Manon Lesko Opera - Wikipedia
Manon Leska (it. Manon Lescaut) — Cakomo Puççininin İllika Luici və Marko Praqinin librettosu əsasında yazmış olduğu 4 pərdəli opera. Sayca Cakomo Puççininin on iki operasından ikincisi sayılır. Librettosu Antuan Fransua Prevonun eyniadlı romanı əsnasında yazılmışdır. Əsərin ilk premyerası 1 fevral 1893-cü ildə Turində olmuşdur.
Manon Lesko | |
---|---|
it. Manon Lescaut | |
Bəstəkar | Cakomo Puççini |
Librettoçu | İllika Luici |
Dili | italyanca |
Süjet | Antuan Fransua Prevonun eyniadlı romanından |
Janr | Faciə |
Pərdə | 4 |
Yaradılma tarixi | 1890 |
İlk səhnələşdirmə | 1 fevral 1893[1] |
Hadisələrin baş verdiyi yer | Fransa, Şimali Amerika |
Personajlar |
Personajlar: |
Premyera |
Turin, “Teatro Regio” |
Vikianbarda əlaqəli mediafayllar |
Operadakı hadisələr XVIII əsrdə, Fransa və onun Amerikadakı müstəmləkələrindən birində baş verir.
Personajlar
redaktəPersonajlar | Səslər |
---|---|
Manon Leska | soprano |
Kavaler de Qrie, tələbə | tenor |
Lesko, kral qvardiyasının serjantı | bariton |
Geront de Ravuar, varlı fermer | bas |
Edmont, tələbə | tenor |
Mehmanxana sahibi | bas |
Serjant | bas |
Gəmi kapitanı | bas |
Fənərçi | tenor |
I Pərdə
redaktəFransanın şimalında yerləşən Amyen şəhərinin poçtunun həyəti. Manon bura qardaşı kral qvardiyasının serjantı Lesko ilə birlikdə gəlir. Burada təsadüfən Manon tələbə de Qrie ilə tanış olur. Manon deyir ki, onun ailəsi onu monastra göndərmişdir və qardaşı ona bu yolçuluqda yoldaşlıq edir. De Qriedə Manona qarşı ehtiraslı eşq oyanır. Manonanı, qoca və varlı mülkədar Geront özünə arvad almaq fikrindəbir. O, hesab edir ki, onun varı qarşısında Manon buna razı olacaq. Lakin Maon de Qrie aşiqdir. Onlar de Qrienin tələbə yoldaşı Edmon vasitəsilə qoca mülkədarın planından xəbər tuturlar və Gerontun Manonu aparmaq üçün kirayələdiyi ekipajla qaçırlar.
II Pərdə
redaktəGerontun malikanəsi. Manon yoxsul həyatına dözməyib, qardaşının təkidi ilə Geronta razı olur. Lakin daim de Qrieyə olan eşqini düşünmür. Qoca Geront yataq otağına daxil olaraq ounla maraqlanır. Sonra gedir. qəfildən de Qrie peyda olur. Onlar hər şeyi unudub bir-dirinin qucağına atılırlar. Qoca Geront bunu görür. Manon ona gülür, qoca oranı tərk edərək məkirli bir qisas plan qurur. De Qrie Manona onunla qaçmağı xahiş edir. Manon özü ilə zinyət əşyalarını götürərək onunla qaçır. Manonu qoca Gerontun bir sözü daim narahat edir: "Xəzinədar əgər istəsə kraliçanı pozğun və oğru kimi qələmə verə bilər". Budur Manon yaxalanaraq həbs edilir. O, oğurluqda günahlandırılır.
III Pərdə
redaktəFransanın Havr şəhərində amerika müstəmləkəsinə yola salınmaq üçün hazırlıq görülür. Gəminin əsas sərnişinləri, səfillik, oğruluq və əyyaşlık üstündə tutulmuş qadın dustaqlardır. Bunların içərisində Manon Leska da vardır. De Qrie və serjant Lesko gözətçiləri pulla alıb Manonun qaçışını təşkil edirlərsə, plan baş tutmur. Gəmi qadınlarla yola düşər düşməz de Qrie kapitana onu da göyərtəyə götürməsini yalvarır və gəmi kapitanı razılaşır.
IV Pərdə
redaktəSürgün həyatı dəhşət və zülm içində keçir. Bundan əlavə koloniya rəisinin oğlu zorla Manonaya yiyələnmək istəyir. Bunu görən de Qrie onu öldürmək məcburiyyətində qalır. Onlar ac-suz çöllərə düşürlər. Manona de Qrienin qoları üstündə canını tapşırır: "Mənim suçumu zaman udacaq, cinayətim unudulacaq. Amma eşqim heç zaman ölməyəcək".
Xarici keçidlər
redaktə- Notlar və Audiolar
- Qısa məzmun (alm.)
- Lesko operasının librettosu (alm.)
- Cari tamaşalar Arxivləşdirilib 2018-10-03 at the Wayback Machine
- ↑ Archivio Storico Ricordi. 1808.