Metanet Ezimova - Wikipedia
Mətanət Əzimova (azərb. Əzimova Mətanət Əlirasim qızı;) — Azərbaycan Televiziyası və Radio Verilişləri (QSC)- Radionun Proqram Direktorloğunun böyük redaktoru, "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyasının müəllimi, Azərbaycan Respublikasının əməkdar jurnalisti[1]
Mətanət Əzimova | |
---|---|
Mətanət Əlirasim qızı Əzimova | |
Doğum tarixi | |
Doğum yeri | Ərçivan kəndi, Astara, Azərbaycan SSR |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Atası | Əlirasim |
Milliyyəti | azərbaycanlı |
İxtisası | jurnalist |
Fəaliyyəti | Jurnalistika |
Fəaliyyət illəri | 1993- |
Mükafatları |
Həyatı
redaktəƏzimova Mətanət Əlirasim qızı 29 iyun, 1963-cü ildə müəllim ailəsində anadan olub. 1971–1981-ci illərdə Astara rayonu Ərçivan kənd orta məktəbində oxumuşdur. 1992-ci ildə Bakı Dövlət Üniversitetinin filologiya fakültəsinin tam kursunu bitirmişdir.[2]
Fəaliyyəti
redaktəMətbuat fəaliyyəti
redaktəTələbə olduğu dövrdən Azərbaycan radiosu və televiziyası ilə müntəzəm əməkdaşlıq edib. 1993-cü ilin noyabr ayından etibarən rəsmi işçi kimi Azərbaycan Radiosu və Televiziyasında işləyir. Televiziyanın "Xəbərlər, "Səhər", "Hərbi" proqramlar redaksiyasında fəaliyyət göstərib. Radioda isə dövr üçün böyük ictimai-siyasi əhəmiyyət kəsb edən "Misri", "Ön cəbhəyə doğru", "Qan yaddaşımız" kimi verilişlərin müəllifi və aparıcısı olmuşdur. Müəllifi və aparıcısı olduğu bu verilişlərin süjet və müsahibələrini birbaşa ön cəbhədən-Qarabağdan hazırlamışdır. Eyni zamanda geniş dinləyici auditoriyasına malik "Deməsəm olmur", "Borc", "Ailə", "Dünya bir pəncərədir" və Ümummilli lider Heydər Əliyevə həsr olunan "Zamanın sahibi" adlı silsilə verilişlərin də müəllifi və aparıcısı olmuşdur. Azərbaycan Respublikasının müxtəlif qəzet və jurnallarında, ("Azərbaycan", "Ulduz", "Mübarizə", "Ədəbiyyat və incəsənət" və s.) məqalələri dərc olunub. 2006-2009-cu illərdə Beynəlxalq Azərbaycan Televiziyasında göstərdiyi fəaliyyət göstəmişdir. 2015-2019-cu illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində “Qarabağda görüşənədək” verilişinin müəllifi və aparıcısı olmuşdur.[3] Hazırda Azərbaycan radiosunun Proqramlar Direktorluğunun Proqram və koordinasiya şöbəsində Böyük redaktor vəzifəsində işləyir. Azərbaycan dövlətinin xarici siyasətinin prioretit istiqamətlərindən biri – xarici ölkələrdə yaşayan soydaşlarımızın diaspor və lobbiçilik fəaliyyətini işıqlandıran "Ünvanımız Azərbaycandır" verilişinin müəllifi və aparıcısıdır.[4] Dünya azərbaycanlılarının birliyi naminə Diaspor və iş üzrə Dövlət Komitəsi ilə birlikdə layihələr həyata keçirib. Bu veriliş 11 ildən çoxdur ki, Azərbaycan radiosunun efirində xüsusi yer tutmaqdadır.
Təltif və mükafatları
redaktə- 2015-ci ildə Türkiyə Sənət Platformu tərəfindən “2015 Türk dünyası Hizmet seref ödülü” mükafatı,
- “Qafqaz-Media” İB-nin “Heydər zirvəsi” diplomu,
- 2018-ci ildə Krım Azərbaycanlıları Milli-Mədəni Muxtariyyatı” təşkilatının Təşəkkürnaməsi
- 2021-ci ildə isə “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Təşəkkürnaməsi,
- Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 noyabr 2019-cu il tarixində imzaladığı sərəncamla Azərbaycan Respublikasının əməkdar jurnalisti adına layiq görülmüşdür.[5]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-10.
- ↑ "Mətanət Əzimova: "Mətbuatda sərbəstlik bir qədər çox olmalıdır, jurnalist düşündüyü kimi yazmalıdır, kiminsə diqtəsi ilə yox"". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-10.
- ↑ "Qarabağda görüşənədək..." 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-19.
- ↑ ""Ünvanımız Azərbaycandır"". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-10.
- ↑ "Prezidentin sərəncamı ilə teleradio işçiləri fəxri adlar və "Tərəqqi" medalı ilə təltif olunublar". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-10.