Mim 23 Hawk - Wikipedia
MIM-23 Hawk — Raytheon Company şirkəti tərəfindən hazırlanmış olan sistem ən effektiv orta mənzilli hava hücumundan müdafiə sistemlərindən biri hesab olunur.[1][2][3] Orta mənzilli hava hücumundan müdafiə sistemi olsa da, aşağı hündürlükdə uçan hədəflər üçün uyğunlaşdırılmışdır. Onun tam adı belədir: "Homing All the way to Kill". Standart buraxılış qurğusunda üç ədəd raket daşıyır. Improved (Təkmilləşdirilmiş) - HAWK-ın mühərrik performansı artırılmış və elektron müharibəyə qarşı müdafiəsi maksimum dərəcədə yüksəldilmişdir. Onun maksimum mənzili 35 km, maksimum uçuş hündürlüyü isə 18-km təşkil edir. İsrailin I-HAWK raketi, 1982-ci ildə 21 km hündürlükdə uçan bir MiQ-25 döyüş təyyarəsini vurmağa nail olmuşdur. X diapazonlu radar başlığı ilə idarə olunan I-HAWK raketinin döyüş başlığı 54 kq ağırlığında olub, hissəcik və partlama effektinə malikdir. Bu günə qədər istehsal olunan 36 min ədəd raketdən 11800 ədədi NATO ölkələrinin inventarına daxil edilmişdir.
MIM-23 Hawk | |
---|---|
Ölkə | |
İstehsal tarixçəsi | |
İstehsalçı | Raytheon Company |
Vikianbarda əlaqəli mediafayllar |
Radar
redaktəHədəfi müəyyənləşdirmə radarı AN/MPQ-51 (Improved Hawk - Phase II) bir Ku Band (Tezlik aralığı:15,5-17,5 GHz) zərbə (pulse) modilyasiya Radarıdır.
- Çıxış gücü: 120 kW
- Zərbə müddəti: 0,6 µs
- Mənzil
- 83 km-lik versiyada 3 m² hədəf
- 78 km-lik versiyada 2,4 m² hədəf
- 63 km-lik versiyada 1 m² hədəf
Hədəfi vurma ehtimalı
redaktəTəyyarələrə qarşı 85%
Texniki xüsusiyyətləri
redaktəNöv: SAM surface to air (yer-hava raketi)
İstehsalçı: ABŞ/Raytheon Company
- Uzunluğu: 5,07 m
- Eni: 0,87 m
- Qanad uzunluğu: 1,19 m
- Mühərrik: qatı maye yanacaq
- Sürəti: 3 Mach
- Maksimum mənzili: 40 km
- Buraxılış ağırlığı: 584 kq
- Xidmət hündürlüyü: 35000 feet/10,66 km
- Döyüş başlığı: 54 kq
- Dağıtma radiusu: 17 m
- Raketin qiyməti: 500 min $
İstifadəçilər
redaktəİstinadlar
redaktə- ↑ "MDA News". US Department of Defense Missile Defense Agency. 18 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2021.
- ↑ Tony Cullen and Christopher F. Foss (Eds), Jane's Land-Based Air Defence Ninth Edition 1996–97, p. 296, Coulsdon: Jane's Information Group, 1996.
- ↑ "Iran mass produces ground-to-air guided missile". www.payvand.com. 2013-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-23.