Meskinsehr - Wikipedia
Meşkinşəhr (tarixi adı Xiyov və ya Xiyav) — Iran Ərdəbil ostanına daxildir. İranın şimal-qərbində yerləşir. Tehrandan 839 km aralıda, Savalan dağının yaxınlığında yerləşən şəhər. Meşkinşəhr şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 63 655 nəfər və 14 949 ailədən ibarət idi.[3] Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar.
Meşkinşəhr | |
---|---|
38°23′56″ şm. e. 47°40′55″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.421 m[1] |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
meshkincity.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu şəhər Savalan dağına ən yaxın şəhərdir. İqlimi mülayimdir. Keçmişdə adları "Xio", "Orami", "Vəravi" olmuşdur.
Şəhərin görməli yerləri
redaktəƏn mühüm turizm obyektləri bunlardır:
- Seyid Süleyman Fəxrəbad
- İmamzadə Seyid Süleyman məqbərəsi
- Mavand, Qotursu, Şabil, İlandoğan və Qaynarca isti su bulaqları
- Qarasu çayının sahili
- Qədim Meşkinşəhr qalası, Ağaeh qalası, Döv qalası, Qəhqəhə qalası
- Sasani dövrünün 2000 illik epiqrafik abidələri
- Unar kəndində qədim qəbiristanlıq
- Şeyx Heydər türbəsi
- Arşaq qalası
- Qışlaqzaxir qalası
- Qənbər təpəsi
- Anar qədim məzarlığı
- Cənnət Sara məscidi
- Həsəndaş müqəddəs yeri
- Meşəlik parkı
- Şirvan dərəsi
- Qarasu
- Huşəng meydanı
- Savalan dağının ətəkləri
Şəhərdə kilim, xalça, yun parçalardan müxtəlif toxuculuq məhsulları toxunur. Meşkinşəhr həm də özünün balı, qurudulmuş meyvələri, alması və üzümü ilə də məşhurdur.
İstinadlar
redaktə- ↑ GeoNames (ing.). 2005.
- ↑ جمعیت به تفکیک تقسیمات کشوری (fars.).
- ↑ ""Census of the Islamic Republic of Iran, 1385 (2006)"". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-24.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəhttp://meshkin.org/farsi/archives/292 Arxivləşdirilib 2012-08-02 at the Wayback Machine