Mario Puzo - Wikipedia
Mario Püzo (ing. Mario Puzo) — italyan əsilli ABŞ yazıçısı, ssenaristi və tənqidçisi.
Mario Püzo | |
---|---|
ing. Mario Puzo | |
Doğum adı | Mario Canluici Püzo |
Təxəllüsü | Mario Kleri |
Doğum tarixi | |
Doğum yeri | Manhetten, Nyu-York, ABŞ |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Qərbi Bey Şor, Nyu-York, ABŞ |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Həyat yoldaşı | Erika Püzo |
Uşağı | 5 |
Təhsili | ali |
Fəaliyyəti | romançı, ssenarist, yazıçı, fantastika yazıçısı[d], diplomat |
Fəaliyyət illəri | 1955-1999 |
Əsərlərinin dili | ingilis dili |
İstiqamət |
ssenari roman |
Janr | detektiv |
Tanınmış əsəri | |
Mükafatları | |
mariopuzo.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMario Püzo 15 oktyabr 1920-ci ildə italyan mühacir ailəsində anadan olmuşdur. İkinci dünya müharibəsi zamanı ABŞ Hərbi Hava Qüvvələrinin tərkibində Şərqi Asiya və Almaniyada xidmət etmişdir. Nyu-York Yeni Məktəbində və Kolumbiya Universitetində oxumuşdur.
Təxminən iyirmi il ABŞ-nin Nyu-Yorkda və xaricdəki dövlət idarələrində işləmişdir. 1963-cü ildən o, ştatdankənar jurnalist kimi fəaliyyətə başladı və peşəkar ədəbiyyatçı oldu.
Mario Püzonun ilk kitabı "Zülmət meydanı" 1955-ci ildə işıq üzü görmüşdür. Romandakı hadisələr müharibədən sonrakı Almaniyada baş verir. Hadisələrin mərkəzində Amerika əsgəri ilə alman qızının məhəbbəti dayanır. Yazıçının növbəti romanı "Xoşbəxt mühacir" 1965-ci ildə çap olundu. Roman ABŞ-də Böyük böhran dövründə italyan mühacirlərin ağır həyatından bəhs edirdi. Bu iki kitab Rusiyada ilk dəfə 1990-cı illərdə çap olundu.
Yazıçıya geniş dünya şöhrətini 1969-cu ildə işıq üzü görən "Xaç atası" romanı qazandırdı. Bu əsərdə italyan mafiyasının dərin köklərindən, qanunlarından, rüşvətxorluqdan, zorakılıqdan və alicənab qanqster don Karleonedən bəhs edirdi. 1970-ci illərdə bu roman bestsellerə çevrildi. 1972-ci ildə Mario Püzonun özünün ssenarisi əsasında kinorejissor Frensis Ford Koppola eyniadlı film çəkdi.
Mario Püzo 2 iyul 1999-cu ildə ürək çatışmazlığından Lonq-Aylenddəki evində vəfat etmişdir.
Mario Püzonun "Omerta" romanı onun ölümündən sonra, 2000-ci ildə çap olundu[2]. "Ailə" adlı sonuncu romanı isə həyat yoldaşı Kerol Cino tərəfindən tamamlanmış və 2001-ci ildə işıq üzü görmüşdür.
Filmoqrafiya
redaktə- Xaç atası (film, 1972) / The Godfather
- Xaç atası 2 (film, 1974) / The Godfather Part II
- Zəlzələ (1974) / Earthquake
- Supermen (1978) / Superman
- Supermen 2 (1980) / Superman 2
- Siciliyalı (1987) / The Sicilian
- Xoşbəxt səyyah qız (1988)
- Xaç atası 3 (film, 1990) / The Godfather Part III
- Sonuncu don (1997)
İstinadlar
redaktə- ↑ Classify. 2008.
- ↑ "Omerta (Mario Puzo's Mafia)". 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-15.
Xarici keçidlər
redaktə- Mario Püzo — IMDb səhifəsi
- FreshAir Interview
- Mario Puzo biography Arxivləşdirilib 2014-08-27 at the Wayback Machine
- Mario Puzo Books
- The Official Mario Puzo Library