Mark Ayzerman - Wikipedia
Mark Aronoviç Ayzerman (rus. Марк Аронович Айзерман; 24 may 1913[1], Dauqavpils, Vitebsk quberniyası[d] – 8 may 1992[1], Rusiya) — idarəetmə nəzəriyyəsi sahəsində SSRİ və Rusiya alimi, Rusiyada kibernetikanın birinci nəslinin nümayəndəsi, texnika elmləri doktoru. Rusiyanın əməkdar elm və texnika xadimi (1965).
Mark Ayzerman | |
---|---|
Doğum tarixi | 24 may 1913[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 8 may 1992[1] (78 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | mexanika |
İş yerləri | |
Təhsili | |
Elmi rəhbərləri | Nikolay Luzin |
Mükafatları |
|
Həyatı
redaktəMark Aronoviç Ayzerman 24 may 1913-cü ildə Rusiya imperiyasının tərkibindəki Dauqavpils şəhərində anadan olmuşdur. O, 1939-cu ildən SSRİ Elmlər Akademiyasının Avtomatika və Telemexanika İnstitutunda (sonralar İdarəetmə Problemləri İnstitutu) işləmişdir. Ayzerman 1946-cı ildə qeyri-xətti idarəetmə sistemləri nəzəriyyəsi üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. O, informatika elminin və avtomatik idarəetmə nəzəriyyəsinin inkişafına böyük töhfə vermişdir. Ayzerman nümunələrin tanınması, avtomatlar nəzəriyyəsi və seçim nəzəriyyəsi üzərində iş təşkil edən ilklərdən biri olmuşdur.[2]
Mark Ayzerman 1964-cü ildə sənaye pnevmatik avtomatlaşdırılması üçün universal elementlər sisteminin yaradılmasına görə "Lenin" mükafatına layiq görülmüşdür. O, avtomatik idarəetmə nəzəriyyəsi və diferensial tənliklər nəzəriyyəsi üzrə işlərin müəllifidir. O, uzun illər Moskva Fizika və Texnologiya İnstitutunda kafedraya rəhbərlik etmişdir. Ayzerman 8 may 1992-ci ildə Rusiyada vəfat etmişdir.[2]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Library of Congress Authorities (ing.). Library of Congress.
- ↑ 1 2 Энциклопедический словарь. 2009. АЙЗЕРМАН Марк Аронович.