Memmed Ceferov Aktyor - Wikipedia
Məmməd Abbasqulu oğlu Cəfərov (1912, Şamaxı – 19 yanvar 1980, Kirovabad) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1964).
Məmməd Cəfərov | |||
---|---|---|---|
Digər adı | Məmməd Cəfər | ||
Doğum tarixi | |||
Doğum yeri | Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya İmperiyası | ||
Vəfat tarixi | |||
Vəfat yeri | Kirovabad, Azərbaycan SSR, SSRİ | ||
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
||
Fəaliyyəti | teatr aktyoru | ||
Fəaliyyət illəri | 1933-cü ildən | ||
Təhsili | Bakı Teatr Məktəbi | ||
Amplua | realizm | ||
Teatr |
Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı |
||
Mükafatları |
|
Həyatı
redaktəMəmməd Cəfərov 1912-ci ildə Şamaxıda anadan olub. 1921–1927-ci illərdə Şamaxıdakı birinci dərəcəli məktəbdə təhsil alıb. Burada məktəbin dram dərnəyində çıxışlar edib. 1929–1932-ci illərdə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbində təhsilini davam etdirib. 1933–1940-cı illərdə Gəncə Dövlət Dram Teatrında aktyor, 1940–1941-ci illərdə Gəncə Dövlət Filarmoniyasında direktor işləyib.[1]
1942-ci ildə müharibəyə yollanan Məmməd Cəfərov 1943-cü ildə birinci qrup kimi ordudan tərxis olunaraq Gəncəyə qayıdıb. Burada o, aktyorluqla yanaşı, 3 ildən artıq teatrın direktoru işləyib. O, 1949–1951-ci illərdə Gəncə Şəhər Mədəniyyət və İstirahət Parkının direktoru, 1951–1952-ci illərdə Gəncə kinoprokat idarəsinin rəisi, 1952–1955-ci illərdə mədəniyyət şöbəsində inspektor və müdir, 1955–1956-cı illərdə isə şəhər ictimai təminat şöbəsində müdir vəzifələrində işləyib. 1956-cı ilin ikinci yarısından yenidən Gəncə Dövlət Dram Teatrının truppasında fəaliyyət göstərib. Aktyor arada qısa müddət Sumqayıt Dövlət Dram Teatrında aktyorluq etmişdir.[1]
Məmməd Cəfərov realist aktyor məktəbinin nümuyəndəsi olmuşdur. O, məzəli məsxərə elementlərindən, ifadəli satira ünsürlərindən istifadə etmişdir. Xarakterik tiplər yaradan aktyorun imzası bir sıra tamaşaların proqramlarında "Məmməd Cəfər" kimi yazılıb.[1]
Məmməd Cəfərov 19 yanvar 1980-ci ildə Kirovabad (hazırkı Gəncə) şəhərində vəfat edib.
Mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 29 iyun 1964
- "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
İfa etdiyi əsas rollar
redaktəTamaşa | Müəllif | Rol |
---|---|---|
Lənkəran xanının vəziri | Mirzə Fətəli Axundov | Ağa Bəşir |
Şeyx Sənan | Hüseyn Cavid | Serqo |
Səyavuş | Hüseyn Cavid | Kosa |
Nəsrəddin şah | Cəfər Cabbarlı | Mirzə Saleh xan |
Od gəlini | Cəfər Cabbarlı | Dönməz |
Yaşar | Cəfər Cabbarlı | Əmirqulu |
Almaz | Cəfər Cabbarlı | Aftil |
Aydın | Cəfər Cabbarlı | Səlim |
Solğun çiçəklər | Cəfər Cabbarlı | Əbdül |
Sevil | Cəfər Cabbarlı | Babakişi |
Ölülər | Cəlil Məmmədquluzadə | Şeyx Əhməd |
Eşq və intiqam | Süleyman Sani Axundov | Piri baba |
Vaqif | Səməd Vurğun | Əli bəy və Vidadi |
Arşın mal alan | Üzeyir Hacıbəyov | Əsgər |
Cancur Səməd | Jan Batist Molyer | Qazı |
Otello | Uilyam Şekspir | Qratsiano |
Kor padşah | Nazim Hikmət | Kor padşah |
Kəllə | Nazim Hikmət | Sərsəri |
İstinadlar
redaktə- ↑ 1 2 3 Rəhimli, 2017. səh. 281
Ədəbiyyat
redaktə- İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. 392 səh. ISBN 978-9952-8021-9-1.