Mezresuyal Silsilesi - Wikipedia
Mezresuyal Silsilesi - Wikipedia - Haqqında Məlumat
Məzrəsuyal silsiləsi - Şahbuz rayonu ərazisində, Naxçıvançayla Nursuçayın suayırıcısında yüksəkdağlıq silsilə. Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolunun qərb hissəsini təşkil edir və Naxçıvançayın dərəsi tərəfə enərək iki qola parçalanır. Ən yüksək zirvəsi Qoturdağ (hünd. 2050,8 m), ümumi uzunluğu 7 km-ə yaxındır. Silsilənin suayırıcısı hamardır və qədim düzlənmə səthinə cavab verir. Orta Eosen yaşlı çökmə və vulkanogen-çökmə süxurlardan təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin Nursu mərkəzi əyilməsinin şimal-şərq cinahında yerləşir.[1]
Məzrəsuyal silsiləsi | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.