Memmed Yaqubov - Wikipedia
Məmməd Haqverdi oğlu Yaqubov (2 fevral 1941, Culfa rayonu, Milax)— azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor. Azərbaycan Respublikasının Əməkdar elm xadimi (2019)
Məmməd Yaqubov | |
---|---|
Məmməd Haqverdi oğlu Yaqubov | |
Doğum tarixi | |
Doğum yeri | Milax, Culfa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi |
Mükafatları |
|
Həyatı
redaktəMəmməd Haqverdi oğlu Yaqubov 1941-ci il fevralın 2-də Culfa rayonunun Milax kəndində anadan olub. 1957-ci ildə Naxçıvan şəhər 1 nömrəli orta məktəbi bitirib. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. 1965-ci ildən BDU-da çalışır.
1966-cı ildə «Bir sinif inteqro-diferensial tənliklərin həllərinin davamı və dayanıqlığı haqqında» mövzusunda fizika-riyaziyyat elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1992-ci ildə isə «Paylanmış parametrli sistemlərdə optimal sürüşgən rejimlər və optimallıq üçün zəruri şərtlər» mövzusunda fizika-riyaziyyat elmləri doktoru dissertasiyasını müdafiə etmişdir.
Məmməd Yaqubov 1996-cı ildən indiyədək BDU-nun mexanika-riyaziyyat fakültəsinin idarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiridir.
100-dən artıq elmi məqalənin müəllifidir.
Bir sıra beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etib.
Azərbaycanda elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[1]
25 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görülüb
Əsərləri
redaktəKitabları və monoqrafiyaları
- Adi diferensial tənliklər kursu. Ali məktəblər üçün dərslik. "Maarif" nəşriyyatı. Bakı, 1978. (Q.Əhmədov, K.Həsənov)
- Orta Ümumtəhsil məktəblərinin V sinifləri üçün Riyaziyyat dərsliyi.- Bakı, Çaşıoğlu, 2007
- Orta Ümumtəhsil məktəblərinin VI sinifləri üçün Riyaziyyat dərsliyi.- Bakı, Çaşıoğlu, 2007
- Orta Ümumtəhsil məktəblərinin VII sinifləri üçün Cəbr dərsliyi.- Bakı, Çaşıoğlu, 2007
- Orta Ümumtəhsil məktəblərinin VIII sinifləri üçün Cəbr dərsliyi.- Bakı, Çaşıoğlu, 2007
- Orta Ümumtəhsil məktəblərinin IX sinifləri üçün Cəbr dərsliyi.- Bakı, Çaşıoğlu, 2007
- Orta Ümumtəhsil məktəblərinin X sinifləri üçün Cəbr də analizin başlanğıcı dərsliyi.- Bakı, Çaşıoğlu, 2007
- Orta Ümumtəhsil məktəblərinin XI sinifləri üçün Cəbr də analizin başlanğıcı dərsliyi.- Bakı, Çaşıoğlu, 2007
- Adi diferensial tənliklər. -Bakı, Maarif, 1978, 444 s.
- Bir tərtibli adi diferensial tənliklər. - Bakı, BDU, 1999, 161 s.
- Maksimum və minimum məslələri.- Bakı, Çaşıoğlu, 1999, 84 s.
- Riyaziyyat. - Bakı, Abituriyent, 2006,2007,2008, 840 s.
- Riyaziyyat.Məsələ və misallar- Bakı, Çaşıoğlu, 2008, 543 s.
- V-VI siniflərdə olimpiada çalışmaları. - Bakı, Qismət, 2008, 115 s.
- Riyaziyyat. Məsələ və misallar. Bakı, «Çaşıoğlu» nəşriyyatı, 2009. 542 s.
- Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün Riyaziyyatdan tədris materialının tematik planı və yoxlama yazı işi nümunələri. Bakı, «AM 965» MMC mətbəəsi, 2009. 196 s.
- Ümumtəhsil məktəblərinin X sinfi üçün Riyaziyyatdan tədris materialının tematik planı və yoxlama yazı işi nümunələri. Bakı, MBM mətbəəsi, 2009. 39 s.
- Математика.Перевод с Азербайджанского языка, «Абитуриент», Баку, 2010. 890 с.
- Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün Riyaziyyatdan tədris materialının tematik planı və yoxlama yazı işi nümunələri. “AM 965” MMC mətbəəsi, Bakı, 2010. 184 s.
Əsas məqalələri
- Некоторые интегральные неравенства.- Изв.АНУ Уз.ССР, сер. физ.мат.наук, 1972, № 1, стр.16-22
- О решении краевой задачи диф. уравнения с параметром методам о.ф.п.- Докл. АН Аз.ССР, 1973, № 9
- Необходимые условия оптимальности для одного класса управляемых систем с распределенными параметрами.- Изв.АН.Аз.ССР, сер.физ.техн.и мат. наук, 1974, № 2
- Об одной задаче оптимального управления для эллиптического уравнения.- Изв. Вузов. Матем. 1975, № 7, стр.92-98
- Приближенное решение нелинейного-интегрального уравнения с параметром с помощью соче-тания методов квазилинеаризаации и о.ф.п.- Докл.АН Аз.ССР, 1975, № 4,стр.3-7
- Свойства решений дифференциальных включений и их применения в оптимальном управлении.- Изв.АН Аз.ССР, сер.физ.тех. и мат. наук, 1982, № 5,стр.137-143
- Об оптимальных скользящих режимах эллиптического типа.- Докл.АН СССР, 1984, т.274,№ 5
- Оптимальные скользящее режимы в системах, описываемых уравнениями эллиптического типа.- Изв.АН Аз.ССР, сер.физ.мат.наук, 1984, № 3. стр.124-129
- О расширении задачи управления и теорема существования оптимального управления, описываемых нелинейными эллиптическими уравнениями.-Докл.АН СССР, 1986, т.286, № 6. 1316-1319
- О скользящих режимах в одной системе с распределенными параметрами. -Труды ИММ АН Азерб.,1998, т.VIII,/XVI/.210-215
- Необходимые условия оптимальности в одной задаче, описываемого уравнением переменного типа.- Azərbaycan EA-nın xəbərləri, IV fizika-riyaziyyat və texniki elmlər seriyası,c.ХХIV №3, 2004, səh.50-53
- Некоторые необходимые условия оптимальности для систем с импульсными воздействиями.- Əməkdar elm xadimi, akademik Ə.İ.Hüseynovun 100 illik yubleyinə həsr olunmuş elmi konfransın tezisləri. Bakı, 2007, səh. 168
- Gradient of the functional in a control problem in processes described by partial differential equation of third order, tezis. Modern problems of aprlted mathematics and information technologies – Al Khorezmiy 2009, Tashkent, 18-21 september 2009. p. 132
- Gradient of the functional in a control problem in processes described by partial differenttial equation of third order.məqalə Transactions of the international scientific conference “Modern problems of aprlted mathe-matics and information technologies–Al Khorezmiy 2009”, Tashkent, 18-21 september 2009. p. 38-40.
- О связи между множествами решений основной и овыпукленной задач в одной задаче управления.Bakı, AMEA-nın məruzələri, T.LXV, c.3, 2010. с.3 -7.
- О связи между множествами решений основной и расширенной задач для задачи управления в Эллиптических уравнениях. Международный научно-технический журнал «Проблемы управления и информатики», №4, Киев, 2010,43-52.
- Elliptik tənliklə təsvir olunan idarə məsələsində sürüşkən rejimin xassələri. Tələbələr, magistrantlar, aspirantlar və gənc tədqiqatçıların «Riyaziyyat və mexanikanın aktual problemləri» adlı ənənəvi konfransının materialları, Bakı, 2010. s.53-55.
- Elliptik tənliklə təsvir olunan bir idarə məsələsində optimal idarənin varlığı. Tələbələr, magistrantlar, aspirantlar və gənc tədqiqatçıların «Riyaziyyat və mexanikanın aktual problemləri» adlı ənənəvi konfransının materialları, Bakı, 2010. s.55-56.
- On the sliding regimes in the processes, described by the third order nonlinear equation.The Third International Conference Problems of Cuber-netcs and Informatics, Baku, september 6-8, 2010. p. 101-102.
İstinadlar
redaktə- ↑ "Yaqubov Məmməd Haqverdi oğlu". 2021-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-12.