Mahmudavar - Wikipedia
Mahmudavar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[2]
Mahmudavar | |
---|---|
38°53′36″ şm. e. 48°42′14″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Masallı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 7621 (2017) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ4429[1] |
Mahmudavar toponimi
redaktəMahmudavar toponimində "Mahmud" - şəxs adı, "a" - birləşdirici səs, "var" - isə ünsürdür. "Var" ünsürü ilə bitən respublikamızda 20-dən çox oykonim mövcuddur. Mahmudavar Mahmud adlı şəxsin yurdu, onun kəndi mənasında işlənir. Qədim türk tayfalarından birinin "Avar" adlandığını nəzərə alsaq, Mahmudavar toponimində işlədilən Mahmud şəxs adını Avar tayfasına mənsub olması kimi qəbul etmək olardı. Əgər Mahmudavar "-avar" sonluğu ilə bitən toponimlər arasında yeganə yaşayış yeri olsa idi. "Var" sözü qədim İran dillərində düzəltmə formaları ilə şəhər, qala, divar, yeraltı ev, zirzəmi, qazma mənalarında işlənir. Y.Buşuyev yazır ki, "var" sözü tayfa, nəsil, ailəyə aiddir. O, misal gətirdiyi oykonimlər içərisində Mahmudavarın da adını çəkir. "Var" sözü azərbaycanca "köç yeri", hər hansı bir icmanın yurdu mənasında işlənir. (Tofiq Əhmədov - "Azərbaycan toponimikasının əsasları" səh.179, bur.1991) Mahmudavar kəndində Mahmud şəxs adı ilə bağlı qala, çay və su anbarı vardır. Görünür, bu şəxsin kəndlə sıx bağlılığı olmuşdur. Mahmudavarın əvvəlki adı Mədodur. Bu yaşayış yeri talış dilində olan Mədo adını bugünədək saxlamışdır. Yaşlı nəslin fikrincə, "Mədo" sözünün mənası "muncuq ağacı" deməkdir. Nəql olunur ki, vaxtilə bu ərazidə dənəsindən bəzək şeyləri, muncuq hazırlanan ağaclar bitirmiş. "Mə"- talışca muncuq, "do"- isə ağac deməkdir. Fikrimizcə, Mədo (Mado) sözü Madon sözündən yaranışdır. Bu sözün kökü olan "Mad"- Səid Nəfisinin fikrincə, madlardan (midiyalılardan) yadigar qalmış, -on isə cəm şəkilçisidir. Mad tayfaları ilə bağlı olan toponimlər muasir İranın şimal-qərb hissəsində bu günədək qalır. Belə yaşayış yerlərindən Madoabad, Madi və.s toponimləri göstərə bilərik. (V.İ.Savina - "Onomastika Vostoka" səh.140-141, bur.1980). Yaşadığımız ərazinin vaxtilə qədim Midiya dövlətinin tərkibində olduğunu və talışların isə midyalıların varisi olmasını nəzərə alsaq, Mədo (Mado) toponiminin yaranması ilə bağlı söylədiyimiz mülahizəyə şübhə yeri qalmır. Fikrimizi kəndin ərazisində tapılmış Midmiya dövrünə aid kiçik tunc xəncərlər və digər maddi-mədəniyyət nümunələri bir daha sübut edə bilər. (Bax: Tarix, fəlsəfə, hüquq" jurnalı, N2, 1970). Rus qaynaqlarında da bu toponim "Madjo" şəklində qeyd olunur. Belə bir qənaətə gəlmək olar ki, kəndin qədim adı Mədo (Mado) olmuş, türkdilli tayfaların təxminən XI-XIII əsrlərdə burada məskunlaşması ilə əlaqədar bu yaşayış yeri iki ad daşımağa başlamışdır.[3]
Əhalisi
redaktə1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Mahmudavar kənd cəmiyyəti tərkibinə daxil olan Mahmudavar kəndində 115 evdə şiə etiqadlı müsəlman talışlardan ibarət 748 nəfər (426 nəfəri kişilər, 322 nəfəri qadınlar) əhali yaşayırdı.
1981-ci ildə kəndin əhalisi 3228 nəfər olmuşdur.[4]
2009-cu il əhalinin siyahıyaalınmasına əsasən Mahmudavar əhalisi 6520 nəfər (3278 nəfəri kişi, 3242 nəfəri qadın) olmuşdur.[5]
2017ci ilə görə əhalisi 7621 nəfərdir.[6] Hazırda 2006 təsərrüfat var.
Coğrafi mövqeyi
redaktəMahmudavar kəndi Masallı rayon mərkəzindən 17 km cənubda, Lənkəran şəhəri ilə həmsərhəddir. Talış dağlarının ətəyində, düzənlik ərazidə yerləşir.
Mahmudavar şimal tərəfdən Hişkədərə, Türkoba və Şatıroba, cənubdan Lənkəran rayonunun Boladi, Zövlə kəndləri ilə, qərbdən Talış dağları, şərqdən Xəzər dənizinə boylanan digər kənd və yaşayış yerləri ilə əhatə olunmuşdur. Ərazisinə və coğrafi mövqeyinə görə Mahmudavar rayonun digər kəndlərindən fərqlənir. Kəndin ərazisindən dənizə tərəf 3 çay - Qamaş, Mahmud və Sığbas çayları axır. Rayonun ərazisində bu qədər çayı olan ikinci bir kənd yoxdur.[7]
Tarixi
redaktəMemarlıq abidələri
redaktə- Talışxanovların evi, XIX əsr
- Kurqanlar, tunc dövru
- Səbzəpuş təpəsi, dəmir dövrü
- Mahmud qalası, orta əsr
- Mahmudase istili, orta əsr
- Lenəse istili, orta əsr
- Baba Seyidağa türbəsi, XVI əsr
- Pəğədim ocağı, orta əsr
- Kafirlər qəbiristanlığı, IX əsr
- Qədim qəbiristanlıq, ilk orta əsrlər
- Kənd qəbiristanlığında qoç fiquru, orta əsrlər
- Məscid, XIX əsr
- Hamam, XIX əsr [8]
Görkəmli şəxsiyyətləri
redaktəAlimləri
redaktə- Mehman Ağayev — tibb elmləri doktoru, professor-nefroloq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nefroloqu, əməkdar həkim.
- Rəfail Eyvazov — tibb elmləri doktoru, Sumqayıt Tibb Kollecinin direktoru, əməkdar həkim.
- Şahrza Ağayev — pedaqogika üzrə elmlər doktoru, ADPU -nun professoru.
- Rahib Əliyev — biologiya üzrə fəlsəfə doktoru, ATU-nun professoru.
- Elxan İsakov — kimya üzrə fəlsəfə doktoru, dosent, Aşqarlar Kimyası İnstitutunda labortoriya müdiri.
- Habil Fəttayev — fizika-Riyaziyyat üzrə fəlsəfə doktoru, BDU -da dosent.
- Mustafa Mustafayev (II) — filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun professoru.
- Qulam Əzizov — pedaqogika üzrə fəlsəfə doktoru, ADPU -da dosent.
- Əflatun Əzizov — biologiya üzrə fəlsəfə doktoru,ATU -da dosent.
- Alı Ağayev — baytarlıq üzrə fəlsəfə doktoru, Masallıda öz sahəsində ilk alim (vəfat etmişdir).
- Hüseynəli Nəsirov — tibb üzrə fəlsəfə doktoru, Qazaxıstan Respublikasında həkim-ekspert çalışır.
- Telman Səmədov — kənd Təsərrüfatı üzrə fəlsəfə doktoru, Rusiya Federasiyasında yaşayır.
- Adil Həşimov — texnika üzrə fəlsəfə doktoru, Rusiya Federasiyasında yaşayır.
- Billurə Eyvazova — tibb üzrə fəlsəfə doktoru.
- Aybəniz Mustafayeva — filologiya üzrə fəlsəfə doktoru.
- Aidə Mustafayeva — pedaqogika üzrə fəlsəfə doktoru.
- Mahir Talışlı — fəlsəfə üzrə fəlsəfə doktoru.
- Əlirza Əliyev — filologiya üzrə fəlsəfə doktoru, Lənkəran Dövlət Universitetində işləyir.
- Səidə Xanməmmədova — tibb üzrə fəlsəfə doktoru, ATU-da dosent.
- Günel Səmədova — biologiya üzrə fəlsəfə doktoru.
Görkəmli şəxsləri
redaktə- İmran Əbilov - Azərbaycan Respublikasının Nazirlər Kabinetində baş məsləhətçi, əməkdar kənd təsərrüfatı işçisi
- Musarza Mirzəyev - Tarixçi-etnoqraf, toponomist, yazıçı, jurnalist, pedaqoq, əməkdar müəllim.
- Şirvan Əbilov - Prezidentinin fərdi təqaüdçüsü, tərəqqi medallı
- Allahverdi Bayrami - Filoloq, şair, tənqidçi.
- Əbdülrza Əhmədov - Tarixçi-tədqiqatçı, şair
- Sərxan Babayev - Det.Al holdingin direktoru
- Balabacı Əliyeva - Azərbaycan parlamentində təmsil olunmuş, "Lenin" ordeninə, "Oktyabr İnqilabı" ordeninə və "Qırmızı Əmək Bayrağı" ordeninə layiq görülüb.
- Rövşən Rzayev - Rusiya, Tomsk şəhərində Qazprom rəisi vəzifəsində çalışır.
Fəxri ad alanlar
redaktə- Ümmülbanu Cəbiyeva - SSRİ mədəniyyət əlaçısı
- Mehman Ağayev - Əməkdar həkim
- Rəfail Eyvazov - Əməkdar həkim
- Musarza Mirzeyev - Əməkdar müəllim
- İmran Əbilov - Əməkdar kənd təsərrüfatı işçisi
- Ağacəfər Babayev - Əməkdar mühəndis
- Mahmudavar kəndində 150 qadın SSRİ "Qəhrəman Ana" fəxri adına layiq görülmüşlər.
Kənddə ilklər
redaktə- Mahmudavar kəndində ilk məktəb 1930-cu ildə açılmışdır.
- Kəndin ilk qadın müəllimi Layə Əhmədovadır
- Hərbi rütbə daşıyan ilk mahmudavarlı qadın Səkinə Həşimovadır
- İlk mahmudavarlı professor Mehman Ağayevdir
İstinadlar
redaktə- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- ↑ Musarza Mirzəyev - "Masallı Toponimləri" səh.35,36,37; bur.1992
- ↑ Azərbaycan Sovet Ensiklopediyası VI c. səh. 396
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2017-cu il. I cild. Bakı - 2010.
- ↑ Musarza Mirzəyev "Mahmudavar" səh.51-52. b. Bakı - 1997
- ↑ Musarza Mirzəyev "Mənim Masallım" səh 90-91. Bakı - 1991