Mencil - Wikipedia
Məncil — İranın Gilan ostanında yerləşən şəhər[2]. Məncil şəhəri İranda öz külək turbinləri ilə məşhurdur.[3] Bu şəhər tarixən Tarım vilayətinə daxil olaraq bir zamanlar bu bölgənin mərkəzi olubdur.[4] Sonrakı dönəmlərdə qədim türk torpağı olan tarixi Tarım vilayəti bölünərək; Məncil şəhəri isə Gilan ostanına daxil edilibdir.
Məncil | |
---|---|
36°44′40″ şm. e. 49°24′03″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 300 m[1] |
Əhalisi | |
Əhalisi | 16.028 nəfər (2006) |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəMəncil Tehrandan 210 kilometr şimal-qərbdə, dəniz səviyyəsindən 314 metr yüksəklikdə və Ammarlı dağının qərbi ətəyində yerləşir.Ortalama illik yağıntı miqdarı burada 477 milimetr dir.[5] Məncil Qızılüzən çayının şərq sahilindəki dağlıq ərazidədir. Burası çox küləkli bir bölgə olaraq, son illərdə Məncildə bölgənin küləklərindən elektrik enerjisi istehsal etmək üçün bir neçə külək stansiyası quraşdırılmışdır.Məncil küləyi bu şəhərin şöhrət amillərindən biridir ki, yazda və yayda tez-tez daha çox, payızda və qışda daha az kəskinləşir. Bu külək çoxdan yerlilər arasında Məncilin Yeddi Küləkləri olaraq bilinir və elə güclüdür ki, burada bol əkilən zeytun ağaclarını tez-tez bir yana əyir.Məncilə gəldikdə, şübhəsiz ki, hamımız yel və onun külək turbinlərini xatırlayırıq. Bu turbinlər yalnız təmiz enerji istehsalının ən böyük qaynaqlarından biri deyil, eləcə də bu şəhərə xüsusi bir şöhrət və gözəllik verir. Bu turbinlərin və Sefidrud suanbarının mövcüdluğu səbəbindən bu şəhər bölgənin alış-veriş mərkəzi kimi tanınır.
Külək təsərrüfatları əslində fosil yanacaq yerinə külək enerjisinin istifadə olunduğu elektrik stansiyalarıdır. Buna görə də çox vacibdirlər. Sefidrud suanbarı da Məncilin yaxınlığında yerləşərək, Şahrud və Qızılüzən çayları Məncil şəhərində birləşir və bu çaylardan gələn su Sefidrud suanbarının arxasında toplaşaraq, yaz və yay aylarında Gilanlı çəltik (düyü) əkinçilərinin ehtiyaclarını ödəmək üçün çox önəmlidir.[6]
Milli tərkib
redaktəMəncilin yerli əhalisi Azərbaycan türkləri olub.[7] [8] Bundan başqa burada çox az sayda gəlmə olan başqa millətlərin nümayəndələri (miqrantlar) də yaşayırlar.[9]
Şəkillər
redaktə-
Məncilin giriş lövhəsi
-
Məncil suanbarı və külək turbinləri
-
Məncil suanbarı 2
-
Məncil şəhəri
-
Məncildə baş verən zəlzələnin əsərləri
-
Məncilin Külək turbinləri
-
Məncil suanbarı
İstinadlar
redaktə- ↑ GeoNames (ing.). 2005.
- ↑ "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-15.
- ↑ "منجیل نیوز بازدید: اکتبر ۲۰۱۱". 2019-08-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
- ↑ "Dehxuda sözlüyü". 2024-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
- ↑ "İsveçcə vikipediya". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-08.
- ↑ "Şəbistan". 2020-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-08.
- ↑ Rudbar bölgəsini tanıtım[ölü keçid]
- ↑ "Gəştul". 2020-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.
- ↑ "Arxivlənmiş surət". 2013-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.
Həmçinin bax
redaktə İran haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |