Mcdonnell Douglas Av 8b Harrier Ii - Wikipedia
AV-8B Harrier II sözün əsl mənasında bütün V/STOL təyyarələri içərisində ən məşhur olan hərbi təyyarədir Onun bir ədəd Rolls Royce Pegasus II mühərriki vardır. Mühərrik təyyarənin tam mərkəzində yerləşir və təyyarənin hər iki tərəfində görünən hava girişləri təyyarənin mərkəzində yerləşən Rolls Royce Pegasus II mühərrikini hava ilə təmin edir. İlk Harrier II uçuşunun 1981-ci ilin payızında baş verdiyini nəzərə alaraq, orijinal Hawker P.1127-nin ilk uçuşunun üstündən çoxlu illərin keçdiyini görmək mümkündür. P.1127 1957-ci il dizaynlı olub, bir fransız mühərrik konsepsiyasının əsasında hazırlanmış və təkmilləşdirilmişdir. Layihənin maliyyələşdirilməsi Britaniyanın Bristol Engine Co. şirkəti və ABŞ Hökuməti tərəfindən “Müştərək Silahların İnkişafı Proqramı” (MWDP) çərçivəsində həyata keçirilmişdir.
AV-8B Harrier II | |
---|---|
Hazırlayan | McDonnell Douglas |
İstehsalçı | McDonnell Douglas, BAE Systems |
İlk uçuş | 9 noyabr1978 (YAV-8B)[1] |
İstismara verilmə tarixi | yanvar 1985[2] |
İstismarçılar | |
Buraxılış sayı | 337 |
Vikianbarda əlaqəli mediafayllar |
Mühərrikin konfiqurasiyası müəyyən edildikdən və mühərrikin inkişafı üçün tədqiqat işləri qaydasına salındıqdan sonra Hawket Aircraft Ltd. mühəndisləri diqqətlərini bu mühərrikdən istifadə edəcək V/STOL təyyarəsini yaratmağa yönəltmişdirlər. Onlar hökumətin və ordunun dəstəyi olmadan tək mühərrikli hücum-kəşfiyyat təyyarəsi istehsal etməyi bacarmışdırlar. Mühərrikin fırlanan eqzoslarından başqa, reaksiya idarəetmə sistemi də V/STOL qabiliyyəti üçün tələb olunan yeganə komplikasiya olmuşdur. İlk P.1127 1960-cı ilin yayında zavoddan çıxarılmışdır. Bu arada, RAF-ın marağı artdığı üçün, Britaniya hökuməti iki ədəd prototip sifariş etmişdir. Payızda ilk uçuşundan sonra potensial NATO ölkələrinin və digər dövlətlərin artan marağı fonunda layihənin daha da inkişaf etdirməsi üçün daha dörd ədəd prototip sifariş edilmişdir.
60-cı illərin ortalarında artan maraq Qərbi Almaniya, Böyük Britaniya və ABŞ-dən ibarət olan üçlüyə çevrilmişdir. Doqquz ədəd sifariş edilmiş təyyarə RAF qeydləri ilə çatdırılmışdır. Təyyarələrin əsasən eyni qalmasına baxmayaraq, təyyarələrdə bir çox təkmilləşdirmələrdə həyata keçirilmişdir. ABŞ-nin daxilində üçtərəfli qruplaşma yaranmışdır (ABŞ Quru Qoşunları, ABŞ Hərbi Hava Qüvvələri, ABŞ Hərbi Dəniz Qüvvələri).
Britaniya Kral Hərbi Hava Qüvvələri tərəfindən xidmətə qəbul edilməzdən əvvəl ABŞ dəniz piyadaları təyyarələrin hücum etmək qabiliyyəti ilə maraqlanmışdırlar və AV-8A adı ilə təyyarələri sifariş verməyə başlamışdırlar. “Harrier” təyyarələri 70-ci illərin əvvəllərində RAF və USMC-də istifadəyə verilmişdir. Bunun ardınca TAV-8A kod adı verilmiş olan ABŞ Dəniz Piyadaları Korpusu üçün nəzərdə tutulmuş və az sayda istehsal olunmuş iki nəfərlik təlim təyyarələri istehsal olunmuşdur.
AV-8C modeli AV-8A-ların təkmilləşdirilməsi və AV-8B-lərdə sistem təkmilləşdirilməsi nəticəsində meydana çıxmışdır. İki sınaq təyyarəsi istehsal olunmuş və məhdud sayda olan dəyişdirilmələr qrafikə müvafiq olaraq proqrama əlavə edilmişdir.
Harrier üçün nəzərdə tutulmuş təkmilləşdirmə proqramına; Yeni mühərrik, radar, FLIR (Qabağa baxan infraqırmızı şüalar), hərəkətli qrafik xəritə və gecə görmə avadanlığı daxildir.
Onun əsas istifadəçiləri ABŞ Hərbi Dəniz Qüvvələri, İspaniya Hərbi Dəniz Qüvvələri, İtaliya Hərbi Dəniz Qüvvələridir (yalnız Cüzeppe Qaribaldi aviadaşıyıcısının göyərtəsində mövcuddur). İndiyə qədər istehsal edilən və ən çox istifadə edilən V/STOL platforması olan AV-8B Harrier II təyyarələri hal-hazırda F-35B-lərlə əvəz olunurlar. Bu kontekstdə Britaniya Kral Donanması və ABŞ Dəniz Piyadaları F-35B platformasını həm təyyarə gəmilərində, həm də amfibiya hücum gəmilərində (LHD) istifadə etməyə başlamışdır.[3][4]
Texniki xüsusiyyətləri
redaktəÜmumi xüsusiyyətləri
redaktə- Ekipaj: 1
- Uzunluq: 14.12 m
- Hündürlük: 3.55 m
- Qanadlarının eni: 9.25 m
- Qanad sahəsi: 22.61 m²
- Boş çəkisi: 6,745 Kiloqram
- Yüklə bərabər çəkisi: 10,410 Kiloqram
- Maksimum uçuş çəkisi:
- Ənənəvi qalxma çəkisi: 14.000 Kiloqram
- Şaquli qalxma çəkisi: 9,415 Kiloqram
- Mühərrik: 1× Rolls-Royce F402-RR-408 (Mk 107) istiqamətləndirilmiş reaktiv turbofan mühərriki (96.75) kN)
Performans
redaktə- Maksimum sürəti: 0,89 Mach (1,085 km/saat) dəniz səviyyəsində
- Mənzili: 2,200 km
- Qalxma sürəti: 4,485 m/dəq.
- Qanad yüklənməsi: 460.4 kq/m²
İstifadəçisi olan ölkələri
redaktə- İtaliya Hərbi Dəniz Qüvvələri
- Gruppo Aerei Imbarcati “The Wolves”
- İspaniya Hərbi Dəniz Qüvvələri
- ABŞ dəniz piyadaları
- VMA-211
- VMA-214
- VMA-223
- VMA-231
- VMA-311
- VMA-513
- VMA-542
- VMAT-203
İstinadlar
redaktə- ↑ Norden 2006, p. 49.
- ↑ https://books.google.com/books?id=wySzFUplegsC&pg=PA90&lpg=PA90. S. 90.
- ↑ "Arxivlənmiş surət". 30 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2020.
- ↑ "Arxivlənmiş surət". 8 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2020.