Memmed Memmedov Siyasetci 1937 - Wikipedia
Məmməd Cümşüd oğlu Məmmədov (9 may 1937, Qarakollu, Qaryagin rayonu – 25 noyabr 2020) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2002).
Məmməd Məmmədov | |
---|---|
24 noyabr 1995 – 12 noyabr 2000 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 may 1937 |
Doğum yeri | |
Vəfat tarixi | 25 noyabr 2020 (83 yaşında) |
Partiya | |
Təhsili | |
|
|
Təltifləri |
Həyatı
redaktəMəmməd Məmmədov 1937-ci il mayın 9-da Füzuli rayonunun Qarakollu qəsəbəsində anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində ali təhsil alıb. Professor olmuşdur. Rus dilini bilirdi.
Məmməd Məmmədov ailəli olmuşdur, üç övladı var.
Fəaliyyəti
redaktə1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 90 nömrəli Füzuli dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Məmməd Məmmədov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Məmməd Məmmədov Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə üzvü olub.[1][2]
İstinadlar
redaktə- ↑ "I çağırış Azərbaycan Milli Məclisinin İqtisadi siyasət Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) (az.). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
- ↑ "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" (az.). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.