Memmedhesen Bey Talisxanov - Wikipedia
Məmmədhəsən bəy Mirəlixan oğlu Talışxanov — Rusiya İmperator Ordusunda general. Mirkazım bəy Talışxanov qardaşı.
Məmmədhəsən bəy Talışxanov | |
---|---|
Məmmədhəsən bəy Mirəlixan oğlu Talışxanov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (53 yaşında) |
Vəfat səbəbi | döyüş zamanı ölüm |
Təhsili | Teymurxanşura realnı məktəbi |
Atası | Mirəlixan Talışxanov |
Həyat yoldaşı | |
Dini | Şiə İslam |
Hərbi xidmət | |
Xidmət illəri | 1882-1914 |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | Piyada |
Döyüşlər | Birinci Dünya müharibəsi |
Rütbəsi | General-mayor |
|
|
Təltifləri |
Həyatı
redaktə1861-ci ilin yanvarın 7-də Lənkəranda hərbçi ailəsində anadan olmuşdur. Atası Əli bəy Azərbaycanın ilk general-leytenantı, Talış Xanı Mir Mustafa Xanın nəvəsidir.
İlk təhsilini Lənkəran üçsinifli gimnaziyasında alan Məmmədhəsən bəy sonradan ailəsi ilə birlikdə Bakıya köçmüş, təhsilini Bakıda davam etdirərək realnı məktəbin tam kursunu əla qiymətlərlə bitirmişdir. 1882-ci ilin yanvarın 20-də Teymurxan-Şura realnpı məktəbinə daxil olur, o, məktəbdə oxuya-oxuya, həm də 81-ci piyada Abşeron polkunda da xidmət edirdi.
1882-ci il sentyabrın 2-də 15-ci Minqrel Qrenadyor polkuna köçürülür. 1883-cü ilin avqustun 25-də Unter-ofiser rütbəsinə yüksəlir. 1883-cü ilin sonlarında Tiflisdə yerləşən Piyada Yunkerler məktəbinə daxil olur, 1885-ci ildə oranı əla qiymətlərlə qutaran Məmmədhəsən bəy elə həmin il Pyatiqorsk polkuna podpraporşik təyin olunur. 1900-cı ildə 16-cı Minqrel Qranadyor polkuna komandan təyin olunur. 16-cı Minqrel Qranadyor polkunda xidmət edərkən, 1905-ci il yanvarın 16-da kapitan rütbəsinə yüksəlir.
1906-cı il fevralın 19-da III dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunur. 1911-ci ildə isə general rütbəsinə yüksəlir və elə həmin il III dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunur. 1913-cü ildə Qafqaz Müsəlmanları Xeyriyyə Cəmiyyətinin komissiya üzvü olur. Müsəlmanlar Xeyriyyə Cəmiyyəti 1914-cü ildə dagıdılır, lakin 1916-cı ildə Məmmədhəsən bəyin qardaşı general-mayor Kazım bəy Talışxanov təzədən İbrahim bəy Vəkilovla birgə bu cəmiyyəti yaradırlar.
1914-cü ildə Birinci Dünya müharibəsi başlayır və Məmmədhəsən bəy öz polku ilə müharibəyə gedir. 1914-cü il sentyabrın 24-də Avstiya-Macarıstan ordusuna qarşı döyüşdə qəhramancasına həlak olur.