Maqsud Sultan Kengerli Ustacli - Wikipedia
Maqsud sultan Kəngərli (Tam adı: Maqsud sultan Kəngərli-Ustaclı; 1533, Əhər, Şərqi Azərbaycan ostanı – XVII əsr, Naxçıvan) — Kəngərli nəslinin başçısı və Naxçıvanın hakimi (XVI əsrin sonu - XVII əsrin əvvəlləri).
MAQSUD SULTAN KƏNGƏRLİ | |
---|---|
Maqsud sultan Məhəmməd bəy oğlu Kəngərli | |
1604 – 1630 | |
1604 – 1630 | |
Əvvəlki | Çıraq sultan Ustaclı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1533 |
Doğum yeri | |
Vəfat tarixi | XVII əsr |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi lider[d] |
Rütbəsi | general |
Həyatı
redaktəMaqsud bəy Məhəmməd bəy oğlu 1533-cü ildə Qaradağ vilayətinin paytaxtı Əhər şəhərində anadan olmuşdu. Bütün kəngərlilər kimi döyüşçü olmağı üstün tutmuşdu. O Azərbaycanın və İranın siyasi həyatında mühüm rol oynamışdır. I Şah Abbasın fərmanı ilə sultan ünvanı alıb 1589-cu ildə Qaradağa hakim təyin edilmişdi. I Şah Abbas Vedi çayı kənarında düşərgə salarkən Səfəvi-Osmanlı vuruşmalarında Naxçıvan əhalisinin zərər çəkməməsi üçün Maqsud sultan Kəngərliyə Naxçıvan əhalisini Dizmara və Qaracadağa (indiki Cənubi Azərbaycan) köcürmək barədə əmr etmişdir. Əmri yerinə yetirən Maqsud sultan Kəngərli divan hesabına köçürülmüş əhalini ərzaq və s. zəruri mallarla təmin etmişdi. Maqsud sultan Kəngərlinin xələfləri uzun müddət Naxçıvanda hakim olmuşlar. 1604-cü ildə Naxçıvan vilayətinə dəyişilmişdi. Bu ildən sonra Naxçıvanın hakimi olmuşdu. Səfəvi-Osmanlı savaşlarında iştirak etmişdi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- Naxçıvan Ensiklopediyası. Azərbaycan Milli Elmlər Akademiyası; Bakı. 2002