Maqnum Foto - Wikipedia
Maqnum Foto — beynəlxalq foto agentliyi. Nyu-York, Paris, London və Tokioda ofisləri olan agentlik 1947-ci ildə başda Anri Kartye-Bresson olmaqla müharibə fotoqrafları Robert Kapa, Devid Seymur və Corc Rocer tərəfindən yaradılmışdır.
Maqnum Foto | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Kooperativ |
Sənaye | fotoqrafiya[1], fotojurnalistika[2] |
Məhsulu | fotojurnalistika |
Təsis tarixi | 1947 |
Baş qərargahın yeri | Nyu-York, Paris, London, Tokio |
Rəhbərlik | |
Təsisçilər | Anri Kartye-Bresson, Robert Kapa, Devid Seymur, Corc Rocer |
Magnum Photos | |
Vikianbarda əlaqəli mediafayllar |
Yaranması
redaktəAgentlik 1947-ci ildə Parisdə Robert Kapanın ideyası əsasında Robert Kapa, Anri Kartye-Bresson, Devid Seymur, Corc Rocer, Uilyam Vandivert, Rita Vandivert və Mariya Eyzner tərəfindən yaradılıb. Rita Vandivert agentliyin ilk prezidenti və Nyu-York ofisinin rəhbəri seçildi. Mariya Eyzner Paris ofisinə rəhbər təyin edildi. Plana görə, C.Rocer Afrika və Yaxın Şərq, A.Kartye-Bresson Cənubi və Şərqi Asiya, D.Seymur və U.Vandivert Avropa və ABŞ-dən fotolar çəkməli idilər. R.Kapa isə haranı və hansı hadisəni çəkəcəyini sərbəst şəkildə seçməli idi.
Maqnum üzvləri tərəfindən yaradılan ilk fotoqrafiya koorporasiyadır. Heyət fotoqraflara dəstək göstərir və onların müəlliflik hüquqlarını müdafiə edirdi.
Yeni üzvlərin seçilməsi
redaktəMaqnumun yeni yarandığı illərdə üzvlük ümumi xarakter daşıyırdı və Robert Kapanın şəxsi dəvəti ilə qəbul edilirdi. 1955-ci ildə bu günə qədər qüvvədə qalan üç mərhələli üzvlük sisyemi yaradıldı.
Nyu-Yorkda, Parisdə və yaxud Londondakı ofislərində ildə bir dəfə - iyun ayının sonuncu həftəsində görüşən Maqnum fotoqrafları korporasiyanın işlərini müzakirə edirlər. Bu görüşlərin bir günündə potensial yeni üzvlərin müraciətlərinə, portfoliolarına baxılıb səsvermə keçirilir. Qəbul olunmuş müraciətçi "Üzvlüyə namizəd" olmağa dəvət edilir. Bu üzvlük kateqoriyası namizədlə üzvlərin bir-birini tanımasına şərait yaradır, heç bir tərəf üzərinə heç bir məsuliyyət qoymur.
"Üzvlüyə namizəd"likdən iki il sonra fotoqraf "Müxbir üzv" olmaq üçün başqa yeni bir portfolio təqdim edir. Əgər uğurlu olarsa, fotoqraf agentliyin qaydaları ilə yaxından tanış olur, onun imkanlarından və ümumdünya təqdimatlarından yararlanır. "Tam üzv"lə "Müxbir üzv" arasındakı əsas fərq ondan ibarətdir ki, müxbir üzv korporasiyanın mühüm qərarlarında səsvermə hüququna malik deyil. "Müxbir üzv" iki ildən sonra "Tam üzv" olmaq istəyirsə, yeni bir portfolio təqdim edir, üzvlər onun işlərinə səsvermə ilə qiymət verirlər.
Üzvlərinin siyahısı
redaktəKitabları
redaktə- Amerika böhranda (America in Crisis). 1969
- Maqnum: əlli il tarixin ön cəbhəsində (Magnum: Fifty Years at the Front Line of History). 1999
- Maqnum hekayələri (Magnum Stories). 2004
- Fokusda bizim dünyamız (Our World In Focus). 2004
- Pop altmışıncılar (Pop Sixties). 2008
- Maqnumu oxumaq: müasir dünyanın vizual arxivi (Reading Magnum: A Visual Archive of the Modern World). 2013