Martensit - Wikipedia
Martensit — dəmir-karbon xəlitəsinin iynə formalı kristal strukturudur. Əgər tərkibində müxtəlif karbon miqdarı olan poladı austenitləşmə temperaturuna qədər qızdırıb və sonra sürətlə elə soyudularsa ki, dəmir və karbonun diffuziyası baş verməsin, onda kub səthi mərkəzləşmiş austenit tetraqonal təhrif olunmuş qəfəsə malik martensitə çevrilir
Bu zaman məcburi şəkildə karbon atomları karbonun miqdarına uyğun materialın bərkliyini artırır. Tabalmada karbon atomları bərabər paylanır (kub fəza mərkəzləşməsi) və yüksək temperaturda doymuş qarışıq kristalından karbid əmələ gəlir. Əvvəlcə ekstrem yüksək bərklik aşağı düşür. Martensit çevrilməsi poladların tablandırılması üçün istifadə olunur. Martensit termiki olaraq yaranır. Temperatur aşağı düşdükcə onun miqdarı artır. Martensitin yaranma temperaturu karbonun miqdarı artdıqca aşağı düşür və legirin tərkibindən asılı olur. Karbonun 0,8% miqdarına qədər martensit yaranması otaq temperaturunda başa çatır. Karbonun yüksək miqdarında həmişə austenit qalığı yaranır ki, bu da aşağı temperatura qədər soyutmaqla çevrilə bilir. Martensit strukturu iynə formalıdır və laylı şəkilə malikdir.
Çuqunlarda da martensit tərkibinin yaranması müəyyən şərtlər daxilində mümkündür. Bunun üçün çevrilmə prosesini austenitin bir başa yarandığı aşağı temperatur sahəsinə çəkən austenit əsaslı legirlərin daxili zəruridir. Martensit strukturu yüksək bərkliyə və möhkəmliyə malikdir, ancaq o praktiki olaraq deformasiya oluna bilmir.
Bu faza alman metallurqu Adolf Martensin adını daşıyır.
Martensit çevrilməsi
redaktəMartensit çevrilməsi polimorf çevrilmədir. Çevrilmədə təşkiledici kristalın atomlarının qarşılıqlı vəziyyətinin dəyişməsi nizamlanmış yerdəyişmə şəklində baş verir. Bu zaman qonşu atomlar arasındakı məsafə atomlar arasındakı məsafədən kiçik olur. Mikro sahələrdə kristal qəfəsin yenidən düzülməsi onun hücrəsinin deformasiyasına gətirilir və sonuncu faza burada başlanğıc bircinsli deformasiya olunmuş faza kimi baxılır. Deformasiyanın qiyməti kiçikdir (~1–10 %) və uyğun olaraq kristal qəfəsdəki əlaqə enerjisi və başlanğıc fazanın sonuncuya bircinsli keçməsinə maneə enerjisi də kiçik olur. Martensit çevrilməsi üçün əsas şərt fazalar arasında nizamlanmış kontaktın saxlanmasıdır. Bircinzli fazaçevrilməsi üçün maneənin kiçik olduğu halda fazalar arası sərhədlər kiçik enerjiyə və yüksək yerdəyişməyə imkan verir. Buna görə də, martensit kristalların yaranması böyük sürətlə gedir və istilik mənbəyi tələb etmir. Nəticədə maneə enerjisi kiçik olduğundan sərhədin sürüşməsi üçün də maneə kiçik olur və kristal çox böyük sürətlə (səs sürətilə) böyüyür. Martensitin çevrilməsi poladın termiki emalında daha qabarıq baş verir. Bu proses yaxşı oyrənilmişdir. Praktikada martensit çevrilməsindən həm də onu əks istiqamətdə aparmaqla yeni effektlərin əldə olunması üçün istifadə edirlər. Məsələn qayıdış formadəyişməsi buna misaldır. Həddən yüksək sərt xəlitələrdən olan, deformasiya olunmuş məmulları qızdırdıqda o öz əvvəlki formasını alır (forma yaddaşlı xəlitələr). Martensit çevrilməsi metalların struktur dəyişmələrinin məqsədli aparılması üçün əsas verir. Termiki və mexaniki emalla materialların xassələrini məqsədli dəyişilməsi onun kristal quruluşunun dəyişilməsi ilə əldə oluna bilir
Istinad
redaktə- Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.