку : Азернешр, 1964. — 215 с.]
- <nowiki>Воспоминания азербайджанских коммунистов о В. И. Ленине [Текст : [Сборник] / Ин-т истории партии при ЦК КП Азербайджана - филиал Ин-та марксизма-ленинизма при ЦК КПСС ; [Ред. М.С.Искендеров]. - Баку: Азернешр, 1958. — 86 с.]
İstinadlar
redaktə- ↑ 1 2 3 Kərimova (Kocayeva) T.S. Arxivləşdirilib 2020-08-04 at the Wayback Machine Tarix İnstitutunun tarixi. Bakı, 2017 (əsər çapa hazırlanır)
- ↑ "AMEA Tarix İnstitutunun direktorları". 2017-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-28.