Mansa Musa - Wikipedia
Mansa Musa (təq. 1280, Mali imperiyası – ən tezi 1332 və ən geci 1337) — 1307/12-1332/37-ci illərdə hakimiyyətdə olmuş orta əsr Mali dövlətinin mansası (ali hökmdar). Keyta sülaləsinin nümayəndəsi idi. Mali dövlətinin banisi Sundiat Keytanın qardaşı oğlu idi. May ayının ilk ongünlüyündə anadan olmuş, bu təxminən 1 maydan 8 maya qədərdir və avqustun son ongünlüyündə ölmüşdür - bu isə 24-31 avqust aralığını əhatə edir. Onun hakimiyyəti illərində Mali tarixində ən böyük ərazilərə sahib idi. Ölkə əhəmiyyətli dərəcədə böyümüş və mədəni inkişafının zirvəsinə çatmışdır.
I Musa | |
---|---|
ərəb. مانسا موسى | |
| |
X Mali Mansası | |
1312 – 1337 | |
Əvvəlki | II Əbubakar |
Sonrakı | I Maqxan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1280 |
Doğum yeri | |
Vəfat tarixi | ən tezi 1332 və ən geci 1337 |
Fəaliyyəti | dövlət xadimi |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi təsvir
redaktəMusanın hökmranlığı əsasən o dövrün ərəb salnaməçilərinin qeydlərindən məlumdur: ən dolğun məlumatları - Şihab əd-din Əhməd ibn Yəhya ibn Fadlallah əl-Omari ad-Dimashki (ərəb. شهاب الدين احمد ابن يحيى ابن فضل الله العمري الدمشقي), İbn-Bətutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (ərəb. أبو عبد الله محمد ابن بطوطة) və Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami (ərəb. ابو زيد عبد الرحمن بن محمد بن خلدون الحضرمي) vermişdir.
İbn Xəldunun sözlərinə görə, babası Mali imperiyasının qurucusu Sundiata Keytanın qardaşı idi. Əvvəlki hökmdar II Əbubakar tərəfindən 1311-ci ildə baş vəzir təyin edildikdən sonra Mansa Musa hakimiyyətə gəlmişdir. Çünki, II Əbubakar Atlantik okeanını araşdırmaq üçün min gəmi və çox sayda azuqə ilə yola çıxmış və geri dönməmişdi.
Mansanın şöhrətinin dövlətinin hüdudlarından kənarda, o cümlədən Avropada yayılmasının ən mühüm səbəbi 1324-cü ildə onun etdiyi Həcc səfəri idi. At üzərində gedən hökmdarı müxtəlif mənbələrə görə, 60 min nəfərdən ("Tarix əs-Sudan" salnaməsi) 80 min nəfərə ("Tarix əl-Fattaş" salnaməsinə görə) qədər insann müşayiət edirdi. Musanın Qahirədən keçməsi zamanı saysız dəvə karvanları və qulların çoxluğu, həmçinin padşahın həddindən artıq dərəcədə səxavəti hər kəsi heyran etmişdi.
Bu adam səxavəti ilə bütün Qahirəni özünə valeh etmişdi. Bütün sultanlıq boyunca ondan qızıl hədiyyə almayacaq bir şəxs və ya məmur yox idi. O, çox şərəfli və ləyaqətli davranmış və böyük təvazökarlıq göstərmişdir! |
Mansa Musa Məkkədən Maliyə 1325-ci ildə qayıtmışdır. Kralın Həcc ziyarəti şərq qonşuları ilə Malinin siyasi və iqtisadi əlaqələrini gücləndirdi. Nəticədə ölkəyə xeyli sayda ərəb tacirləri və mütəfəkkirləri səyahət etdi.
Onun rəhbərlik etdiyi Mali imperiyası müasir Mali, Qvineya, Seneqal, Niger, Mavritaniya dövlətlərinin ərazisində yerləşirdi. Ərazinin əsas nəqliyyat arteriyası Niger çayıdır; əsas münbit torpaqlar onun daxili deltasında yerləşir. 1352-ci ildə Mali dövlətini ziyarət edən o dövrün ərəb səyyahı İbn Bətutənin(Musanın oğlunun qısa müddət ərzində hakimiyyətindən sonra taxta çıxan Musanın qardaşı 24 il hökmdar olan Mansa Süleymanın dövründə) qeydlərinə görə Malinin iqtisadiyyatının əsası Şimali Afrika ölkələri ilə transaxara karvan yolları ilə ticarət təşkil edirdi. Bu ticarətdə əsasən mineral xammal - duz və qızıl böyük üstünlüyə malik idi. Həm də səhradan Maliyə fil sümüyü və digər Afrika heyvanlarının dəriləri gətirilirdi.
Сelebrity Net Worth nəşrinin mütəxəssisləri bütün dövrlərin varlı insanlarının sərvətlərini 2012-ci ilin şərtləri ilə müqayisə edərək Musanın sərvətinin 400 milyard ABŞ dolları səviyyəsində qiymətləndirmişlər. 2012-ci il oktyabrın 12-də dərc edilən dünyanın 25 ən varlı adamının reytinqində I Musa avropalı Rotşildlər sülaləsini və amerikalı sahibkar Rokfelleri qabaqlayaraq 1-ci yeri tutmuşdur [2].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Levtzion, 1963. səh. 353
- ↑ "25 самых богатых людей в истории". Рейтинг. 2012-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-17.
Ədəbiyyat
redaktə- Ваккури Юха. Цивилизации долины Нигера / Под ред. Л. Е. Куббеля. — М.: Прогресс, 1988. — 168 с.
- Warner, Brian. «The 25 Richest People Who Ever Lived — Inflation Adjusted», The Guardian, October 13, 2012.