Mayor Brenner - Wikipedia
Mayor Rafailoviç Brenner (25 dekabr 1906 (7 yanvar 1907), Dnepr – 7 aprel 1973, Bakı) — Azərbaycan pianoçusu, pedaqoq, Azərbaycan SSR xalq artisti (1968).
Mayor Brenner | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 25 dekabr 1906 (7 yanvar 1907) |
Doğum yeri | |
Vəfat tarixi | 7 aprel 1973 (66 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | pianoçu, musiqi pedaqoqu |
Janr | klassik musiqi |
Musiqi aləti | piano |
Təhsili |
|
Mükafatları |
Həyatı
redaktəMayor Rafailoviç Brenner 25 dekabr 1906 (7 yanvar 1907)-ci ildə Yekaterinoslavda (hazırkı Dnepr) anadan olmuşdur. Brennerin uşaqlıq illəri Yekateroslavda keçib. Musiqiçi ailəsində doğulduğu üçün ilk dərslərini peşəkar pianoçu olan atasından alıb. Yekaterinoslav Musiqi Kollecində S. D. Xramovun sinfində dərs alan Brenner eyni zamanda müşayiətçi kimi çalışıb və fortepiano dərsləri verib. Texnikumda oxuduğu müddətdə (1921–1925) Brenner dəfələrlə solo proqramlarla çıxış etmiş, onun repertuarına Çaykovskinin və Rimski-Korsakovun fortepiano konsertləri də daxil olmuşdur.[1]
Peterburq konservatoriyasını bitirmiş (1930), Peterburq filarmoniyasının solisti olmuşdur (1930–1935). 1935-ci ildə Hacıbəyov onu şəxsən Azərbaycan Dövlət Konservatoriyasına dəvət etmiş və Brenner ömrünün sonunadək burada dərs demişdir. Azərbaycanda pianoçu kadrların (F. Bədəlbəyli, F. Quliyeva, N. Usubova və b.) yetişdirilməsində, ifaçılıq mədəniyyətinin inkişafında böyük rolu olmuşdur[2]
Təltif və mükafatları
redaktə- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 25 iyun 1968
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960
İstinadlar
redaktə- ↑ Тарлан Сеидов. Майор Рафаилович Бреннер // Видные деятели фортепианной культуры Азербайджана (rus). Баку: Ишыг. 1988. С. 32–. ISBN 5-89650-001-7.
- ↑ "Brenner Mayor Rafailoviç". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-22.
Ədəbiyyat
redaktə- Музыкальная энциклопедия: [в 6 т.]. Т. 1. А — Гонг. М.: Советская энциклопедия. гл. ред.: Ю. В. Келдыш. 1973. 1072 стб. с илл. 102 000 экз.
- Үзејир Һаҹыбәјов енсиклопедијасы. Бакы: «Азәрбајҹан» нәшријјаты. Елми-редаксија шурасынын сәдри: Н. С. Ибраһимов. 1996. 304 сәһ.
- Üzeyir Hacıbəyov ensiklopediyası. Bakı: Şərq-Qərb. 2007. 264 səh. + 16 səh. (illüstrasiya). ISBN 978-9952-34-075-4.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. 608 səh. ISBN 978-9952-441-03-1.
- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. II ҹилд: Балзам—Гајдар. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1978. 637 с.