M1911 - Wikipedia
M1911 – ABŞ istehsalı olan özüdolan tapanca. 1911 ci ildə Con Brauninq tərəfindən Colt-Browning (U. S. Patent 984519, 14 Fev 1911) adıyla konstruksiya edilib. 1911–1985 cı illərdə ABŞ silahlı qüvvələrində istifadə olunub.
М1911 | |
---|---|
Tipi | özüdolan tapança |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1911 – 1985 |
İstismara başlanması | 1911 |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruktor | Con Brauninq |
Konstruksiya tarixi | 1911 – 1924 |
İstehsalçı | Colt’s Manuf. Comp |
İstehsal illəri | 1911 – indiyədək |
Xüsusiyyətləri | |
Ağırlığı | 1,12 |
Məsafə | 50, 70 MEU SOC 1911 |
Uzunluğu | 216 |
Lülənin uzunluğu | 127 |
Eni | 30 |
Hündürlüyü | 135 |
Effektiv məsafə | 50, 70 MEU SOC 1911 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəXX əsrin əvvəllərində özüdolan tapançalar Avropada və ABŞ-də geniş yayılmışdılar, lakin bu xırda effektivliyi olan tapançalar idi.ABŞ ordusu XX ci əsrin əvvəllərində hələ də, özüdolan revolverlərdən istifadə edirdilər. Revolverlərin üstün cəhədləri, onların daim döyüşə hazırlıqlı, sadə, və çətin olmaması idi. M1911 Birinci dünya müharibəsi dövründə geniş istifadə olunub. M1911-in varinatı olan 1926-cı ilin M1911A1 isə İkinci dünya müharibəsi Koreya və Vyetnam müharibələri dövründə geniş istifadə olunmuşdur. M1911A1 1990 cı ildə "Səhrada tufan" əməliyyatında istifadə olunub. ABŞ da silah çox tanınmışdır. Silah sevərlər bu tapancanı nişana atəş zamanı istifadə edirlər. Ölkədə bu silaha aid olan bir çox aksesuarlar buraxılır. Silahın mənfi cəhəti isə tapancanın böyüklüyü və ağırlıqı eləcə-də maqazinin balaca olması (7 gülləli). Silahı yaradan şirkət öz növbəsində M1911 in mənfi cəhətlərin düzəltmək üçün yeni variantları konstruksiya edirdi
Cihaz
redaktəTapança 53 detaldan və 3 əsas hissədən ibarətdir.
Variantları
redaktəABŞ-də Colt M1911 tapançaları fərqli növlərdə, fərqli kalibrlərlə bir neçə istehsalçılar tərəfindən istehsal edilib.
- M1911
- M1911A1 – 1926-cı il növü
- Colt Commander –108 mm-dək qısaldılmış gövdəli tapança (1940cı illərdə özünümüdafiə və ABŞ ordusunun zabitləri üçün istehsal edilmişdir)
- M15 General Officers model — 1972ci ildən 1984cü ilədək istehsal edilmidşir.
- Colt Double Eagle
- MEU(SOC) pistol
- Interim Close Quarters Battle pistol (ICQB, en. yaxın döyüş üçün müvəqqəti silah).
Həmçinin bəzi ölkələrdə cari tapançanın nüsxələri və oxşarları istehsal edilmişdir:
- 1922-ci ildə İspaniyada Star Model A, 1924cü ildə isə Star Model B istehsal edilmişdir.
- 2000-ci illərin başlanğıcında Çində Norinco M1911 tapançasının bir neçə variant istehsal edilməyə başlanmışdır
- Həmçinin, Norinco NP-28 və Norinco NP-29 9×19 mm patron üçün istehsal edilmişdir
- və 2005ci ildə Braziliyada Taurus PT1911 tapançasının istehsalında başlanmışdır.
Əvvəlki variantları
redaktəM1911i hazırlayanadək Brauninq Kolt М1900, М1902, М1903 Pocket Hammer, М1905 markalı bir neçə tapança istehsal etmişdir.
-
M1905
İşarələmə
redaktəKolt firması tərfindən istehsal edilmiş tapançalar "СОLT’SРТ. F.А. МFG. СО." işarəsi ilə istehsal edilirdi. Sağ tərəfdə isə "МОDEL ОF 1911 U. S. АRМY" işarəsi olur.
İstifadə edən ölkələr
redaktə- ABŞ — 1911ci ildə istifadəyə qəbul edilmişdir, Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi, Koreya müharibəsi və Vyetnam müharibəsi geniş istifadə edilmişdir. 1985ci ildə istifadədən çıxarılmışdır, lakin Səhrada fırtına əməliyyatı zamanı istifadə edilmişdir. 2000ci ilin əvvəlinə qədər Federal Təhqiqat Bürosu -nun əməkdaşları tərəfindən istifadə edilib.
- Böyük Britaniya — Birinci dünya müharibəsi zamanı ABŞ tərəfindən Böyük Britaniyaya .455 Webley patronuyla təchiz edilmişdir.
- Norveç
- SSRİ — Birinci dünya müharibəsi başlamadan öncə hərbi zabitlər tərəfindən bir neçə tapança alınmışdır, 1915–1917 ci illərdə rusya ordusuna bir neçə min tapança təhvil verilmişdir.
- Üçüncü Reyx
- Fransa — İkinci dünya müharibəsi zamanı Fransa ordusuna verilmişdir.
- Nikaraqua — İkinci dünya müharibəsindən sonra hərbi kömək proqramına əsasən Nikaraqua ordusunun milli qvardiyasına verilmişdir.
- Cənubi Vyetnam — hərbi kömək proqramına əsasən Cənubi Vyetnam ordusuna 1975ci ilədək verilmişdir.
- Salvador — İkinci dünya müharibəsindən sonra hərbi kömək proqramına əsasən verilmişdir(1980–1993 225 tapança verilmişdir)
- Haiti — Haiti-də 1995–1997ci illərdə müharibəyə əsasən ABŞ dəstəyi ilə yaranmış Haiti Milli polisinə M1911 tapançaları verilmişdir.
- Estoniya — 1997ci ildə ABŞ hərbi kömək proqramına əsasən estoniya ordusuna 1500 ədəd tapança verdilər.