Masazir Golu - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Masazır gölü — Bakıdan 21 km uzaqlıqda, Abşeron rayonunun Masazır qəsəbəsinin yaxınlığında yerləşən göl. Sahəsi — 10 km²-dir.
Masazır gölü | |
---|---|
Ümumi məlumatlar | |
Eni | 2.100 km |
Uzunluğu | 4.700 km |
Su tutumu | 10 km² |
Dərin yeri | 3 m |
Orta dərinliyi | 1.6 m |
Minerallaşma tipi | duzlu |
Duzluluğu | 330 ‰ |
Yerləşməsi | |
40°30′30″ şm. e. 49°46′15″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Duzlu, xloridli və yüksək konsentrasiyalı sulfat suya qırmızı rəng verir. Duzluluğun yüksək səviyyəsi ilə əlaqədar, bitki və fauna aləmi praktik olaraq yoxdur.
Göldən 1813-cü ildən mütəmadi olaraq duz çıxarılır. Gölün qida duz ehtiyatları təxminən 1735 milyon ton təşkil edir. Gölün sahilində duz istehsal edən zavod yerləşir. Göldən duz, suyun səthində olan duz layı şəklində və suyun tərkibində olan məhlul şəklində çıxarılır.
Ətraf mühitin və göldə ekoloji durumun yaxşılaşdırılmasına xüsusi həssaslıqla yanaşan Azərbaycan Duz İstehsalat Birliyinin təşkilatçılığı ilə göldə ekoloji durumun yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə birgə mütəmadi olaraq monitorinqlər aparılır, tullantıların təmizlənməsi üçün iməcilik təşkil olunur.