Marat Allahverdiyev - Wikipedia
Marat Allahverdi oğlu Allahverdiyev (18 may 1941, Bakı – 24 oktyabr 2015) — azərbaycanlı dövlət və siyasi xadim, 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı.
Marat Allahverdiyev | |
---|---|
20 mart 1991 – 10 aprel 1992 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Fazil Muradəliyev |
5 fevral 1991 – 24 noyabr 1995 | |
7 dekabr 1976 – 9 sentyabr 1980 | |
Əvvəlki | Cahangir İldırımzadə |
Sonrakı | Nazim İbrahimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 may 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 24 oktyabr 2015 (74 yaşında) |
Təhsili | |
Uşağı | |
|
|
Təltifləri |
|
Həyatı
redaktəMarat Allahverdiyev 1941-ci il mayın 18-də Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik Universitetini bitirib.[1]
Ailəsi
redaktə3 övladı, 6 nəvəsi var. Azərbaycan Milli Məclisinin VI çağırış üzvü Elnur Allahverdiyevin atasıdır.
Fəaliyyəti
redaktəƏmək fəaliyyəti
redaktəTikinti sahə rəisliyindən başlayaraq Bakı şəhər komitəsində tikinti instruktoru, dəmir-beton zavodunun direktoru, Azərbaycan Rabitə Nazirliyi rabitə montaj-tikinti trestinin rəhbəri, sonralar Mətbuat və İnformasiya Nazirliyinə çevrilən Azərbaycan Respublikası Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, sədri,[2] məşhur "Bərpaçı" mərkəzinin rəisi, Azərbaycan Mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri vəzifələrində çalışıb.
Siyasi fəaliyyəti
redaktə1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Elmi fəaliyyəti
redaktəBeynəlxalq İctimai Telekommunikasiya Akademiyasının üzvü, akademik, texniki elmlər doktoru olub.
Təltifləri
redaktə20 may 1990-cı ildə Zaqafqaziya müsəlmanları Ruhani idarəsi və onun qazilər şurasının qərarı, Allahşükür Paşazadənin imzası ilə 1984–1990-cı illərdə 30 qədər məscid o cümlədən "Təzə-Pir", "Əjdərbəy", "Maştağa", "Mərdəkan", "Bibi-heybət", "Türbə", bir sıra pirlər, ovdanlar, bulaqlar, Mir Mövsüm Ağanın məzarının abadlaşdırılması, H. Z. Tağıyevin, Hacı Qurbani məqbərəsi və sair bərpa işlərinə yardım etdiyinə görə təşəkkür edilib.
İstinadlar
redaktə- ↑ "Marat Allahverdiyev". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-06.
- ↑ "Bir-birimizin həm naziri, həm də işçisi olmuşuq…". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-06.