Mayor Sinaqoqu - Wikipedia
Mayor Sinaqoqu - Wikipedia - Haqqında Məlumat
Mayor sinaqoqu və ya Mayorka sinaqoqu[1] (ivr. בית הכנסת מאיור) — Türkiyə, İstanbul, Bəyoğlunun Hasköy səmtində yerləşən keçmiş yəhudi icması və sinaqoqdur. XIX əsrdə tamamlanan binadan 1923-cü ilə qədər sinaqoq kimi istifadə edilmişdir.
İudaizm | |
Mayor sinaqoqu | |
---|---|
ivr. בית הכנסת מאיור | |
Din | |
Ləğvi | 1923 |
Statusu | fəaliyyətsiz |
Yerləşməsi | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul, Bəyoğlu, Hasköy |
Memarlıq | |
Üslubu | Bizans memarlığı |
Materialı | daş |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəTarixçi Lorans Tanatar Baruhun sözlərinə görə, sinaqoq Bizans dövründə tikilib və ətrafdakı ən böyük sinaqoq olduğuna görə Mayor adlandırılıb.[2] Başqa bir tarixçi isə sinaqoqun 300-500 il əvvəl Mayorkadan olan yəhudilər tərəfindən tikildiyini iddia edir.[2][3]
Sinaqoq binası hazırda anbar, emalatxana və bilyard salonu kimi istifadə olunur. 2009-cu ilin sentyabrında rəssam Serj Spitzer "Molekular Istanbul” instalyasiyası üçün bu yeri seçib.[3][4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Mayor (Majorka) Synagogue in Istanbul". Historic Synagogues of Europe. Foundation for Jewish Heritage and the Center for Jewish Art at the Hebrew University of Jerusalem. n.d. İstifadə tarixi: 14 September 2024.
- ↑ 1 2 Deleon, Jak. Ancient Districts on the Golden Horn: Balat, Hasköy, Fener, Ayvansaray. Istanbul. n.d. səh. 68.
- ↑ 1 2 Utku, Ahsen. "Contemporary artist Serge Spitzer creates art out of ruins". Today's Zaman. 19 September 2009. İstifadə tarixi: 5 October 2009.
- ↑ Akgün, Müge. "City gains new art center with 'Molecular Istanbul". Hürriyet Daily News & Economic Review. 8 September 2009. İstifadə tarixi: 3 October 2009.
Xarici keçidlər
redaktə- "Serge Spitzer: Molecular Istanbul, Mayor Synagogue, Istanbul" (Video includes many interior and exterior views of the structure.). VernissageTV. 28 September 2009.
- "New Publication". Serge Spitzer / Molecular (ISTANBUL).
- "Home page". Reality Models.