Malxelef - Wikipedia
Malxələf — Azərbaycan Respublikasının Laçın rayonu Malxələf kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Malxələf kəndi Mığıdərə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Malxələf kənd Soveti yaradılmışdır.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsinin sonucunda imzalanan atəşkəs bəyanatının nəticəsində işğaldan azad olunub. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir.[2][3] 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Malxələf | |
---|---|
39°33′09″ şm. e. 46°35′33″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəYerli məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə Cəbrayıl qəzasından olan Kürd Hacı adlı şəxsin oğlu Xələf ona məxsus olan mal pəyəsinin ətrafında saldığına görə belə adlandirılmişdir. 1933-cü ildə bu kənd Malikpəyə adlı icmanın tərkibində Malıxələf adı ilə qeydə alınmışdır.[4]
Tarixi
redaktəBu ərazi 2000-ci il dekabrın 14-də qəbul edilmiş Ermənistanın nüvə proqramının 4-cü maddəsində Ermənistanın nüvə zonalarına aid olunmuşdu.[5][6]
Coğrafiyası və iqlimi
redaktəKənd Dəyirmanyanı suyunun (Həkəri çayının qolu) sahilində yerləşir.
Əhalisi
redaktə2006-cı ilin statstikasına görə kəndin əhali sayı 150 nəfər olmuşdur.
İqtisadiyyatı
redaktəKənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
- ↑ Busaat.az. "Sülhməramlılar yeni yolu "Laçın dəhlizi" kimi RƏSMİLƏŞDİRDİ – ŞOK MƏQSƏDİN DETALLARI" (az.). Busaat.az. 10.09.2022. 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2023.
- ↑ ""Laçın dəhlizi"nə çəkilən alternativ yolla bağlı rəsmi AÇIQLAMA - Tikinti başa çatır". modern.az. 2022-06-21. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
- ↑ Malxələf // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. "Elm". 2008. səh. 269. Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine (az.)
- ↑ "Azərbaycan" qəzeti, 15 yanvar 2003-cü il. (az.)
Həmçinin bax
redaktə Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |