Mesim Memmedov - Wikipedia
Mesim Memmedov - Wikipedia - Haqqında Məlumat
Məsim Əhməd oğlu Məmmədov (10 aprel 1965, Novxanı, Abşeron rayonu) — Azərbaycan dövlət xadimi, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi (28 mart 2023-cü ildən)
Məsim Məmmədov | |
---|---|
Vəzifədədir | |
28 mart 2023-cü ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili |
Azərbaycan Dövlət Neft və Kimya İnstitutu Paris Sorbon Universiteti |
Həyatı
redaktəMəsim Məmmədov 1965-ci il aprelin 10-da Bakı şəhərində anadan olmuşdur.
Təhsili:
redaktə- 1982-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda təhsil almış, oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmişdir.
- 1989–1991-ci illərdə İnstitutun məlumat-ölçmə və hesablama texnikası kafedrasının mühəndisi olmuşdur
- 2006-cı ildə isə Paris Sorbon Universitetində siyasi elmlər üzrə magistr dərəcəsini almışdır.
Azərbaycan, rus, ingilis, fransız dillərini mükəmməl səviyyədə bilir.
Ailəsi:
redaktəAiləlidir, iki övladı vardır.
Əmək fəaliyyəti
redaktə- 1991–1999-cu illər – Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində xidmət etmişdir.
- 1999–2006-cı illər – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1-ci katib və müşavir vəzifələrində çalışmışdır.
- 1999-cu il – ATƏT-in Kosovodakı müşahidə missiyasında çalışmışdır.
- 2001–2006-cı illər – Azərbaycan Respublikasının Fransadakı səfirliyində fəaliyyət göstərmişdir.
- 2010–2022-ci illər – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışmışdır.
- 2022-ci ilin dekabr ayından 2023-cü ilin mart ayınadək – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin tərəfindən yaradılmış Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarını araşdıran monitorinq qrupun rəhbəri olmuşdur.
- 28 mart 2023-cü ildə – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdir.[1][2]
- 14 mart 2024-cü ildə – Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Məsim Məmmədov Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin olunumuşdur.
İstinadlar
redaktə- ↑ "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-24.
- ↑ "Prezidentin Laçına xüsusi nümayəndəsi təyin edildi". Qafqazinfo (az.). 2023-03-28. 2024-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-24.