Masadqanli - Wikipedia
Maşadqanlı (əvvəlki adı: Birinci Aratkənd) — Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbuşağı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağsu rayonunun Birinci Aratkənd kəndi Maşadqanlı kəndi adlandırılmışdır.[2]
Maşadqanlı | |
---|---|
40°30′ şm. e. 48°24′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 98 m |
Saat qurşağı | |
Tarixi
redaktəKeçmışdə Şirvandakı Gorus mahalının tərkibində olduğu üçün Gorus Aratkənd adlanırdı. XX əsrin 30-cu illərində həmin kənddən çıxan bir qrup ailə İkinci Aratkənd yaşayış məntəqəsini saldıqdan sonra Gorus Aratkənd Birinci Aratkənd adlandırıldı. Burada "birinci" komponenti "ilk, mənbə" mənalarını daşıyır.
Etimologiyası
redaktəAdının mənşəyi talışların subetnosu olan orand tayfası ilə bağlıdır. Bəzi tədqiqatçılar bu toponimin ikinci komponentini monqol mənşəli oyrat tayfa adının fonetik dəyişikliyə uğramış forması hesab edirlər. Azərbaycanda xalq coğrafi termini olan arat relyefin mənfi hissələrində olan şorlaşmış torpaqların yuyulub təmizlənməsi prosesinə, dağdibi rayonlarda isə dincə qoyulmuş, əkilməyən torpaqlara deyilir. Deməli, kənd vaxtilə Gorus mahalının dincə qoyulmuş torpaq sahələrində salındığı üçün belə adlandırılmışdır.[3]
Coğrafiyası və iqlimi
redaktəKənd Şirvan düzündə yerləşir.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-09.
- ↑ Maşadqanlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 140. ISBN 978-9952-34-156-0.
Həmçinin bax
redaktə Ağsu rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |