Machinarium - Wikipedia
Maşınarium (ing. Machinarium) — macəra janrında olan və Amanita Design studiyası tərəfindən hazırlanmış videooyunu. Oyun 16 oktyabr 2009-cu ildə Microsoft Windows, Mac OS X və Linux üçün buraxılmışdır.[7] PC və Mac üçün demo versiyalar 30 sentyabr 2009-cu ildən artıq mövcud idi. Oyun sonradan Wii platforması üçün də çıxıb.[8]
Machinarium | |
---|---|
| |
Hazırlayan | Amanita Design |
Yayımlayan |
Steam Amanita Design |
Distribüterlər | Amanita Design (Fastspring ilə)[1], Valve Corporation (Steam)[2], Direct2Drive[3], Gamersgate[4], StarDock (Impulse Driven)[5] |
Buraxılış tarixi |
|
Janrlar | Qrafik macəra |
Dizaynerlər | Yakub Dvorsky |
Bəstəkarlar | Tomaş Dvorjak |
Texniki məlumat | |
Platformalar | Microsoft Windows, Mac OS X, Linux, WiiWare |
Mühərriklər | Adobe Flash |
Oyun rejimləri | Birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili[6], fransız dili[6], italyan dili[6], alman dili[6], ispan dili[6], çex dili[6], yapon dili[6], koreya dili[6], polyak dili[6], portuqal dili[6], braziliya portuqal dili[6], rus dili[6], sadələşdirilmiş Çin dili[d][6], ənənəvi Çin dili[d][6], türk dili[6] |
Daşıyıcılar | CD, Steam və endirmə |
İdarəetmə | Klaviatura və maus |
Rəsmi saytı |
Geympley
redaktəMachinarium-un əsas oyun forması sirli və məntiqli ssenari addımıdır. İndi oyunlar arasında onu fərqləndirən ən böyük xüsusiyyətlərindən biri, oyunun xüsusi ab-havada olması və yalnız "əlinin çatdığı" obyektlərə təsir etmə qabiliyyətinə malik olmasıdır.
Machinarium-un başqa fərqləndirici cəhətləri ondadır ki, oyun prosesi zamanı heç bir dialoq və ya yazı yoxdur. Baş qəhrəman heç vaxt danışmır. Oyunda bunun əvəzi olaraq mexaniki səslər, fikir buludları və sair çıxır.
Oyunda ikimərhələli yardım sistemi istifadə olunur. Hər mərhələdə oyunçu müəyyən çətinlik səviyyəsində kömək əldə edə bilər. Machinarium həmçinin tam keçmə planına malikdir. Bu planı əldə etmək üçün mini-oyunu keçmək gərəkir. Keçmə planları nə dialoq nə də yazı formasındadır. Hər dəfə mini oyunu keçdikdə oyunçuya təqdim olunan xüsusi eskizlərdir. Bunun vasitəsilə müəyyən mərhələdə ilişmiş oyunçuya ətraflı keçmə planı təqdim olunur. Planı istifadə edərək mərhələdə nəyi necə etmək lazım olduğu haqda ətraflı məlumat göstərilir.
Süjet
redaktəOyun giriş çarxına malik olmadığından biz, baş qəhrəman - robot Yozefin zibilxanaya necə düşdüyünü bilmirik. Robotun motivini müəyyən anlarda protaqonist xatirələrdən və oyunun digər qəhrəmanlarından anlamaq olur. Hekayə əsnasında məlum olur ki, məhz "Qara Şlyapalar bandası" dəmir şəhərdəki xaosun səbəbkarı, Yozeflə rəfiqəsinin oğurlanmasında və merin olduğu qülləyə bombanın yerləşdirilməsində günahkardır.
Nəhayət qülləyə çatan Yozef bombanı zərərsizləşdirir və Maşınairumun "mərkəzi beynində" meri ağır baş ağrısından əziyyət çəkdiyini görür. Protaqonist port vasitəsilə onun kəlləsinə qoşulur və daxilindəki virusları təmizləyir. Mer Yozefə minnətdarlığını bildirir və ona lift üçün çatışmayan ikinci lampanı verir. Baş qəhrəman xüsusi kombinasiya vasitəsilə rəfiqəsinin saxlandığı yerə yaxın mərhələyə enir. Mərhələdə robot kart oynayan bandanı dərin quyuya atmağı və rəfiqəsini xilas etməyə nail olur.
Sonda Yozef və xilas olmuş rəfiqəsi polis helikopteri vasitəsilə şəhərdən uzaqlaşırlar. Ancaq yolda onlar qəzaya uğrayırlar. Onları uçan mexanik quşlar xilas edib, müxtəlif istiqamətdə aparırlar.
Tarixçə
redaktəYakub Dvorski oyunun setinqini düşünəndə, həmçinin robotların planetdə necə peydə olduqları haqda tarix də düşünüb:
Mən Maşınarium dünyasını kəşf edəndə, özüm üçün onun tarixini düşünürdüm. Bu dünyanı daha yaxşı tanımaq və onu kiçik detallara qədər qurmaq üçün. Oyunun özündə bu tarixçə yoxdur. Ancaq mən sizə qısa olaraq danışacam. Hər şey uzaq və unudulmuş planetdə baş verir. Bura insanlar düzəltdikləri və artıq köhnəlmiş zibillərini - maşınları, mexanizmləri, kompyuterləri və sair bu kimi şeyləri göndərməyi öyrəşiblər. Bütün bu mexaniki tullantılardan bir neçə sadə robotlar yaranır. Bir müddət sonra onlar başqa, daha mükəmməl robotları düzəldir, sonra isə şəhər salırlar. Beləcə Maşınarium şəhəri yaranır. Yakub Dvorskinin GamesLife oyun saytına müsahibəsi[9]
|
Oyun prosesi
redaktəMaşınarium — ən-ənəvi point-and-click-kvestdir. Bu janrdan olan digər oyunlardan radikal fərqliliyi ondadır ki, yalnız yaxında yerləşən və personajın əlinin çatdığı obyektlərə maus ilə vurmaq olar. Bunun özü bir növ "ən-ənəviliyə" müəyyən korrektəlik gətirir.
Həmçinin Maşınarium bu və ya digər halda heç bir dialoq və ya yazılardan ibarət deyil. Bunların əvəzinə oyun animasiya sistemindən istifadə edir.
Oyundakı bir həssini keçmək üçün "Keçmə kitabında" kiçik mini oyunu oynamaq laazımdır. Oyun zamanı kiçik hörümçəkləri öldürməklə mərhələnin keçirilməsi üçün xüsusi hazırlanmış eskizi əldə etmək olar. Yaradıcılar tərəfindən bu funksiyanı yalnız xüsusi, keçirilməsi az qala mümkün olmayan mərhələlər üçün istifadə edilməsi tövsiyə olunur. Əgər istifadəçi bu funksiyadan istifadə etmək istəmirsə, alternativ olaraq fikir işarəsi (lampa) təqdim olunur. Bu işarəni vurmaqla qəhrəmanın nə etmək istədiyini anlamaq olar.
Yaradılması
redaktəMaşınarium üç il ərzində çexlər tərəfindən öz gücləri hesabına hazırlanmışdır. Layihənin marketinq büdcəsi $1000 dolları keçməmişdir.[10].
Oyun altı ay ərzində Xbox 360 platforması üçün hazırlanılır. Ancaq Xbox Live Arcade üçün hazırlanılan oyunu yaradıcılar sonda dayandırdılar. Microsoft Korporasiyasının siyasətinə əsasən Xbox Live Arcade üçün çıxan bütün oyunların xüsusi nəşrçiləri olmalıdır. Bu məsələyə yaradıcılar olduqca soyuq yanaşdılar. Çünki üçüncü tərəfin cəlb edilməsi gəliri xeyli azaldılması deməkdir. Bu üzdən oyunu yaradan və müəllifi olan Amanita Design Sony şirkətinə üz tutaraq, oyunu PlayStation Network üçün hazırlamağa başlayıb.
Saundtrek
redaktəOyunun musiqi tərtibatı gənc çex bəstəkarı Tomaş Dvorşak tərəfindən hazırlanılıb. Özünün xüsusi üslubu, oyun ab-havasının istifadəçiyə maksimum tam çatdırılması ilə seçilən bu saundtreklər 21 noyabr 2009-cu ildə ayrıca disk formasında burxılmışdır. Alboma 14 trek daxildir.[11]
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "The Bottom" | 5:30 |
2. | "The Sea" | 3:54 |
3. | "Clockwise Operetta" | 3:54 |
4. | "Nanorobot Tune" | 3:07 |
5. | "The Mezzanine" | 5:04 |
6. | "By The Wall" | 2:32 |
7. | "Mr Handagote" | 2:02 |
8. | "Gameboy Tune" | 4:37 |
9. | "The Furnace" | 2:58 |
10. | "The Black Cap Brotherhood Theme" | 1:50 |
11. | "The Prison" | 2:34 |
12. | "The Glasshouse With Butterfly" | 3:36 |
13. | "The Castle" | 3:37 |
14. | "The Elevator" | 3:20 |
Saundtrekin CD-versiyalarından başqa həmçinin kolleksiyaçılar üçün ayrıca qramafon valı buraxılmışdır.
20 fevral 2010-cu ildə satışda oyunun saundtreki olan 555 qramafon valı nəşr edilib. Onlardan 405-i qara, 150-si sarı rəngdədir. Bütün nüsxələr unikal identifikasiya nömrələrinə malikdir və hamısı bəstəkar Tomaş Dvorjak tərəfindən imzalanıb. Bundan əlavə valda Adold Lohman tərəfindən 3 rəssamlıq reproduksiyası və saundtrekləri tam pulsuz olaraq MP3 və ya FLAC formatında endirmək kuponları var.[12]
Əsas saundtrekə daxil olmayan kompozisiyalar ayrıca disk formasında buraxılaraq, layihənin saytında yayımlanır.[13]
Reaksiya
redaktəTənqid
redaktəMaşınarium 12-ci Independent Games Festival (azərb. Müstəqil oyunlar festivalı) tədbirində "Excellence in Visual Art" (azərb. Vizual incəsənətdə mükəmməllik) nominasiyası üzrə qalib olub.[14]. Bundan əlavə iyun bir neçə başqa mükafatların sahibidir:
- VGChartz portalının versiyasına görə 2009-cu ilin ən yaxşı indi-oyunu.[15]
- Gamerview versiyasına görə 2009-cu ilin ən yaxşı indi-oyunu.[16]
- DIYgamer portalının versiyasına görə 2009-cu ilin ən yaxşı indi-oyunu.[17]
- Acegamez portalı tərəfindən təqdim olunan "Best Traditional Adventure Game Of 2009" (azərb. 2009-cu ilin ən yaxşı macəra oyunu) nominasiyasının qalibi[18]
Msnbc portalının fikrinə görə oyun 2009-cu ilin ilk 10 ən yaxşı oyunlarına daxildir.[19]
Machinarium tənqidçilər tərəfindən isti qarşılanmışdır. Belə ki, adətən böyük maliyyəli və yüksək qrafik texnologiyalar malik videooyunlara rəy bildirən Game Rankings və Metacritic portalları oyuna müvafiq olaraq 84,78% və 85% rəy veriblər. PC Gamer oyunun saundtrekinə "ilin ən yaxşı musiqiləri" nominasiyasında mükafat verib.[20] Oyun həmçinin İnteraktiv Oyun və Elm Akademiyası tərəfindən təqdim edilən "İncəsənətdə böyük nailiyyətlər" nominasiyasının qalibidir.[21]
Kotaku portalı oyunu Empire: Total War və Torchlight kimi oyunlardan üstün tutaraq "2009-cu ilin ən yaxşı PC oyunu" mükafatını vermişdir.[22] Tom's Hardware adlı Türk portalı oyunu "2009-cu ilin ən yaxşı İndi Oyunu" mükafatını vermişdir.[23][24][25]
Pirat Amnistiyası
redaktə5 avqust 2010-cu ildə Amanita Design elan etdi ki, oyunu oynayan yalnız 5-10%-i bunun üçün pul ödəmişdir.[26] Bu üzdən 12 avqusta qədər pirat veriyasından istifadə edən hər kəsə virtual olaraq "pirat amnistiyası" elan olunur və oyunun qiyməti daimi qiymətindən - 20$ dollardan 5$ dollara qədər endirilir.[27] Kampaniya sonradan 16 avqusta qədər uzadılır və bununlada piratların öz günahını yumağa daha çox vaxt ayrıldığı qeyd edilir.[28] Amnistiyanın özünə məxsus nəticəsinə ilə 20,000 oyun nüsxəsi satılmış və yaradıcıların gözləntilərindən də çox gəlir gətirmişdir.[29]
İstinadlar
redaktə- ↑ "Amanita Design Store - Fastspring". 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-16.
- ↑ "Steam - Machinarium". 2010-02-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-16.
- ↑ "Direct2Drive - Machinarium". 2009-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-16.
- ↑ "GamersGate - Machinarium". 2010-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-16.
- ↑ "Impulse Driven - Machinarium". 2011-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-16.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Steam. 2003.
- ↑ "Machinarium PC, Linux, Mac game". Mod DB. 2009-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-26.
- ↑ James Newton. "XGen Studios Readying Machinarium and Super Motherload for WiiWare". Nintendo Life. 2010-09-09. 2010-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-10.
- ↑ "Yakub Dvorski ilə müsahibə". Müsahibə. GamesLife.ru. 2012-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-01.
- ↑ "The 12th Annual Independent Games Festival - Finalists and Winners". ThinkServices. 2010-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-29.
- ↑ "Mashinarium soundtrack". 2011-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-17.
- ↑ "Саундтрек Машинариума на виниле". 2011-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-17.
- ↑ "Free Machinarium soundtrack". 2010-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-17.
- ↑ "Wake up to video game sleeper hits". MSNBC. 2012-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-29.
- ↑ "VGChartz.com: Best Indie Game Of 2009". 2010-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-17.
- ↑ "Gamerview.com.br: Best Indie Game Of 2009". 2009-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-17.
- ↑ "DIYgamer.com: Game Of The Year". 2010-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-17.
- ↑ "Acegamez.com: Best Traditional Adventure Game Of 2009". 2010-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-17.
- ↑ "Msnbc.com: 10 Best PC Games Of 2009". 2009-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-17.
- ↑ "Machinarium Has The Best Soundtrack Of The Year (2009) According To PC Gamer". Amanita Design Blog. 2012-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-25.
- ↑ "Awards Category Details: Outstanding Achievement in Art Direction". Academy of Interactive Arts & Sciences. 26 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 October 2010.
- ↑ "The Best PC Games Of 2009". Kotaku. Gawker Media. 21 January 2010. 17 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 October 2010.
- ↑ "Gamasutra's Best Of 2009: Top 10 Indie Games". Gamasutra. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-26.
- ↑ "Os Melhores do Ano 2009". Gamerview. 2009-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-26. (por.)
- ↑ "Yılın Bağımsız Yapımı". tom's oyun. 2011-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-26.
- ↑ "Machinarium Pirate Amnesty". Amanita Design Blog. 2010-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-25.
- ↑ "Machinarium suffers 90% piracy rate, offers $5 amnesty sale". Ars Technica. 2010-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-25.
- ↑ "Machinarium Pirate Amnesty Extended, Stats Revealed". Amanita Design Blog. 2010-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-25.
- ↑ "Pirate Amnesty Is Over". Amanita Design Blog. 2011-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-25.
Xarici keçidlər
redaktə- Oyunun rəsmi saytı
- Amanita Design studiyasının vebsaytı
- MSNBC
- Windows Arxivləşdirilib 2021-02-03 at the Wayback Machine, Mac Arxivləşdirilib 2021-02-04 at the Wayback Machine və Linux Arxivləşdirilib 2021-01-23 at the Wayback Machine üçün demolar